Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-901/2025 15.10.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixli 111 saylı kredit müqaviləsi üzrə 57018.25 (əlli yeddi min on səkkiz manat, 25 qəpik) manat əsas, 87401.50 (səksən yeddi min dörd yüz bir manat, 50 qəpik) manat faiz, cəmi 144419.75 (yüz qırx dörd min dörd yüz on doqquz manat, 75 qəpik) manat borcun və 435 (dörd yüz otuz beş) manat dövlət rüsumu və 2.18 manat dövlət rüsumu üçün çıxılmış komissiyanın Cavabdeh Əlikram qızından tutulması, tutmanın ünvan 1 ünvanında yerləşən binanın B blokunda 11-ci mərtəbəsində istifadədə olan 149 kv.m ümumi sahədən ibarət 3 otaqlı 73 saylı mənzilinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və əmlakın satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh Əlikram qızından tutulması, əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılaraq alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Əlikram qızı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 111 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 (bir yüz səksən) ay müddətinə 131550 (bir yüz otuz bir min beş yüz əlli) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh Əlikram qızı arasında xx.xx.2010-cu il tarixli 147/R saylı bağlanmış müqavilə əsasında Cavabdeh Əlikram qızının sərəncamında olan və kredit hesabına alınmış ünvan 1 ünvanında yerləşən binanın B blokunda 11-ci mərtəbəsində istifadədə olan 149 kv.m ümumi sahədən ibarət 3 otaqlı 73 saylı mənzil ipotekaya qoyulmuşdur. ünvan 1 ünvanında yerləşən binanın B blokunun 11-ci mərtəbəsində istifadədə olan 149 kv.m ümumi sahədən ibarət 3 otaqlı 73 saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh Əlikram qızı arasında xx.xx.2010-cu il tarixli 111/1 ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqavilələrinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə müraciət olunmasına, habelə 12-5/2-T-21-1010/2025 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh Əlikram qızının xx.xx.2025-ci il tarixə xx.xx.2010-cu il tarixli 111 saylı kredit müqaviləsi üzrə cəmi borcu 144419.75 (yüz qırx dörd min dörd yüz on doqquz manat, 75 qəpik) manat təşkil edir. Bundan 57018.25 (əlli yeddi min on səkkiz manat, 25 qəpik) manat əsas, 87401.50 (səksən yeddi min dörd yüz bir manat, 50 qəpik) manat faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiklərini bildirərək, e-2(018)-901/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixə, saat 10:30-a təyin edilmiş məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair e-2(018)-901/2025 saylı mülki iş üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək guya iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli 111 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 (bir yüz səksən) ay müddətinə 131550 (bir yüz otuz bir min beş yüz əlli) manat məbləğində kredit verildiyini bildirmişdir. Cavabdeh ilə İddiaçı ASC arasında heç bir kredit müqaviləsi imzalanmamış, həmin bankdan ümumiyyətlə kredit götürülməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş kredit müqaviləsindəki imzalar Cavabdeh məxsus deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən verilmiş ekspert rəyində də göstərilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli 111 saylı kredit müqaviləsi Cavabdeh tərəfindən imzalanmamışdır. Göstərilənlərə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iddia ərizəsini, iddianın dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 16 aprel 2010-cu il tarixli, 111 nömrəli Kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 180 (bir yüz səksən) ay müddətinə illik 14 (on dörd) faiz dərəcəsi ilə 131550 (bir yüz otuz bir min beş yüz əlli) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 16 aprel 2010-cu il tarixli, 111/1 nömrəli İpoteka müqaviləsindən görünür ki, 16 aprel 2010-cu il tarixdə İddiaçıASC və Cavabdeh arasında bağlanmış 111 saylı kredit müqaviləsinə əsasən İpoteka saxlayan tərəfindən və X2 ayrılmış 131550 manat məbləğində kreditin təminatı üçün ipoteka verən şəxsi mülkiyyətində olan mənzili ipteka qoyur. İpoteka qoyulan Cavabdeh Əlikram qızına məxsus ünvan 1 ünvanında yerləşən binanın A blokunda 11-ci mərtəbəsində istifadədə olan 149 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 73 saylı mənzildir. İş materiallarına əlavə edilmiş xx.xx.2010-cu il tarixli 147/R saylı nömrəli müqavilədən görünür ki, "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış bu müqavilənin predmeti İcraçının ("xxxx" MTK) tikintisini həyata keçirdiyi 16 mərtəbəli, çoxmənzilli yaşayış binasındakı mənzillərdən birini tərəflərin razılaşdığı qiymətlə alıcıya satmasından, alıcının isə aldığı mənzilin dəyərini müəyyən edilmiş müddətdə ödəməsindən ibarət olmuşdur. İş materiallarına əlavə edilmiş kreditin ödənmə cədvəlindən görünür ki, 16 aprel 2025-ci il tarixə Cavabdeh tərəfindən İddiaçıASC-yə 131550.81 manat əsas, 183.792.99 manat faiz borcu olmaqla, cəmi 315343.80 manat məbləöində borc ödənilməlidir. İş materiallarına əlavə edilmiş 22 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2010-cu il tarixli, ******************** saylı Kredit müqaviləsi üzrə 08 yanvar 2025-ci il tarixinə yaranmış 57018.25 (əlli yeddi min on səkkiz manat, 25 qəpik) manat əsas, 87401.50 (səksən yeddi min dörd yüz bir manat, 50 qəpik) manat faiz, cəmi 144419.75 (yüz qırx dörd min dörd yüz on doqquz manat, 75 qəpik) manat borcu vardır. İş materiallarına əlavə edilmiş 22 yanvar 2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydalarına əməl edilmişdir. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli 2-1(81)-3620/2016 saylı Qərarından görünür ki, İddiaçı ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Mərkəzləşdirilmiş Kredit Reyestrindən Çıxarışdan görünür ki, 10 aprel 2025-ci il tarixə Cavabdeh aktiv kreditlərinin cəmi qalıq vəsaiti bölməsində məbləğ, kreditlərin sayı, kredit şirkətlərinin sayı 0 olaraq göstərilir. İş materiallarına əlavə edilmiş 24 yanvar 2014-cü il tarixli 1783/KD nömrəli nəğd ödəniş üçün elandan görünür ki, Cavabdeh Əliəkrəm qızı tərəfindən ipoteka krediti üçün aylıq annuitet ödəniş 15000 AZN İddiaçı ASC-nin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2025-ci il tarixli, 4/1356 saylı Ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 100-103-cü vərəqlərində olan 16 aprel 2010-cu il tarixli 111 nömrəli Kredit müqaviləsinin 4-cü vərəqində "Kreditor Cavabdeh Əliekram qızı qrafasından aşağıda yerləşən imza, 98-99-cu vərəqlərində olan 16 aprel 2010-cu il tarixli 111/1 nömrəli İpoteka müqaviləsinin 2-ci vərəqində "Borc alan" va "İpoteka verən qrafalarındakı imzalar: 90-92-ci vərəqlərində olan 16 aprel 2010-cu il tarixli 147/R nömrəli müqavilənin 1-2-ci vərəqlərinin aşağı sağ hissələrdəki imzalar, 3-cü vərəqində "Alıcı qrafasından aşağıda “Cavabdeh” yazıları qarşısındakı imza, 85-ci vərəqində olan 24 yanvar 2014-cü il tarixli 1783/KD nömrəli Nağd ödəniş üçün elanda "Ödəyənin imzası" grafasındakı imza - Cavabdeh Əliakram qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında formalaşdırdığı mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” qərarında formalaşdırdığı mövqeyə görə əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən kredit müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdiki, İddiaçı ASC ilə Cavabdeh arasında 16 aprel 2010-cu il tarixli, 111 nömrəli Kredit müqaviləsi bağlanmış və Cavabdeh 180 (bir yüz səksən) ay müddətinə illik 14 (on dörd) faiz dərəcəsi ilə 131550 (bir yüz otuz bir min beş yüz əlli) manat məbləğində kredit verilmişdir. Həmçinin, cavabdehlə ipoteka müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən İpoteka saxlayan tərəfindən və X2 ayrılmış 131550 manat məbləğində kreditin təminatı üçün ipoteka verən Cavabdeh Əlikram qızı şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən binanın A blokunda 11-ci mərtəbəsində istifadədə olan 149 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 73 saylı mənzili ipoteka ilə yüklü etmişdir. Mülki iş üzrə təqdim edilmiş ekspert rəyi ilə iddiaçı tərəfindən borcun tələb edilməsinə əsas olmuş xx.xx.2010-cu il tarixli, 111 saylı Kredit müqaviləsinin X3 tərəfindən imzalanmadığı, həmçinin, iddiaçı tərəfindən təqdim edilən, ipoteka müqaviləsi, nəğd ödəniş edilməsi barədə qəbz, alqı-satqı müqaviləsindəki imzaların cavabdeh tərəfindən icra olunmadığı müəyyən edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, ipoteka müqaviləsinin predmeti hissəsində 131550 manat məbləğində pulun X2 ayrıldığı, ipoteka qoyulan mənzilin Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən binanın A blokunda 11-ci mərtəbəsində istifadədə olan 149 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 73 saylı mənzil olduğu, iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışında borcun yaranmasına əsas olan kredit müqaviləsinin nömrəsinin ******************** olduğu qeyd edilmiş, halbuki təqdim edilən kredit müqaviləsinin nömrəsi 111, tutmanın yönəldilməsi xahiş edilən əmlak isə ünvan 1 ünvanında yerləşən binanın B blokunda 11-ci mərtəbəsində istifadədə olan 149 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 73 saylı mənzil olaraq qeyd edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Mərkəzləşdirilmiş Kredit Reyestrindən Çıxarışdan isə bəlli olmuşdur ki, cavabdehin krediti olmasına dair məlumat aşkar edilmir. İddiaçı isə qeyd edilən halların əksi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Mübahisə edilən əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Beləliklə, cavabdehin nümayəndəsi məhkəmə iclasında cavabdehin kredit və ipoteka müqaviləsini imzalamadığını bildirməklə sözügedən müqavilələri mübahisələndirmişdir. İddiaçının tələb hüququnun əsasını isə mübahisələndirilən kredit və ipoteka müqaviləsi təşkil etdiyindən ilkin olaraq həmin müqavilələrin etibarlılığı müəyyən edilməlidir. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, məhkəmə ekspert rəyini eləcə də, iddiaçı və cavabdeh tərəfindən təqdim edilən sübutları birlikdə qiymətləndirərək ekspert rəyini daha mötəbər sübut hesab edir və kredit müqaviləsinin və ipoteka müqaviləsinin etibarsız olması qənaətinə gəlir. Belə ki, kredit müqaviləsinin cavabdeh tərəfindən imzalanmaması həmin müqavilə üzrə nəzərdə tutulan hüquqi nəticənin yaranmaması, yəni müqavilə üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Belə olan halda isə iddiaçının müqavilə üzrə borcu tələb etmək üçün subyektiv hüququ yaranmır. Kredit müqaviləsi üzrə borcu tələb etmək üçün subyektiv hüququ olmayan iddiaçının isə həmin kredit müqaviləsinin təminatı olaraq bağlanmış ipoteka müqaviləsi üzrə əşyaya tələb hüququ yarana bilməzdir ki, ipoteka müqaviləsinin də cavabdeh tərəfindən icra olunmadığı ekspert rəyində öz əksini tapmışdır. Görünüyü kimi, mübahisəli müqavilə qanunvericiliklə müəyyən olunmuş qaydalar və şərtlər pozulmaqla bağlanılmışdır. Belə olan halda, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin cavabdeh X1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.1, 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi rədd edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 435 manat dövlət rüsumu ona aid edilməli və 138 manat məhkəmə-xətşünaslıq ekspertizası xərci İddiaçı ASC-dən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia tələbi təmin edilməsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 435 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 138 manat pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************, Adı: X4, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №e-2(018)-901/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-901/2025
15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver