Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-868/2023 07.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X4 İddiaçı ASC-nin Cavabdeh qarşı «Borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi X3 Cavabdeh qarşı «Borc tələbinə dair» iddia verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2456 (iki min dörd yüz əlli altı) manat, 85 (səksən beş) qəpik əsas kredit borcu, 22 (iyirmi iki) manat, 34 (otuz dörd) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2479 (iki min dörd yüz yetmiş doqquz) manat, 19 (on doqquz) qəpik borcu və 44 (qırx dörd) manat, 80 (səksən) qəpik manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Rest№012CASA193370023 güzəştli kredit müqaviləsinə əsasən cavabdeh X2 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 2456 (iki min dörd yüz əlli altı) manat, 85 (səksən beş) qəpik məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış Güzəştli kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcə də, öhdəlik üzrə dəfələrlə şifahi və rəsmi bildirişlə müraciət edilməsinə baxmayaraq, onun tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdeh X1 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 2456 (iki min dörd yüz əlli altı) manat, 85 (səksən beş) qəpik əsas, 22 (iyirmi iki) manat, 34 (otuz dörd) qəpik faiz, cəmi 2479 (iki min dörd yüz yetmiş doqquz) manat, 19 (on doqquz) qəpik borcu qalmaqdadır. Odur ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2456 (iki min dörd yüz əlli altı) manat, 85 (səksən beş) qəpik əsas kredit borcu, 22 (iyirmi iki) manat, 34 (otuz dörd) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2479 (iki min dörd yüz yetmiş doqquz) manat, 19 (on doqquz) qəpik borcu və 44 (qırx dörd) manat, 80 (səksən) qəpik manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, Rest№012CASA193370023 saylı güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh 1 il güzəşt müddəti olmaqla, 5 il müddətinə illik 1% dərəcəsi ilə 2456 (iki min dörd yüz əlli altı) manat, 85 (səksən beş) qəpik məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, Rest№012CASA193370023 kredit müqaviləsi üzrə 2456 (iki min dörd yüz əlli altı) manat, 85 (səksən beş) qəpik əsas kredit borcu, 22 (iyirmi iki) manat, 34 (otuz dörd) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2479 (iki min dörd yüz yetmiş doqquz) manat, 19 (on doqquz) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş sonuncu bildirişdən görünür ki, İddiaçı KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Rest№012CASA193370023 kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 44 (qırx dörd) manat, 80 (səksən) qəpik manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, Rest№012CASA193370023 saylı güzəştli kredit müqaviləsi üzrə 2456 (iki min dörd yüz əlli altı) manat 85 (səksən beş) qəpik əsas kredit borcu, 22 (iyirmi iki) manat 34 (otuz dörd) qəpik kreditdən istifadəyə görə faiz borcu, cəmi 2479 (iki min dörd yüz yetmiş doqquz) manat 19 (on doqquz) qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 44 (qırx dörd) manat, 80 (səksən) qəpik manat məbləğində pul vəsaiti alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(018)-868/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-868/2023
07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver