Məhkəmə qərarları › İş №e-2(018)-731/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-731/2023

22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-731/2023 22.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın nümayəndəsi İddiaçı2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə 553(beş yüz əlli üç) manat, 74 (yetmiş dörd) qəpik məbləğində əsas borcun, 364 (üç yüz altmış dörd) manat, 84 (səksən dörd) qəpik məbləğində müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcunun, 398 (üç yüz doxsan səkkiz) manat, 74(yetmiş dörd) qəpik məbləğində cərimə borcunun, gecikdirilmiş günlər üçün illik 5 faiz olmaqla 171 (bir yüz yetmiş bir ) manat, 44(qırx dörd) qəpik fazi borcu, cəmi 1488 (bir min dörd yüz səksən səkkiz) ) manat, 76 (yetmiş altı) qəpik borcun və 34 (otuz dörd) manat, 89(səksən doqquz) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın nümayəndəsi İddiaçı2 iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu idddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Ləğv prosesində olan QSC “Bank Standard” KB arasında bağlanmış 29 dekabr 2014-cü il tarixli, 105/00128864/14 saylı Kredit müqaviləsinə əsasən bank borcluya 24 ay müddətinə, illik 25% (faiz) olmaqla 2708 (iki min yeddi yüz səkkiz) manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “ödəniş cədvəlinə” əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Odur ki, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB –nin xeyrinə 553(beş yüz əlli üç) manat, 74 (yetmiş dörd) qəpik məbləğində əsas borcun, 364 (üç yüz altmış dörd) manat, 84 (səksən dörd) qəpik məbləğində müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcunun, 398 (üç yüz doxsan səkkiz) manat, 74(yetmiş dörd) qəpik məbləğində cərimə borcunun, gecikdirilmiş günlər üçün illik 5 faiz olmaqla 171 (bir yüz yetmiş bir ) manat, 44(qırx dörd) qəpik fazi borcu, cəmi 1488 (bir min dörd yüz səksən səkkiz) ) manat, 76 (yetmiş altı) qəpik borcun və 34(otuz dörd) manat, 89(səksən doqquz) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın nümayəndəsi İddiaçı2 dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29 dekabr 2014-cü il tarixli, 105/00128864/14 saylı kredit müqaviləsinə əsasən Ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 25% (faiz) ödəmək şərtilə 2708 (iki min yeddi yüz səkkiz) manat məbləğində kredit vermişdir. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 2708 (iki min yeddi yüz səkkiz) manat məbləğində kredit verilmiş və aylar üzrə ödəniş məbləğləri müəyyən edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, Ləğv prosesində olan QSC “Bank Standard” KB iddia ərizəsinə görə 34,89 (otuz dörd səksən doqquz ) manat dövlət rüsumu ödəmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB -dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 114 (bir yüz on dörd) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh 553 (beş yüz əlli üç) manat 74 qəpik əsas borc, 364 (üç yüz altmış dörd) manat 84 qəpik faiz borcu, 18 (on səkkiz) manat 74 qəpik cərimə borcu,gecikdirilmiş üçün illik 5 faiz olmaqla 171 (yüz yetmiş bir) manat 44 qəpik hesablanmış faiz borcu, cəmi 1108 (min yüz səkkiz) manat 76 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 34 (otuz dörd) manat 89 qəpik məbləğində pul vəsaiti tutulub Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 553 (beş yüz əlli üç) manat 74 qəpik əsas borc, 364 (üç yüz altmış dörd) manat 84 qəpik faiz borcu, 18 (on səkkiz) manat 74 qəpik cərimə borcu,gecikdirilmiş üçün illik 5 faiz olmaqla 171 (yüz yetmiş bir) manat 44 qəpik hesablanmış faiz borcu, cəmi 1108 (min yüz səkkiz) manat 76 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 34 (otuz dörd) manat 89 qəpik məbləğində pul vəsaiti tutulub Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar