Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-898/2025 29.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən,Astara Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin PİKÜMİD-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 933 (doqquz yüz otuz üç) manat 01 (bir) qəpik əsas, 120 (yüz iyirmi) manat 51 (əlli bir) qəpik faiz, 20 (iyirmi) manat 92 (doxsan iki) qəpik cərimə, cəmi 1074 (min yetmiş dörd) 44(qırx dörd) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 31 (otuz bir)manat 15(on beş) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində müvafiq Ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş və bununla da həmin şərtlərlə müqavilə bağlamış hesab edilmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq SMS vasitəsi ilə razılaşdırılmış, 36 ay müddətinə, illik 24,50 % olmaqla istehlak məqsədləri üçün 1620 AZNnağd kredit (komissiya 85 AZN, aylıq ödəniş hər ayın 10-u) məbləği iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində cavabdehin ödəniş kartına köçürülmüşdür. (Kredit № 1711nkSTB2b/23). Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 933,01 AZN əsas 120,61 AZN faiz, 20,92 AZN cərimə borcun və dövlət rüsumu olaraq ödənilmiş 31,15 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1711nkSTB2b\23 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC illik 24,50 % ödəmək şərtilə xx.xx.2025-ci il tarixədək 1620(min alti yüz iyirmi) manat məbləğində kredit borcalanın hesabına köçürülmüşdür. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2028-ci il tarixədək 3373 (üç min üç yüz yetmiş üç) manat məbləğində kreditin aylıq ödəniş məbləği müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, “X2” ASC ilə Cavabdeh arasında bağlanmış, xx.xx.2024-cü il tarixli 113nkLKN/24 saylı kredit müqaviləsinə əsasən "xxxx" KB ASC-nə 933 (doqquz yüz otuz üç) manat 01 (bir) qəpik əsas, 120 (yüz iyirmi) manat 51 (əlli bir) qəpik faiz, 20 (iyirmi) manat 92 (doxsan iki) qəpik cərimə, cəmi 1074(min yetmiş dörd) 44(qırx dörd) qəpik borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdehnun "xxxx" Kommersiya Bankı ASC-nə yaranmış borcun məbləği və Cavabdeh tərəfindən "xxxx" Kommersiya Bankı ASC-nə olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə bildiriş göndərilmişdir. Mülki işə əlavə edilmiş AZE № 13179172 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 31 (otuz bir)manat 15(on beş) qəpik dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edərək, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlirəm ki, xx.xx.2023cü 1231sLKNb/23 saylı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 20 (iyirmi) manat 92 (doxsan iki) qəpik cərimə məbləğində dəbbə pulu azaldılaraq 01 (bir) manat 75 (yetmiş beş) qəpik həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh 933 (doqquz yüz otuz üç) manat 01 (bir) qəpik əsas borc, 120 (yüz iyirmi) manat 51 (əlli bir) qəpik faiz borcu, 01 (bir) manat 75 (yetmiş beş) qəpik cərimə və dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir)manat 15(on beş) qəpik məbləğində pul vəsaiti tutulub “X2” ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh 933 (doqquz yüz otuz üç) manat 01 (bir) qəpik əsas borc, 120 (yüz iyirmi) manat 51 (əlli bir) qəpik faiz borcu, 01 (bir) manat 75 (yetmiş beş) qəpik cərimə və dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat 15(on beş) qəpik məbləğində pul vəsaiti tutulub “X2” ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-898/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-898/2025
29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver