Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-869/2025 08.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 2000 (iki min) manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair sadələşdirilmiş icraat qaydasında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək iddia tələblərini müdafiə etdiklərini, iştirakları olmadan işə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində, saat 20:10 radələrində Sumqayıt şəhəri, İ. Qayıbov küçəsi ərazisində Cavabdeh Emin oğlunun idarə etdiyi “VAZ 21061” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə maddi ziyan dəymişdir. “VAZ 21061” markalı, **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər PXA ********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülkiməsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixli dəymiş zərərin hesabatından görünür ki, "xxxx" MMC-yə məxsus mağazaya 3130 (üç min yüz otuz) manat zərər dəymişdir. xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən, sığorta ödənişinin bir hissəsi olaraq 1130 (min yüz otuz) manat iddiaçı tərəfindən X2 bank hesabına ödənilmişdir. "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə məxsus mağaza BB017184 saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi ilə sığortalanmışdır. Həmin şəhadətnamə üzrə azadolma məbləği 1130 (min yüz otuz) manat təşkil edir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən, "xxxx" ASC tərəfindən 2000 (iki min) manat "xxxx" MMC-yə ödənilmişdir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Buna görə də,"xxxx" ASC tərəfindən 2000 (iki min) manat "xxxx" ASC-yə ödənilmişdir. Sumqayıt Şəhəri Pİ-nin Təhqiqat Şöbəsinin Baş Təhqiqatçısı, polis mayoru Zamiq Seyfullayevin qəbul etdiyi xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.4-ci (etibarnamə olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması) və 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasını) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsiri sübuta yetirilmişdir. İş materiallarından aydın görünür ki, yol-nəqliyyat hadisə zamanı Cavabdeh “VAZ 21061” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Tərəfimizdən Cavabdeh qarşı “Sığorta ödənişinin subroqasiya qaydasinda tələb edilməsi barədə” sadələşdirilmiş icraat qaydasında ərizə ilə Astara Rayon Məhkəməsinə müraciət edilmiş, 1130 manat məbləğində zərərin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutulması xahiş edilmişdir. Astara Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, iş № e-2(018)- 992/2024 saylı qətnaməsinə əsasən, iddia təmin edilmiş və Cavabdeh tərəfindən 1130 (min yüz otuz) manat məbləğində maddizərərin, habelə 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı"xxxx"Açıq Səhmdar Cəmiyyətinin bank hesabına ödənilməsi qət edilmişdir. Həmin iş üzrə 15 yanvar 2025-ci il tarixdə icra vərəqəsi verilmişdir. Beləliklə, görünür ki,"xxxx" ASC-nin "xxxx" MMC-yə ödədiyi 1130 (min yüz otuz) manat məbləğində sığorta ödənişi faktiki olaraq "xxxx" ASC tərəfindən qarşılanmış və bu məbləğ 2024-cü il tarixli qətnamə qəbul edilmiş və onun əsasında icra vərəqəsi tərtib edilmişdir. Bununla yanaşı, "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC-yə ödənilmiş qalıq 2.000 (iki min) manat məbləğində vəsait də "xxxx" ASC tərəfindən ödənilmişdir. Bu səbəbdən, hazırda sözügedən 2000 (iki min) manat məbləğində vəsaitin də cavabdehdən tutulması tələb olunmaqdadır. Odur ki, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 2000 (iki min) manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair sadələşdirilmiş icraat qaydasında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş sənədlərində olan sığorta müqaviləsinə əsasən **-BC-*** dövlət qeydiyyat nişanlı “VAZ 21061” markalı avtonəqliyyat vasitəsi xx.xx.2019-ci il tarixində xx.xx.2020-ci il tarixinə qədər "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. İş sənədlərinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki,aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2004- cü il təvəllüdlü Cavabdeh xx.xx.2019-cu il tarixdə saat təxminən 20:10 radələrində etibarnamə əsasında qohumu X1 məxsus "VAZ-2106" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşını Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində "İ. Qayıbov küçəsində yerləşən "Səda-Store" mağazasının qarşısında avtomaşının dayandığı yeri dəyişmək məqsədi ilə sükan arxasına keçərək sürücülük vəsiqəsi olmadan avtomaşının mühərrikini işə salıb bir qədər irəli hərəkət etdirərkən ehtiyyatsızlıqdan avtomaşını adı qeyd olunan mağazanın giriş qapısına vuraraq həmin mağazaya 7000-8000 manat maddi ziyan dəyməsi ilə nəticələnən YNH törətmişdir. Cavabdeh əməlir inzibati qayda pozuntusunun tərkibi olduğundan onun manevr qaydasını pozduğu üçün Azərbaycan Respublikası (İXM-327.1-ci maddə) və sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etməsi nəticəsində zərərçəkmiş şəxsə fiziki və maddi zərər vurulmasına görə (İXM-332.4-cü maddə) onun inzibati qaydada məsuliyyətə cəlb edilmələri üçün qəbul edilmiş qərarın surəti icra edilməsi məqsədi ilə Sumqayıt şəhər F nin DYPŞ-nə göndərilməlidir. İş sənədlərinə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, zərərçəkənə 1130 (min yüz otuz) manat məbləğində sığorta ödənişi olunmuşdur. İş sənədlərindən və əlavə edilmiş MAPS arayışının surətindən görünür ki, Cavabdeh Astara rayonu, Şümrüd kəndində qeydiyyatdadır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərəin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna daia etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydalarının” 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu idarə etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilərək Cavabdeh 2000 (iki min) manat məbləğində sığorta ödənişi və dövlət rüsumu üçün ödənilmiş 40 (qırx) manat məbləğində pul vəsaiti tutulub "xxxx" ASC-nin xeyrinə tutlmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 2000 (iki min) manat məbləğində sığorta ödənişi və dövlət rüsumu üçün ödənilmiş 40 (qırx) manat məbləğində pul vəsaiti tutulub "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-869/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-869/2025
08.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver