Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-964/2023 31.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «Borcun ödənilməsi tələbinə dair» iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi Nazim Babayev Cavabdeh qarşı «Borcun ödənilməsi tələbinə dair» iddia verərək Cavabdeh 1671 (bir min altı yüz yetmiş bir) manat, 16 (on altı) qəpik əsas kredit borcu, 11 (on bir) manat, 75 (yetmiş beş) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 1682 (bir min altı yüz səksən iki) manat, 91 (doxsan bir) qəpik borcu və 36 (otuz altı) manat, 83 (səksən üç) qəpik dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 iddianı müdafiə edib izahat verərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış Rest№012CASA192040001 saylı 23 iyul 2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh bir il güzəşt müddəti olmaqla, beş il müddətinə illik 1% ödəmək şərtilə 1687 (bir min altı yüz səksən yeddi) manat, 82 (səksən iki) qəpik kredit verilmişdir. Cavabdeh banka hər ay kredit borcunu ödəməli olduğu halda bunu etməmişdir. Nəticədə Cavabdeh banka 19 may 2023-cü il tarixə 1671 (bir min altı yüz yetmiş bir) manat, 16 (on altı) qəpik əsas kredit borcu, 11 (on bir) manat, 75 (yetmiş beş) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 1682 (bir min altı yüz səksən iki) manat, 91 (doxsan bir) qəpik borcu yaranmışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə tərəfin izahatını dinləyib işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 36 (otuz altı) manat, 83 (səksən üç) qəpik dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş Rest№012CASA192040001 saylı 23 iyul 2019-cu il tarixli güzəştli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh bir il güzəşt müddəti olmaqla, beş il müddətinə illik 1% ödəmək şərtilə 1687 (bir min altı yüz səksən yeddi) manat, 82 (səksən iki) qəpik kredit verilmişdir. Mülki işə əlavə edilmiş 19 may 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh Rest№012CASA192040001 saylı 23 iyul 2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə 1671 (bir min altı yüz yetmiş bir) manat, 16 (on altı) qəpik əsas kredit borcu, 11 (on bir) manat, 75 (yetmiş beş) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 1682 (bir min altı yüz səksən iki) manat, 91 (doxsan bir) qəpik borcu vardır. Mülki işə əlavə edilmiş 280 nömrəli pretenziyadan görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış Rest№012CASA192040001 saylı 23 iyul 2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış Rest№012CASA192040001 saylı 23 iyul 2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən cavabdehə İddiaçı ASC tərəfindən beş il müddətinə illik 1% ödəmək şərtilə 1687 (bir min altı yüz səksən yeddi) manat, 82 (səksən iki) qəpik kredit verilmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 19 may 2023-cü il il tarixə İddiaçı ASC-yə 1671 (bir min altı yüz yetmiş bir) manat, 16 (on altı) qəpik əsas kredit borcu, 11 (on bir) manat, 75 (yetmiş beş) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 1682 (bir min altı yüz səksən iki) manat, 91 (doxsan bir) qəpik borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 36 (otuz altı) manat, 83 (səksən üç) qəpik dövlət rüsumu da, İddiaçı ASC-nin xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «Borcun ödənilməsi tələbinə dair» iddiası təmin edilsin. Cavabdeh Rest№012CASA192040001 saylı 23 iyul 2019-cu il tarixli güzəştli kredit müqaviləsi üzrə 1671 (bir min altı yüz yetmiş bir) manat, 16 (on altı) qəpik əsas kredit borcu, 11 (on bir) manat, 75 (yetmiş beş) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 1682 (bir min altı yüz səksən iki) manat, 91 (doxsan bir) qəpik və ödənilmiş dövlət rüsumuna görə 36 (otuz altı) manat, 83 (səksən üç) qəpik pul alınıb, İddiaçı ASCnin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-964/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-964/2023
31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver