Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-807/2024 08.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X2 oğlunun katibliyi ilə, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borc» tələbinə dair mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borc» tələbinə dair iddia qaldıraraq, Cavabdeh 6540,51 manat əsas borc, 1365,33 manat faiz, 62,66 manat cərimə, cəmi 7968,50 (yeddi min doqquz yüz altmış səkkiz manat, əlli qəpik qəpik) manat pul və 100,09 (yüz manat, doqquz qəpik) manat məbləğində dövlət rüsumunun alınıb “X1” Açıq Səhmdar Cəmiyyətinin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 13 mart 2023-cü tarixli, 7192nkLKNb/22 saylı kredit müqaviləsinə əsasən iddiaçı xx.xx.2028-ci il tarixinədək, illik 28,75% ödəmək şərtilə 6900 AZN məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açılmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nağd qaydada hesabdan məxaric edilməsini istisna edir. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka xx.xx.2024-cü il tarixinə 6540,51 manat əsas borc, 1365,33 manat faiz, 62,66 manat cərimə, cəmi 7968,50 (yeddi min doqquz yüz altmış səkkiz manat, əlli qəpik qəpik) manat pul məbləğində borcu yaranmışdır.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti sonda Cavabdeh ilə aralarında bağlanmış 13 mart 2023-cü tarixli, 7192nkLKNb/22 saylı kredit müqaviləsi xeyrinə 6540,51 (altı min beş yüz qırx manat, əlli bir qəpik) manat əsas borc, 1365,33 (min üç yüz altmış beş, otuz üç) manat faiz, 62,66 (altmış iki manat, altmış altı qəpik) manat cərimə, cəmi 7968,50 (yeddi min doqquz yüz altmış səkkiz manat, əlli qəpik qəpik) manat pul və 100,09 (yüz manat, doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxaraq iddinın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Bu halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İşin halları:
1. 13 mart 2023-cü il tarixli, 7192nkLKNb/22 saylı kredit müqaviləsindən görünür ki, “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh illik 28,75 faizlə 60 ay müddətinə 6900 (altı min doqquz yüz) manat məbləğində kredit verilmişdir.
2. “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 31 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə banka 6540,51 (altı min beş yüz qırx manat, əlli bir qəpik) manat əsas borc, 1365,33 (min üç yüz altmış beş, otuz üç) manat faiz, 62,66 (altmış iki manat, altmış altı qəpik) manat cərimə, cəmi 7968,50 (yeddi min doqquz yüz altmış səkkiz manat, əlli qəpik qəpik) manat borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki,iddiaçı tərəfindən Cavabdeh illik 28,75 faizlə 60 ay müddətinə 6900 (altı min doqquz yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirməmiş ,nəticədə onun banka 6540,51 (altı min beş yüz qırx manat, əlli bir qəpik) manat əsas borc, 1365,33 (min üç yüz altmış beş, otuz üç) manat faiz, 62,66 (altmış iki manat, altmış altı qəpik) manat cərimə, cəmi 7968,50 (yeddi min doqquz yüz altmış səkkiz manat, əlli qəpik qəpik) manat borcu yaranmışdır. Tətbiq edilən hüquq:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
2. Mülki Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
3. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
4. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
5. Qeyd olunan Məcəllənin 448.1.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarını və qeyd olunan maddi hüquq normalarını əsas götürən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan 6540,51 (altı min beş yüz qırx manat, əlli bir qəpik) manat əsas borc, 1365,33 (min üç yüz altmış beş, otuz üç) manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunan maddi hüquq normasını əsas götürən məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi 62,66 manat cərimə borcu azaldılaraq 6 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 100,09 (yüz manat, doqquz qəpik) manat dövlət rüsumu da onun xeyrinə müştərək qaydada cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin.
1. Cavabdeh 6540,51 (altı min beş yüz qırx manat, əlli bir qəpik) manat əsas borc, 1365,33 (min üç yüz altmış beş, otuz üç) manat məbləğində faiz borcu və 6 (altı) manat cərimə borcu, ümumilikdə 7911,84 (beş min yüz əlli səkkiz manat, iyirmi doqquz qəpik) manat pul və 100,09 (yüz manat doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinə verilsin.
2. İddia qalan hissədə təmin olunmasın.
3. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov