Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-955/2024 19.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Qennadyeviçdən qarşı «kredit borcunun qaytarılması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh Qennadyeviçdən xx.xx.2024-cü il tarixli RGTK6330931B176 saylı kredit müqaviləsinə əsasən 2479 (iki min dörd yüz yetmiş doqquz) manat 43 (qırx üç) qəpik əsas borc, 415 (dörd yüz on beş) manat 25 (iyirmi beş) qəpik faiz borcu olmaqla, cəmi 2894 (iki min səkkiz yüz doxsan dörd) manat 68 (altmış səkkiz) qəpik borcun və ödənilmiş 48 (qırx səkkiz) manat 95 (doxsan beş) qəpik dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia ərizəsində göstərilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh Qennadyeviç arasında bağlanmış xx.xx.2024-cü il tarixli RGTK6330931B176 saylı kredit müqaviləsinə əsasən ona 12 ay, illik 27 faiz dərəcəsi ilə 2479,43 AZN kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 2479,43 AZN əsas, 415,25 AZN faiz, cəmi 2894,68 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Cavabdeh Qennadyeviçdən İddiaçı ASC-nin xeyrinə 2479,43 AZN əsas; 415,25 AZN faiz, cəmi 2894,68AZN məbləğində vəsaitin və ödənilmiş 48,95 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Qennadyeviçin banka xx.xx.2024-cü il tarixli RGTK6330931B176 saylı kredit müqaviləsinə əsasən 2479 (iki min dörd yüz yetmiş doqquz) manat 43 (qırx üç) qəpik əsas borc, 415 (dörd yüz on beş) manat 25 (iyirmi beş) qəpik faiz borcu olmaqla, cəmi 2894 (iki min səkkiz yüz doxsan dörd) manat 68 (altmış səkkiz) qəpik borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 48 (qırx səkkiz) manat 95 (doxsan beş) qəpik dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış müqavilə əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun banka borcu yarandığı və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 48 (qırx səkkiz) manat 95 (doxsan beş) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh Qennadyeviçdən xx.xx.2024-cü il tarixli RGTK6330931B176 saylı kredit müqaviləsinə əsasən 2479 (iki min dörd yüz yetmiş doqquz) manat 43 (qırx üç) qəpik əsas borc, 415 (dörd yüz on beş) manat 25 (iyirmi beş) qəpik faiz borcu, cəmi 2894 (iki min səkkiz yüz doxsan dörd) manat 68 (altmış səkkiz) qəpik məbləğdə borc və ödənilmiş 48 (qırx səkkiz) manat 95 (doxsan beş) qəpik dövlət rüsumu tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-955/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-955/2024
19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver