Məhkəmə qərarları › İş №e-2(018)-739/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-739/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-739/2025 10.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit üzrə borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9535.84 AZN əsas; 460.85 AZN faiz; cəmi 9996.69 AZN məbləğində vəsaitin və ödənilmiş 119.97 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxmağı və iddialarının tam təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdehMİKAYİLOVA TƏRANƏ QARDAŞ QİaZrİasında bağlanmış xx/xx/2024–cü il tarixli, RGTK0846185C176 saylı Kredit müqaviləsinə əsasən ona illik 17 faiz dərəcəsi ilə 83 ay müddətinə 9535.84 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, pul vəsaitinin cavabdehə nəğd qaydada verilməsini təsdiq edən Xəzinə Məxaric orderi,cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 9535.84 AZN əsas; 460.85 AZN faizc; əmi 9996.69 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Odur ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9535.84 AZN əsas; 460.85 AZN faiz; cəmi 9996.69 AZN məbləğində vəsaitin və ödənilmiş 119.97 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman iş üzrə Cavabdeh iddianı qəbul edərək bildirmişdi ki, əvvəllər Bakı şəhərində işləyirdi krediti ödəyirdi, hazırda işdən çıxıb ona görə hələlik krediti ödəyə bilmir.Qətnamə çıxaran zaman göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialında olan xx/xx/2024–cü il tarixli, RGTK0846185C176 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 17 faiz dərəcəsi ilə 83 ay müddətinə 9535.84 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan xx/xx/2024–cü il tarixli, RGTK0846185C176 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikindən görünür ki, Cavabdeh hər ay 196 (yüz doxsan altı) manat 10 (on) qəpik məbləğində pulu İddiaçı ASC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh yaranmış borcun məbləği və ödənilməyəcəyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx/xx/2024–cü il tarixli, RGTK0846185C176 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 9535.84 AZN əsas; 460.85 AZN faiz; cəmi 9996.69 AZN məbləğində borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC iddia ərizəsinə görə 119 (yüz on doqquz) manat 97 qəpik dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 99 (doxsan doqquz) manat 52 (əlli iki) qəpik məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 9535 (doqquz min beş yüz otuz beş) manat 84 qəpik əsas borc, 460 (dörd yüz altmış) manat 85 qəpik faiz və dövlət rüsumu üçün ödənilmiş 119 (yüz on doqquz) manat 97 qəpik məbləğdə pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 9535 (doqquz min beş yüz otuz beş) manat 84 qəpik əsas borc, 460 (dörd yüz altmış) manat 85 qəpik faiz və dövlət rüsumu üçün ödənilmiş 119 (yüz on doqquz) manat 97 qəpik məbləğdə pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar