Məhkəmə qərarları › İş №e-2(018)-767/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-767/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-767/2024 28.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 İddiaçı ASC-nin (ləğv prossesindədir) Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC (ləğv prossesindədir) Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbi barədə» iddia verərək, cavabdehlərdən iddiaçının xeyrinə 819 (səkkiz yüz on doqquz) manat 56 (əlli altı) qəpik əsas məbləğ üzrə, 5 (beş) manat 39 (otuz doqquz) qəpik faiz üzrə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 61 (altmış bir) manat 27 (iyirmi yeddi) qəpik məbləğində faiz (5%) borcu olmaqla cəmi 886 (səkkiz yüz səksən altı) manat 22 (iyirmi iki) qəpik məbləğində kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC (ləğv prossesindədir) xx.xx.2019-cu il tarixli LM101900063 nömrəli restrukturizasiya müqaviləsinə əsasında cavabdehə 36 ay müddətində illik 1% (bir faiz) ödəmək şərtilə 918 (doqquz yüz on səkkiz) manat 95 (doxsan beş) manat məbləğində kredit verilmişdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə İddiaçı ASC-yə (ləğv prossesindədir) 819 (səkkiz yüz on doqquz) manat 56 (əlli altı) qəpik əsas məbləğ üzrə, 5 (beş) manat 39 (otuz doqquz) qəpik faiz üzrə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 61 (altmış bir) manat 27 (iyirmi yeddi) qəpik məbləğində faiz (5%) borcu olmaqla cəmi 886 (səkkiz yüz səksən altı) manat 22 (iyirmi iki) qəpik məbləğində kredit borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC-nin (ləğv prossesindədir) adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********291 maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli LM101900063 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə İddiaçı ASC-yə (ləğv prossesindədir) 819 (səkkiz yüz on doqquz) manat 56 (əlli altı) qəpik əsas məbləğ üzrə, 5 (beş) manat 39 (otuz doqquz) qəpik faiz üzrə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 61 (altmış bir) manat 27 (iyirmi yeddi) qəpik məbləğində faiz (5%) borcu olmaqla cəmi 886 (səkkiz yüz səksən altı) manat 22 (iyirmi iki) qəpik məbləğində kredit borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********286 nömrəli bildirişdən görünür ki, İddiaçı ASC (ləğv prossesindədir) ilə cavabdeh arasında bağlanmış müqavilə əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncuya Banka borcu yarandığı barədə məlumat verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2019-cü il tarixli LM101900063 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC (ləğv prossesindədir) ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 819 (səkkiz yüz on doqquz) manat 56 (əlli altı) qəpik əsas məbləğ, 5 (beş) manat 39 (otuz doqquz) qəpik faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə uyğun olaraq) hesablanmış 61 (altmış bir) manat 27 (iyirmi yeddi) qəpik məbləğində faiz (5%) borcu, cəmi 886 (səkkiz yüz səksən altı) manat 22 (iyirmi iki) qəpik məbləğində kredit borcunun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-nin (ləğv prossesindədir) xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar