Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-971/2023 31.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, hakim köməkçisi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «Borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «Borc tələbinə dair» iddia verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2008 (iki min səkkiz) manat, 41 (qırx bir) qəpik əsas kredit borcu, 16 (on altı) manat, 76 (yetmiş altı) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2025 (iki min iyirmi beş) manat, 17 (on yeddi) qəpik borcu və 40 (qırx) manat, 26 (iyirmi altı) qəpik ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, REST№012CASA193640055 saylı güzəştli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2008 (iki min səkkiz) manat, 41 (qırx bir) qəpik məbləğində kredit verilmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 19 may 2023-cü il tarixinə İddiaçı ASC- xeyrinə 2008 (iki min səkkiz) manat, 41 (qırx bir) qəpik əsas kredit borcu, 16 (on altı) manat, 76 (yetmiş altı) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2025 (iki min iyirmi beş) manat, 17 (on yeddi) qəpik borcu yaranmışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASCnin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 40 (qırx) manat, 26 (iyirmi altı) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 30 dekabr 2019-cu il tarixli, REST№012CASA193640055 saylı güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh 12 ay güzəşt müdddəti olmaqla, 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2008 (iki min səkkiz) manat, 41 (qırx bir) qəpik məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 19 may 2023-cü tarixli arayışından görünür ki, Cavabdeh 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2008 (iki min səkkiz) manat, 41 (qırx bir) qəpik əsas kredit borcu, 16 (on altı) manat, 76 (yetmiş altı) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2025 (iki min iyirmi beş) manat, 17 (on yeddi) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş №273 nömrəli pretenziyadan görünür ki, İddiaçı KB ASC ilə cavabdeh arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, REST№012CASA193640055 saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 40 (qırx) manat, 26 (iyirmi altı) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 30 dekabr 2019-cu il tarixli, REST№012CASA193640055 saylı güzəştli kredit müqaviləsi 2008 (iki min səkkiz) manat, 41 (qırx bir) qəpik əsas kredit borcu, 16 (on altı) manat, 76 (yetmiş altı) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2025 (iki min iyirmi beş) manat, 17 (on yeddi) qəpik borcu və 40 (qırx) manat, 26 (iyirmi altı) qəpiködənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-971/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-971/2023
31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver