Məhkəmə qərarları › İş №e-2(018)-875/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-875/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-875/2023 08.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X2 İddiaçı ASC-nin Cavabdeh qarşı «Borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh qarşı «Borc tələbinə dair» iddia verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2311 (iki min üç yüz on bir) manat, 77 (yetmiş yeddi) qəpik əsas kredit borcu, 20 (iyirmi) manat, 12 (on iki) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2331 (iki min üç yüz otuz bir) manat, 89 (səksən doqquz) qəpik borcu və 43 (qırx üç) manat, 32 (otuz iki) qəpik ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 10 dekabr 2019cu il tarixli, 012CASA193500028 saylı güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh 1 il güzəşt müddəti olmaqla, 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 2311 (iki min üç yüz on bir) manat, 77 (yetmiş yeddi) qəpik məbləğində kredit verilmişdir. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh İddiaçı ASC-yə 17 may 2023-cü il tarixinə 2311 (iki min üç yüz on bir) manat, 77 (yetmiş yeddi) qəpik əsas kredit borcu və 20 (iyirmi) manat, 12 (on iki) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2331 (iki min üç yüz otuz bir) manat, 89 (səksən doqquz) qəpik borcu qalmaqdadır. Odur ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2311 (iki min üç yüz on bir) manat, 77 (yetmiş yeddi) qəpik əsas kredit borcu, 20 (iyirmi) manat, 12 (on iki) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2331 (iki min üç yüz otuz bir) manat, 89 (səksən doqquz) qəpik borcu və 43 (qırx üç) manat, 32 (otuz iki) qəpik ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 43 (qırx üç) manat, 72 (yetmiş iki) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 10 dekabr 2019-cu il tarixli, 012CASA193500028 saylı güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh 1 il güzəşt müddəti olmaqla, 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2311 (iki min üç yüz on bir) manat, 77 (yetmiş yeddi) qəpik məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 17 may 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh 10 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2311 (iki min üç yüz on bir) manat, 77 (yetmiş yeddi) qəpik əsas borc və 20 (iyirmi) manat, 12 (on iki)qəpik faiz, cəmi 2331 (iki min üç yüz otuz bir) manat, 89 (səksən doqquz)qəpik borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 43 (qırx üç) manat 32 (otuz iki) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2311 (iki min üç yüz on bir) manat 77 (yetmiş yeddi) qəpik əsas borc, 20 (iyirmi) manat 12 (on iki) qəpik faiz, cəmi 2331 (iki min üç yüz otuz bir) manat 89 (səksən doqquz) qəpik və dövlət rüsumu üçün ödənilmiş 43 (qırx üç) manat 32 (otuz iki) qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar