Məhkəmə qərarları › İş №e-2(018)-843/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-843/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-843/2023 08.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 İddiaçı ASC-nin Cavabdeh qarşı «Borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «Borc tələbinə dair» iddia verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2161 (iki min yüz altmış bir) manat, 93 (doxsan üç) qəpik əsas kredit borcu, 17 (on yeddi) manat, 52 (əlli iki) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2179 (iki min yüz yetmiş doqquz) manat, 45 (qırx beş) qəpik borcu və 41 (qırx bir) manat, 80 (səksən) qəpik ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 21 avqust 2019cu il tarixli, Rest №012CASA192330010 saylı güzəştli kredit müqaviləsinə əsasən cavabdehə bir il güzəşt müddəti olmaqla, 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 2161 (iki min yüz altmış bir) manat, 93 (doxsan üç) qəpik məbləğində kredit verilmişdir. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə 2161 (iki min yüz altmış bir) manat, 93 (doxsan üç) qəpik əsas kredit borcu və 17 (on yeddi) manat, 52 (əlli iki) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2179 (iki min yüz yetmiş doqquz) manat, 45 (qırx beş) qəpik borcu qalmaqdadır. Odur ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2161 (iki min yüz altmış bir) manat, 93 (doxsan üç) qəpik əsas kredit borcu, 17 (on yeddi) manat, 52 (əlli iki) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2179 (iki min yüz yetmiş doqquz) manat, 45 (qırx beş) qəpik borcu və 41 (qırx bir) manat, 80 (səksən) qəpik ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 42 (qırx iki) manat, 18 (on səkkiz) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 21 avqust 2019-cu il tarixli, Rest №012CASA192330010 saylı güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh bir il güzəşt müdddəti olmaqla, 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2161 (iki min yüz altmış bir) manat, 93 (doxsan üç) qəpik məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 18 may 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh 21 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2161 (iki min yüz altmış bir) manat, 93 (doxsan üç) qəpik əsas kredit borcu, 17 (on yeddi) manat, 52 (əlli iki) qəpik faiz, cəmi 2179 (iki min yüz yetmiş doqquz) manat, 45 (qırx beş) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş pretenziyadan görünür ki, İddiaçı KB ASC ilə cavabdeh arasında bağlanmış 21 avqust 2019-cu il saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 41 (qırx bir) manat, 80 (səksən) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2161 (iki min yüz altmış bir) manat 93 (doxsan üç) qəpik əsas kredit borcu, 17 (on yeddi) manat 52 (əlli iki) qəpik kreditdən istifadəyə görə faiz borcu, cəmi 2179 (iki min yüz yetmiş doqquz) manat 45 (qırx beş) qəpik və dövlət rüsumu üçün ödənilmiş 41 (qırx bir) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar