Məhkəmə qərarları › İş №e-2(018)-972/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-972/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-972/2023 09.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 İddiaçı ASC-nin Cavabdeh qarşı «Borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «Borc tələbinə dair» iddia verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1520 (bir min beş yüz iyirmi) manat, 49 (qırx doqquz) qəpik əsas kredit borcu, 13 (on üç) manat, 45 (qırx beş) qəpik kreditdən istifadəyə görə faiz borcu və 35 (otuz beş) manat, 34 (otuz dörd) qəpik ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 06 dekabr 2019cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən cavabdeh bankdan xx.xx.2024 tarixədək qaytarmaq və illik 1% ödəmək şərti ilə aldığı kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 1520 (bir min beş yüz iyirmi) manat, 49 (qırx doqquz) qəpik krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan borcun məbləği 1520 (bir min beş yüz iyirmi) manat, 49 (qırx doqquz) qəpik əsas kredit borcu, faizlər üzrə 13 (on üç) manat, 45 (qırx beş) qəpik təşkil edir. Mübahisənin məhkəməyə qədər həlli üçün cavabdehə poçt vasitəsilə pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1520 (bir min beş yüz iyirmi) manat, 49 (qırx doqquz) qəpik əsas kredit borcu, 13 (on üç) manat, 45 (qırx beş) qəpik kreditdən istifadəyə görə faiz borcu və 35 (otuz beş) manat, 34 (otuz dörd) qəpik ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 35 (otuz beş) manat, 74 (yetmiş dörd) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 30 dekabr 2019-cu il tarixli, Rest №012REST363806 saylı güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh bank müştəriyə restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 1520 (bir min beş yüz iyirmi) manat, 49 (qırx doqquz) qəpik məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 17 may 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh 06 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1520 (bir min beş yüz iyirmi) manat, 49 (qırx doqquz) qəpik əsas kredit borcu, 13 (on üç) manat, 45 (qırx beş) qəpik faiz, cəmi 1533 (bir min beş yüz otuz üç) manat, 94 (doxsan dörd) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş pretenziyadan görünür ki, İddiaçı KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 35 (otuz beş) manat 34 (otuz dörd) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1520 (bir min beş yüz iyirmi) manat 49 (qırx doqquz) qəpik əsas kredit borcu, 13 (on üç) manat 45 (qırx beş) qəpik faiz, cəmi 1533 (bir min beş yüz otuz üç) manat 94 (doxsan dörd) qəpik borcvə dövlət rüsumu üçün ödənilmiş 35 (otuz beş) manat 34 (otuz dörd) qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar