Məhkəmə qərarları › İş №e-2(018)-968/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-968/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-968/2025 21.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə CL-EE003979718 nömrəli, xx.xx.2024-cü nömrəli istehlak krediti müqaviləsinə əsasən, 21806 (iyirmi bir min səkkiz yüz altmış) manat 51(əlli bir) qəpik əsas, 2804 (iki min səkkiz dörd) manat 11 (on bir) qəpik faiz borcu olmaqla, cəmi 24610 (iyirmi dörd min altı yüz on) manat 62 (altmış iki) qəpik tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 164 (yüz altmış dörd) manat 83 (səksən üç) qəpik dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxmağı və iddialarının tam təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Əhmədli” filialı ilə Cavabdeh arasında bağlanmış CL-EE003979718 nömrəli, xx.xx.2024-cü il tarixli istehlak krediti müqaviləsinə əsasən, 59 ay müddətinə 22000 (iyirmi iki min) manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. Borclu Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2025-ci il tarixədək nağd kredit üzrə banka borcu 21806 (iyirmi bir min səkkiz yüz altmış) manat 51 (əlli bir) qəpik əsas, 2804 (iki min səkkiz dörd) manat 11 (on bir) qəpik faiz borcu olmaqla, cəmi 24610.62 manat təşkil edir. Beləliklə, Cavabdeh kreditin vaxtında qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 164 (yüz altmış dörd) manat 83 (səksən üç) qəpikdövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh faktiki yaşadığı yer üzrə xx.xx.2025-ci il tarixində 6-2-22/2-10990/2025 saylı xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.Odur ki, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə CL-EE003979718 nömrəli, xx.xx.2024-cü nömrəli istehlak krediti müqaviləsinə əsasən, 21806 (iyirmi bir min səkkiz yüz altmış) manat 51(əlli bir) qəpik əsas, 2804 (iki min səkkiz dörd) manat 11 (on bir) qəpik faiz borcu olmaqla, cəmi 24610 (iyirmi dörd min altı yüz on) manat 62 (altmış iki) qəpik tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 164 (yüz altmış dörd) manat 83 (səksən üç) qəpikdövlət rüsumu və 0.40 AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli CL-EE003979718 saylı müqavilədən və ona əlavə edilmiş ödəniş qrafikindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında ona 59 ay müddətinə, 22000. (iyirmi iki min) manat məbləğində məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlıq şərtilə kredit verilmiş və aylıq ödəniş məbləği müəyyən olunmuş. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli CL-EE003979718 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə 21806 (iyirmi bir min səkkiz yüz altmış) manat 51(əlli bir) qəpik əsas borc, 2804 (iki min səkkiz dörd) manat 11 (on bir) qəpik məbləğində faiz borcu olmaqla, cəmi 24610 (iyirmi dörd min altı yüz on) manat 62 (altmış iki) qəpik borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 164 (yüz altmış dörd) manat 83 (səksən üç) qəpik dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış müqavilə əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun banka borcu yarandığı və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçı "xxxx" ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 164 (yüz altmış dörd) manat 23 (iyirmi üç) qəpik məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasə məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh 21806 (iyirmi bir min səkkiz yüz altmış) manat 51(əlli bir) qəpik əsas borc, 2804 (iki min səkkiz dörd) manat 11 (on bir) qəpikfaiz borcu və dövlət rüsumu üçün ödənilmiş 164 (yüz altmış dörd) manat 23 (iyirmi üç) qəpik və 40 qəpik bank xidmət haqqı məbləğdə pul vəsaiti tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 21806 (iyirmi bir min səkkiz yüz altı) manat 51 qəpik əsas borc, 2804 (iki min səkkiz yüz dörd) manat 11 qəpik faiz borcu və dövlət rüsumu üçün ödənilmiş 163 (yüz altmış üç) manat 83 (səksən üç) qəpik və 40 qəpik bank xidmət haqqı məbləğdə pul vəsaiti tutulub "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar