Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-911/2023 09.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 İddiaçı ASC-nin Cavabdeh qarşı «Borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «Borc tələbinə dair» iddia verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2456 (iki min dörd yüz əlli altı) manat, 81 (səksən bir) qəpik əsas kredit borcu, 22 (iyirmi iki) manat, 20 (iyirmi) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2479 (iki min dörd yüz yetmiş doqquzı) manat, 01 (bir) qəpik borcu və 44 (qırx dörd) manat, 80 (səksən) qəpik ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 23 noyabr 2019cu il tarixli, 012CASA193390004 saylı güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh 12 güzəşt müddəti olmaqla, 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 2456 (iki min dörd yüz əlli altı) manat, 81 (səksən bir) qəpik məbləğində kredit verilmişdir. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh İddiaçı ASC-yə 17 may 2023-cü il tarixinə 2456 (iki min dörd yüz əlli altı) manat, 81 (səksən bir) qəpik əsas kredit borcu və 22 (iyirmi iki) manat, 20 (iyirmi) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2479 (iki min dörd yüz yetmiş doqquz) manat, 01 (bir) qəpik borcu qalmaqdadır. Odur ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2456 (iki min dörd yüz əlli altı) manat,81 (səksən bir) qəpik əsas kredit borcu, 22 (iyirmi iki) manat, 20 (iyirmi) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2479 (iki min dörd yüz yetmiş doqquzı) manat, 01 (bir) qəpik borcu və 44 (qırx dörd) manat, 80 (səksən) qəpik ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 41 (qırx bir) manat, 20 (iyirmi) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 23 noyabr 2019-cu il tarixli, 012CASA193390004 saylı güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh 12 güzəşt müddəti olmaqla, 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2456 (iki min dörd yüz əlli altı) manat, 81 (səksən bir) qəpik məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 17 may 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh 23 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2456 (iki min dörd yüz əlli altı) manat,81 (səksən bir) qəpik əsas kredit borcu, 22 (iyirmi iki) manat, 20 (iyirmi) qəpik faiz, cəmi 2479 (iki min dörd yüz yetmiş doqquz) manat, 01 (bir) qəpik borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 44 (qırx dörd) manat, 80 (səksən) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 23 noyabr 2019-cu il tarixli, 012CASA193390004 saylı güzəştli kredit müqaviləsi üzrə 2456 (iki min dörd yüz əlli altı) manat 81 (səksən bir) qəpik əsas borc, 22 (iyirmi iki) manat 20 (iyirmi) qəpik faiz, cəmi 2479 (iki min dörd yüz yetmiş doqquz) manat 01 (bir) qəpik və dövlət rüsumu üçün ödənilmiş 44 (qırx dörd) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(018)-911/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-911/2023
09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver