Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-776/2024 20.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı “X3” ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X3” ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4412 (dörd min dörd yüz on iki) manat 81 (səksən bir) qəpik əsas borc, 1115 (min yüz on beş) manat 16 (on altı) qəpik faiz borcu, 146 (yüz qırx altı) manat 88 (səksən səkkiz) qəpik cərimə borcu olmaqla, cəmi 5674 (beş min altı yüz yetmiş dörd) manat 85 (səksən beş) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 77 (yetmiş yeddi) manat 15 (on beş) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X3” ASC-nin nümayəndəsi X1 elektron ərizə ünvanlayaraq iddia ərizəsinə onların iştirakları olmadan baxılması və iddia tələblərinin təmin edilməsini xahiş etmişlər. İddiaçı “X3” ASC idddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixində müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehin cari hesabına xx.xx.2023-cü il tarixində xx.xx.2026-cı il tarixədək illik 28.75% olmaqla istehlak məqsədləri üçün 4500 AZN nağd kredit (komissiya 230 AZN, aylıq ödəniş hər ayın 3-ü 188 AZN) məbləği cavabdehin ödəniş kartına köçürülmüşdür (Kredit № 6496nkMDKb/23). Ümumi Ofertanın 20.9-cu bəndinə əsasən müştəri“ kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin Banka xx.xx.2024-cü il tarixinə 4412,81 AZN əsas, 1115,16 AZN faiz, 146,88 AZN cərimə, cəmi 5674,85 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4412,81 AZN əsas, 1115,16 AZN faiz, 146,88 AZN cərimə, cəmi 5674,85 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 77.15 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarasınız. barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. İş materiallarında əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixli ərizə əsasında 6496nkMDKb/23 saylı kredit xətti açılmış, "xxxx" KB ASC xx.xx.2023-cü il tarixdə illik 28,75% (iyirmi səkkiz tam yüzdə yetmiş beş faiz) olmaqla istehlak məqsədləri üçün 4500 (dörd min beş yüz) nağd krediti Cavabdeh ödəniş kartına köçürülmüşdür. Mülki işə əlavə edilmiş AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2000-ci il tarixdə Astara rayonu Siyakeş kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, “X3” ASC ilə Cavabdeh arasında bağlanmış, xx.xx.2023-cü il tarixli 6496nkMDKb/23 saylı kredit müqaviləsinə əsasən "xxxx" KB ASC-nə 4412 (dörd min dörd yüz on iki) manat 81 (səksən bir) qəpik əsas borc, 1115 (min yüz on beş) manat 16 (on altı) qəpik faiz borcu, 146 (yüz qırx altı) manat 88 (səksən səkkiz) qəpik cərimə borcu olmaqla, cəmi 5674 (beş min altı yüz yetmiş dörd) manat 85 (səksən beş) qəpik borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh “X3” ASC-nə 4412 (dörd min dörd yüz on iki) manat 81 (səksən bir) qəpik əsas borc, 546 (beş yüz qırx altı) manat 33 (otuz üç) qəpik faiz borcu, 29 (iyirmi doqquz) manat 69 (altmış doqquz) qəpik cərimə borcu vardır. Cavabdeh tərəfindən “X3” ASC-nə olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə bildiriş göndərilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 77 (yetmiş yeddi) manat 15 (on beş) qəpik dövlət rüsumu ödəmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçı “X3” ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı “X3” ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 77 (yetmiş yeddi) manat 15 (on beş) qəpik məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilənləri və cavabdehin əmlak mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh 4412 (dörd min dörd yüz on iki) manat 81 (səksən bir) qəpik əsas borc, 1115 (min yüz on beş) manat 16 (on altı) qəpik faiz borcu, 06 (altı) manat 88 (səksən səkkiz) qəpik cərimə və dövlət rüsumu üçün ödənilmiş 77 (yetmiş yeddi) manat 15 (on beş) qəpik məbləğində pul vəsaiti tutulub “X3” ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4412 (dörd min dörd yüz on iki) manat 81 (səksən bir) qəpik əsas borc, 1115 (min yüz on beş) manat 16 (on altı) qəpik faiz borcu, 06 (altı) manat 88 (səksən səkkiz) qəpik cərimə və dövlət rüsumu üçün ödənilmiş 77 (yetmiş yeddi) manat 15 (on beş) qəpik məbləğində pul vəsaiti tutulub “X3” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-776/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-776/2024
20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver