Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-848/2024 18.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1 iddiaçı “X3 Olmayan Kredit Təşkilatı” MMCnin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “X3 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh qarşı «kredit borcunun qaytarılması» barədə iddia verərək, Cavabdeh 28 mart 2022-ci il tarixli 229/SM-2022 saylı kredit müqaviləsinə üzrə 1460 (bir min dörd yüz altmış) manat 32 (otuz iki) qəpik əsas borc, 1 (bir) manat 83 (səksən üç) qəpik faiz borcu, ümumilikdə 1462 (bir min dörd yüz altmış iki) manat 15 (on beş) qəpik borcun və ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "“X3 Olmayan Kredit Təşkilatı” MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 229/SM-2022 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 6550 (altı min beş yüz əlli) manat məbləğində kredit verilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 28 mart 2022-ci il tarixli 87444 saylı girov müqaviləsi əsasında 86.5 (səksən altı tam onda beş) qram 4251 (dörd min iki yüz əlli bir) manat dəyərində qızıl-zinət əşyaları 28 mart 2022-ci il tarixli 229/SM-2022 saylı kredit müqaviləsinin təminatı kimi girov qoyulmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli bildirişlərdən görünür ki, “X3 Olmayan Kredit Təşkilatı” MMC ilə cavabdeh arasında bağlanmış 28 mart 2022-ci il tarixli 229/SM-2022 saylı kredit müqaviləsi əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün borcunun yarandığı, girovun satılacağı və hərracın yeri barədə məlumat verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********4 nömrəli mədaxil qəbzindən görünür ki,, iddiaçı "xxxx" MMC-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 35 (otuz beş) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 35 (otuz beş) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 28 mart 2022-ci il tarixli 229/SM-2022 saylı kredit müqaviləsinə üzrə 1460 (bir min dörd yüz altmış) manat 32 (otuz iki) qəpik əsas borc, 01 (bir) manat 83 (səksən üç) qəpik faiz borcu, ümumilikdə 1462 (bir min dörd yüz altmış iki) manat 15 (on beş) qəpik borcun və ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-848/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-848/2024
18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver