Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-856/2023 08.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 İddiaçı ASC-nin Cavabdeh qarşı «Borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «Borc tələbinə dair» iddia verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1171 (bir min yüz yetmiş bir), 39 (otuz doqquz) qəpik əsas kredit borcu, 10 (on) manat, 16 (on altı) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 1181 (bir min yüz səksən bir) manat, 55 (əlli beş) qəpik borcu və 31 (otuz bir) manat, 82 (səksən iki) qəpik manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Rest№012CASA193520017 güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 1171 (bir min yüz yetmiş bir), 39 (otuz doqquz) qəpik məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış Güzəştli kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, ona dəfələrlə şifahi və rəsmi bildirişlə müraciət edilməsinə baxmayaraq, onun tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 1171 (bir min yüz yetmiş bir), 39 (otuz doqquz) qəpik əsas, 10 (on) manat, 16 (on altı) qəpik faiz, cəmi 1181 (bir min yüz səksən bir) manat, 55 (əlli beş) əpik borcu qalmaqdadır. Odur ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1171 (bir min yüz yetmiş bir), 39 (otuz doqquz) qəpik əsas kredit borcu, 10 (on) manat, 16 (on altı) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 1181 (bir min yüz səksən bir) manat, 55 (əlli beş) qəpik borcu və 31 (otuz bir) manat, 82 (səksən iki) qəpik manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 32 (otuz iki) manat, 22 (iyirmi iki) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, Rest№012CASA193520017 saylı güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh 1 il güzəşt müddəti olmaqla, 5 il müddətinə illik 1% dərəcəsi ilə 1171 (bir min yüz yetmiş bir), 39 (otuz doqquz) qəpik məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, Rest№012CASA193520017 kredit müqaviləsi üzrə 1171 (bir min yüz yetmiş bir), 39 (otuz doqquz) qəpik əsas kredit borcu, 10 (on) manat, 16 (on altı) qəpik faiz, cəmi 1181 (bir min yüz səksən bir) manat, 55 (əlli beş)qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş pretenziyadan görünür ki, İddiaçı KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Rest№012CASA193520017 kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 31 (otuz bir) manat, 82 (səksən iki) qəpik manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, Rest№012CASA193520017saylı güzəştli kredit müqaviləsi üzrə 1171 (bir min yüz yetmiş bir) 39 (otuz doqquz) qəpik əsas borc, 10 (on) manat 16 (on altı) qəpik faiz borcu, cəmi 1181 (bir min yüz səksən bir) manat 55 (əlli beş)qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(018)-856/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-856/2023
08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver