Məhkəmə qərarları › İş №e-2(018)-889/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-889/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-889/2025 29.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən,Astara Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin PİKÜMİD-nin Regional Məhkəmə Hüquq şöbəsinin baş hüquqşunası Elxan Cilovxanov Cavabdeh qarşı «borc tələbi barədə» iddia verərək, cavabdehdən iddiaçının xeyrinə 442 (dörd yüz qırx iki) 60 (altmış) qəpik əsas məbləğ üzrə, 75 (yetmiş beş) manat 22 (iyirmi iki) qəpik faiz üzrə, 34 (otuz dörd) manat 20 (iyirmi) qəpik cərimə, cəmi 552 ( beş yüz əlli iki) 2(iki) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixində müvafiq Ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş və bununla da həmin şərtlərlə müqavilə bağlamış hesab edilmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq müqavilə vasitəsi ilə razılaşdırılmış, xx.xx.2025-ci il tarixədək, illik 27% olmaqla istehlak məqsədləri üçün 1300 AZN nağd kredit (aylıq ödəniş hər ayın 15-i 54 AZN)məbləği iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində cavabdehin ödəniş kartına köçürülmüşdür. (Kredit № 7538nkMDKb/22).. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun. "xxxx" ASC-yə 442 (dörd yüz qırx iki) 60 ( altmış) qəpik əsas məbləğ üzrə, 75 (yetmiş beş) manat 22(iyirmi iki) qəpik faiz üzrə, 34 (otuz dörd) manat 20 ( iyirmi) qəpik cərimə və cəmi 552 ( beş yüz əlli iki) 2(iki) qəpik borcu yaranmışdır. İddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlirəm ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASCnin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat 40( qırx) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-cü 7538nkMDKb/22 saylı kredit müqaviləsindən görünür ki, “Bank” Cavabdeh 442 (dörd yüz qırx iki) 60 ( altmış) qəpik kredit xətti açılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdehnın 7538nkMDKb/22 saylı kredit müqaviləsi üzrə 442 (dörd yüz qırx iki) 60 ( altmış) qəpik əsas məbləğ üzrə, 75 (yetmiş beş) manat 22(iyirmi iki) qəpik faiz üzrə, 34 (otuz dörd) manat 20 ( iyirmi) qəpik cərimə borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-cü 7538nkMDKb/22 saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edərək, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlirəm ki, xx.xx.2022-cü 7538nkMDKb/22 saylı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 34 (otuz dörd) manat 20 ( iyirmi) qəpik məbləğində dəbbə pulu azaldılaraq 04 (iki) manat 20 qəpik həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat 40( qırx) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-cü 7538nkMDKb/22 saylı kredit müqaviləsi üzrə 442 (dörd yüz qırx iki) 60 ( altmış) qəpik əsas borc, 75 (yetmiş beş) manat 22 (iyirmi iki) qəpik faiz, 04 (dörd) manat 20 ( iyirmi) qəpik cərimə, cəmi 552 ( beş yüz əlli iki) 2(iki) qəpikk borc və və dövlət rüsumu üçün ödənilmiş 02 (iki) manat 40 (qırx) qəpik pul vəsaiti alınıb iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov İddiaçı:"xxxx" Kommersiya Bankı ASC -nə Xçmaz şəhəri, N.Nərimanov küçəsi, 19 A Cavabdeh: Cavabdeh Astara şəhəri, Azərbaycan küçəsi, ev 151 Astara Rayon Məhkəməsinin 07 sentyabr 2022-ъi il tarixli 2(018)-1040/2022 nömrəli qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti ___ vərəqə. Astara rayon Məhkəməsinin hakimi: Mübariz Məmmədov. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ MƏHKƏMƏ BAXİŞ İCLASİNİN PROTOKOLU 07 sentyabr 2022-ci il İş №-2(018)-1040/2022 Astara şəhəri Astara rayon Məhkəməsi Астара Район Мящкямясинин щакими X3 оьлунун сядрлийи, мящкямя иъласынын катиби X2 оьлунун катиблийи ilə məhkəmənin baxış iclası keçirilir. Sədrlik edən saat 10:15-də məhkəmə iclasını açıb iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin ъавабдещ Cavabdeh гаршы «borc tələbi barədə» мцлки ишя садяляшдирилмиш иъраат гайдасында baxılacağını elan edir. Sədrlik edən mülki işin materiallarını nəzərdən keçirib məhkəmənin мцшавиря отаьына эетдийини елан едир. Sədrlik edən müşavirəyə gedir. Sədrlik edən müşavirədən qayıdır. Сядрлик едян qətnaməni елан едиb saat 10:25-də məhkəmə iclasını bağlı elan edir. Sədrlik edən: Məhkəmə iclas katibi: Tərtib edildi: 07 sentyabr 2022-ci il

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar