Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-825/2025 19.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi ilə, İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair kiçik iddialara dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdim: İddiaçı LPO "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 562,63 (beş yüz altmış iki dollar, altmış üç sent) dollar əsas borc, 419,03 (dörd yüz on doqquz dollar, üç sent) dollar faiz, 863,78 (səkkiz yüz altmış üç dollar, yetmiş səkkiz sent) dollar cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiyası Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 84,24 (səksən dörd dollar, iyirmi dörd sent) dollar faiz borcu, cəmi 1929,68 (min doqquz yüz iyirmi doqquz dollar, altmış səkkiz sent) dollar borc və iş üzrə ödənilmiş 52,81 (əlli iki manat, səksən bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO "xxxx" ASC ərizəsini onunla əsaslandırmışdır ki, LPO "xxxx" ASC-nin Lənkəran filialı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə, ********* saylı kredit müqaviləsi əsasında 24 ay müddətində illik faiz dərəcəsi 31% faiz olmaqla, cavabdehə şəxsi məqsədləri üçün 3800 (üç min səkkiz yüz) ABŞ dolları kredit verilmişdir. Lakin,Cavabdeh1 kredit müqaviləsinin tələblərini pozaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, dəfələrlə ödənişləri yubatmışdır. ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə 21 aprel 2015-ci il tarixdə 345-RE saylı Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən kreditorun borcalana (birgə borcalana) verdiyi kreditin qalıq məbləği 3.250,71 (üç min iki yüz əlli ABŞ dolları 71 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunur. əlavə sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə 12 aprel 2017-ci il tarixdə 02 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 2.808,27 (iki min səkkiz yüz səkkiz ABŞ dolları 27 sent) ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2.018,09 (iki min on səkkiz ABŞ dolları 09 sent) ABŞ dolları əsas borc, 779,54 (yeddi yüz yetmiş doqquz ABŞ dolları 54 sent) ABŞ dolları faiz borcu və 10,64 (on ABŞ dolları 64 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10 (on) % ödənilir. Əlavə sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır.Edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı qeyd olunanların nəzərə alınmasını və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-ci il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, bank Cavabdeh1 24 ay müddətinə illik 31 % faizlə 3800 (üç min səkkiz yüz) ABŞ dollar məbləğində kredit vermişdir. İş materiallarında olan, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 190006610/ZM saylı xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 tərəfindən 190006610/ZM saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan, ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 345-RE saylı əlavə saziş bağlanmışdır. Müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 3250,71 (üç min iki yüz əlli dollar, yetmiş bir sent) dollar təşkil edir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunur.Əlavə sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 02 nömrəli əlavə saziş bağlanmışdır. İş materiallarında olan, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə 562,63 (beş yüz altmış iki dollar, altmış üç sent) dollar əsas borc, 419,03 (dörd yüz on doqquz dollar, üç sent) dollar faiz, 863,78 (səkkiz yüz altmış üç dollar, yetmiş səkkiz sent) dollar cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiyası Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarəna əsasən hesablanmış 84,24 (səksən dörd dollar, iyirmi dörd sent) dollar faiz borcu, cəmi 1929,68 (min doqquz yüz iyirmi doqquz dollar, altmış səkkiz sent) dollar borc məbləğində borcludur. İş materiallarında olan, ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 52,81 (əlli iki manat, səksən bir qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdiki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən ona 24 ay müddətinə illik 31% faizlə 3800 (üç min səkkiz yüz) dollar məbləğində kredit verilmişdir. Lakin, Cavabdeh1 kredit borcunu banka ödəməkdən yayınmış, iş üzrə iddiaçı "xxxx" ASC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, 190006610/ZM saylı xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində Cavabdeh1 tərəfindən ********* saylı xx.xx.2014-cü saylı kredit müqaviləsi üzrə müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdələrinə götürmüşdür. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, Heydərov Heydər İskəndər oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək müqavilənin şərtlərini pozmuşdur. Zaminlər isə zaminlik müqaviləsi bağlamaqla Heydərov Heydər İskəndər oğlunun kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasına təminat vermişlər. Buna görə də cavabdehlər, onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidirlər. İddianın qismən təmin edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi 863,78 (səkkiz yüz altmış üç dollar, yetmiş səkkiz sent) dollar məbləğində dəbbə pulu silinərək 50 (əlli) dollar həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edilən işin halları və müvafiq plenum qərarına əsasən hesab edir ki, LPO "xxxx" ASC-nin Lənkəran filialı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədiyindən iddia 84,24 (səksən dörd dollar, iyirmi dörd sent) dollar faiz borcunun tələb edilməsi hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 52,81 (əlli iki manat, səksən bir qəpik) manat dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 45 (qırx beş) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC -nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada milli manata məzənnədə 562,63 (beş yüz altmış iki dollar, altmış üç sent) dollar əsas borc, 419,03 (dörd yüz on doqquz dollar, üç sent) dollar faiz, 50 (əlli) dollar cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiyası Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarəna əsasən hesablanmış 84,24 (səksən dörd dollar, iyirmi dörd sent) dollar faiz borcu, cəmi 1115,90 (min yüz on beş dollar, doxsan sent) dollar borc və iş üzrə ödənilmiş 45 (qırx beş) manat məbləğdə pul vəsaiti tutularaq, ləğv prosesində olan iddiaçı LPO "xxxx" ASC -nin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi göndən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-825/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-825/2025
19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver