Məhkəmə qərarları › İş №e-2(018)-96/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-96/2024

29.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-96/2024 29.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 870 (səkkiz yüz yetmiş) manat sığorta ödənişi məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 900 (doqquz yüz) manaf: məbləğində pul vəsaitinin Cavabdeh tutulub iddiaçı '‘AtaSığorta" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək iddia tələblərini müdafiə etdiklərini iştirakları olmadan işə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də bağlanmış xx.xx.2021ci il tarixli PAA********** saylı sığorta müqaviləsinə əsasən “Mercedes Benz' markalı, 99CC943 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuiiyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2022-ci il və xx.xx.2022-ci ii tarixlərində “Mercedes Benz” markalı, 99CC943 dövlət eydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisələri törətmiş, müvafiq olaraq “Ford Fusion” markalı, 77CG325 öviət qeydiyyat nişanlı avtomobilə və “Hyundai Elantra" markalı, 90HH135 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərlərin aradan qaldırılması üçün "xxxx" ASC 870 (səkkiz yüz yetmiş) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir.Bakı şəhər BPİ DYPİ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisələrinin baş verməsində təqsirli bilinmişdir. Həmçinin qeyd olunan qərarlarda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrınin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış oduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçiin ödədiyi 870 (səkkiz yüz yetmiş) manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir.Cəmiyyətləri tərəfindən Cavabdeh ünvanına geriyə tələb (subroqasiya) məktubu öndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətlərinə ödənilməmişdir. 870 (səkkiz yüz yetmiş) manat sığorta ödənişi məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 900 (doqquz yüz) manaf: məbləğində pul vəsaitinin Cavabdeh tutulub iddiaçı '‘AtaSığorta" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş sənədlərinə əlavə edilmiş İddiaçı ASC xx.xx.2022-ci il tarixli sığorta hesablama aktından görünür ki, zərərçəkənə 520 (beş yüz iyirmi) manat məbləğində sığorta ödənişi hesablanmışdır. İş sənədlərinə əlavə edilmiş İddiaçı ASC xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, zərərçəkənə 520 (beş yüz iyirmi) manat məbləğində sığorta ödənişi olunmuşdur. İş sənədlərindən və əlavə edilmiş MAPS arayışının surətindən görünür ki, Cavabdeh Astara şəhəri, Azərbaycan küçəsi ev 118,m 3-də yaşadığı qeyd edilmişdir. İş sənədlərinə əlavə edilmiş İddiaçı ASC xx.xx.2022-ci il tarixli sığorta hesablama aktından görünür ki, zərərçəkənə 350 (üç yüz əlli) manat məbləğində sığorta ödənişi hesablanmışdır. İş sənədlərinə əlavə edilmiş İddiaçı ASC xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, zərərçəkənə 350 (üç yüz əlli) manat məbləğində sığorta ödənişi olunmuşdur. İş sənədlərinə əlavə edilmiş geriyə tələb məktubundan görünür ki, İddiaçı ASC sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 870 (səkkiz yüz yetmiş) manat siğorta öənişi məbləğində pul vəsaitini cavabdehdən tələb etmək hüququ vardır. İş sənədlərində əlavə edilmiş İXP ******* xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş sənədlərində əlavə edilmiş İXP ******* xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş sənədlərində əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2000-ci il buraxılışlı, “Mercedes Benz' markalı, 99CC943 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsixx.xx.2021-ci il tarixdən X3 mülkiyyətindədir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərəin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna daia etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydalarının” 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu idarə etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmə müəyyən edildi ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş verən zaman X4 məxsus olan “Mercedes Benz' markalı, 99CC943 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh sahibliyində olmuşdur. Etibarnamənin müddəti xx.xx.2022-ci il tarixdək qüvvədə olmuşdur. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilərək Cavabdeh 870 (səkkiz yüz yetmiş) manat məbləğində sığorta ödənişi və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 870 (səkkiz yüz yetmiş) manat məbləğində sığorta ödənişi və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar