Məhkəmə qərarları › İş №e-2(019)-101/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-101/2024

22.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-101/2024 22.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərər tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurduğu maddi zərərin əvəzi olan 10000 (on min) manat pulun, mənəvi zərərin əvəzi olan 10000 (on min) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumunun müştərək qaydada alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun Balakən rayonu Katex kənd sakini Cavabdeh2 ilə aralarında səmimi münasibətləri olmuşdur. Münasibətlərini aralarında saxlamağa çalışmışlar. Belə ki, bundan altı ay əvvəl Cavabdeh2 ilə tanış olmuşdur. Aralarında yaxın münasibət yaranmışdır. Daha sonralar Cavabdeh2 ilə görüşdükləri zamanlarda rəfiqəsi Cavabdeh1 da onunla tanış kimi bir yerdə yemək yemiş, səmimi söhbətlər etmişlər. Lakin sonradan cavabdehlər onun səmimi davranışlarından istifadə edərək, qazanc əldə etmək istəmişlər. Sonuncu dəfə təxminən bundan iki ay əvvəl Cavabdeh2 ilə görüşdükləri zaman içkili sərxoş vəziyyətindən istifadə edən Cavabdeh1 onları videoya çəkmişdir. Həmin gün onlar bir yerdə yeyib-içdikdən sonra onları qaldıqları ünvana çatdırmış, cavabdehlər onu çay içmək üçün ünvana dəvət etmişlər. O, sərxoş olduğundan öz hərəkətlərini idarə edə bilmədən Cavabdeh2 ilə münasibətdə olmuşdur. Bu zaman Cavabdeh1 onları videoya çəkmişdir. Belə ki, cavabdehlər onun gizli saxladığı münasibəti ətrafa yayacağını bildirmişlər. Gizli münasibətinin yayılmaması müqabilində cavabdehlər ondan 20000 (iyirmi min) manat pul istəyirlər. Cavabdehlərin istəyi onun mənəvi sarsıntı, narahatlıq və iztirab keçirməsinə səbəb olmuşdur. Cavabdehlərin davranışları şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. Həmçinin o, sağlamlığının pozulması nəticəsində fiziki əzab, iztirab keçirmişdir. Hazırda o, maddi və mənəvi zərərə düşmüşdür. Cavabdehlərdən 20000 (iyirmi min) manat pul tələb edir. Ona görə də məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermis, həmçinin əlavə olaraq göstərmişdir ki, Zaqatala hava limanında sürücü işləyir. İddia ərizəsində qeyd etdiyi kimi videonu çəkib və yayıblar. Sifarişi verən Ruhiyyə olmuşdur. Ruhiyyə də videonun yayılmaması üçün ondan pul istəmişdir. Ruhiyyəyə zəng etmiş, o da rəfiqəsini götürüb gəlmiş və onlar bir yerdə yeyib içmişlər. Sonra bir yerdə otelə getmişlər. Nuranə onu Ruhiyyə ilə cinsi əlaqədə olan zaman videoya çəkib. Nuranənin onları videoya çəkməsindən həmin vaxt məlumatı olmayıb. Sonra Ruhiyyə ondan 20000 manat pul istəyib və deyib ki, Nuranə həmin pulu intim videonun yayılmaması üçün istəyir. O, Nuranə və Ruhiyyənin oteldə həmin otağa bir yerdə daxil olmalarını bilmişdir. O, Ruhiyyə ilə intim əlaqədə olan vaxt Nuranə onlarla üzbəüz kresloda oturmuşdur. Həmin vaxt Nuranənin telefonla oynadığını görmüş, lakin Nuranənin onları telefonla çəkdiyini görməmişdir. Nuranənin onları telefonla çəkdiyini bilməmiş, çəkiliş apardığını görməmişdir. Hiss etmişdir ki, Nuranə çəkiliş aparır və bu barədə də Ruhiyəyə bildirmişdir. Bir ay sonra Ruhiyyə ona düz hiss etdiyini, Nuranənin onların intim görüntülərini çəkdiyini demişdir. Ruhiyyə həmçinin ona bildirmişdir ki, Nuranənin dediyinə görə Nuranəyə 20000 manat pul verməsə, o, həmin intim görüntülər olan videonu yayacaqdır. Ruhiyyə bu sözləri deyəndə o, Nuranənin videoçəkiliş apardığını bilmişdir. Sonra Nuranə ilə görüşmüş və Nuranə onun Ruhiyyə ilə intim əlaqəsini videoya çəkdiyini etiraf etmişdir. Amma Nuranə ona videonun yayılmamasına görə pul tələb etdiyini inkar etdini demişdir. Nuranə həmin intim videogörüntüləri Ruhiyyənin iki qızına, Ruhiyyənin özünə və Ruhiyyənin sevgilisinə göndərmişdir. Nuranə Ruhiyyəyə demişdir ki, onunla işi olmasın, ona hədə-qorxu gəlməsin, onda Ruhiyyənin videosu vardır. Ruhiyyə ona tələb olunan pulu ayın axırına vermədiyi təqdirdə Nuranənin videonu yayacağını söyləmişdir. Onun həyat yoldaşının bu barədə məlumatı yoxdur. Lakin atasının bu barədə məlumatı olmuşdur. O, restoran işlədir. Kəndlərində də bu video söhbətləri yayılmışdır. O, bu söhbətlərin atasına kim tərəfindən deyilməsini bilmir. Bu xanımların atasına söhbət çatdırmağı barədə məlumatı yoxdur. İş yerində iş yoldaşlarının bəziləri bu barədə bilir. Bu barədə həmçinin kəddə danışılır. Ruhiyyənin onların kəndində rəfiqələri var. Onlara Ruhiyyə deyib. Bir dəfə Ruhiyyə rəfiqəsinə deyib, o da başqa oğlana deyib. Ancaq əlində bu barədə heç bir sübut yoxdur. Maddi ziyan barədə onu deyə bilər ki, həkim qəbulunda olmuşdur. Həkim ona resept yazmış və o, müalicə olunmuşdur. Həmin vaxt stress keçirmiş və yata bilməmişdir. Bu söhbətə görə işlətdiyi kafedə bir neçə müştəri itirmişdir, həmin müştərilər kafeyə gəlmir. Müalicə almış, həmin vaxt işə çıxmamışdır. İşgüzar nüfuzu, şərəf və ləyaqəti ləkələnmişdir. Bu intim məlumat iş yerində və kafedə yayılmışdır və ofisiantları bu barədə bilirlər. Hava limanındakı iş yerində bir-iki nəfər bu barədə bilir. Ailə üzvlərindən atası onu çağırıb, ağıllı olmasını bildirmişdir. Ofisiantlardan bu söhbətin onlara kim tərəfindən deyildini soruşmuş, onlar da cavabında eşitdiklərini bildirmişlər. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, Cavabdeh2 ona zəng edərək sevgilisi olan Ramin adlı şəxslə birlikdə restorana yemək yeməyə getməyə dəvət etmiş, lakin o, imtina etsə də Raminin ona zəng edərək dəvət etməsindən sonra qəbul etmişdir. Ramin idarə etdiyi avtomobil ilə onun yaşadığı ünvana Ruhiyyə ilə birlikdə gələrək onu götürüb birlikdə Zaqatala şəhərindəki “Yeklər” restoranına getmişlər. Həmin restoranda yemək yeyib, birlikdə araq içdikdən sonra evə getmək qərarına gəlmişlər. Ramin ona içkili vəziyyətdə evə getməməyini demiş, o da razılaşaraq birlikdə “İsoil” otelinə getmişlər. Onlar birlikdə otelin boş otaqlarından birinə qalxdıqdan sonra Ruhiyyə ona zarafatlaşmaq üçün Raminlə cinsi əlaqədə olan zaman onları mobil telefonla çəkməsini demiş, o da onları cinsi əlaqədə olan zaman gizli olaraq mobil telefonu ilə 15-20 saniyə çəkmiş, Ramin isə bunu görməmişdir. Bir gün sonra Ruhiyyə onun iş yerinə gələrək həmin videonu ona göndərməsini istəmiş, o da həmin gün videonu ona göndərmişdir. Sonra Ramin onun iş yerinə gələrək həmin videonu gördüyünü və həmin videonun yayılmaması üçün ondan 20000 manat pul istədiyini deməsini soruşmuş, o da bunun yalan olduğunu, sadəcə olaraq həmin videonu Ruhiyyənin onunla zarafatlaşmaq üçün çəkməsini xahiş etdiyini demişdir. Bildirir ki, Ruhiyyənin Raminlə zarafatı var idi. Oteldə videonu zarafata çəkmişdir. Onun videonu yaymaq fikri yox idi. Ruhiyyə Ramindən onun adına pul istəmiş, ancaq o, Ramindən pul istəməmişdir. Həmin videonu Ruhiyyənin xahişi ilə çəkmişdir. Ruhiyyə istədiyinə görə videonu Ruhiyəyə atmışdır. Ramin təkidlə istədiyinə görə videonu Raminə də atmışdır. Ruhiyyənin iki qızına və sevgilisinə intim videonu özü atmışdır. Ruhiyyə özünə iş qurmaq üçün onun adından Ramindən pul tələb etmişdir. Qeyd edir ki, Ruhiyyə ilə Ramin onların yanında soyunub yatağa girmiş və cinsi əlaqədə olmuşlar. Telefon onun əlində olmuşdur. Ruhiyyə əvvəldən onları çəkməsini və onun Raminlə bununla zarafatlaşacağını demişdir. O, Raminlə Ruhiyyəni onlar cinsi əlaqədə olan vaxt çəkmişdir. O, kresloda oturanda Ramin onu görmüşdür. Aralarında 2 metr məsafə olmuşdur. Çəkiliş aparanda Raminin bunu görməsini bilmir, ancaq Ruhiyyə bunu görmüşdür. Çəkiliş barədə Raminə deməmişdir. Çəkilişdən sonra Ruhiyyənin xahişi ilə vildeonu ona göndərmişdir. Həmin vildeonu silmişdir, lakin həmin video telefonunun zibil yeşiyində qalmışdır. 10-15 gün sonra Ramin əsəbi şəkildə ona zəng vuraraq videonu çəkdiyini və ondan 20000 manat istədiyini ona bildirmişdir. Sonra Ramin iş yerinə gəlmiş və videonu ona atmağını təkid etmişdir. O da Raminin üzünə smaylik qoyub həmin videonu Raminə atmışdır. O, Raminlə danışan vaxt Ruhiyyənin ona guya onun Ramindən pul tələb etməsi barədə dediklərini təkzib etmiş, onun Ramindən pul istəmədiyini bildirmişdir. Sonra Ruhiyyə ona Rəvan adlı şəxsi gətirəcəyi barədə hədə-qorxu gəlmişdir. Ruhiyyə həmçinin demişdir ki, o, Raminə onun, yəni Nuranənin Ruhiyyədən zarafata 20000 manat pul istəsini desin. Videonu Raminə, Ruhiyyəyə, Ruhiyyənin iki qızına və Ruhiyyənin sevigilisinə göndərmişdir. Ruhiyyənin rəfiqəsinin tanışı olan bir oğlandan guya onun polisə işlədiyini, işverənliklə məşğul olduğunu, camaatın videolarını çəkdiyini eşitmişdir. O da bundan əsəbləşərək, Ruhiyyə tərəfindən onun polisə işlədiyi barədə yalan məlumatın yayılmaması, onun barəsində belə sözləri danışmaması üçün Ruhiyyəni qorxutmaq məqsədilə həmin videonu Ruhiyyənin iki qızına atmışdır. Ruhiyyənin bir qızının 22 yaşı, o biri qızının isə 15 yaşı vardır. Ruhiyyənini öz qızları ilə arası açıqdır. O, videoda Raminin üzünə smaylik qoymuşdur. Lakin Ruhiyyənin qızları Ramini tanıyırlar və Ramini tanıdıqlarına görə həmin videoda olan kişinin Ramin olduğunu bilmişlər. Həmin videoda Raminin olduğu barədə qızlarını bildiyi ilə bağlı məlumatı Ruhiyyə ona demişdir. Ruhiyyənin sevgilisi Rəfayıl o, işdən çıxanda onu Fontan restoranına aparmış, orada oturub olan hadisələr barədə Rəfayıla banışmışdır. O, Rəfayıla Ramindən 20000 manat istəməməsini bildirmirşdir. O, Rəfayılın xahişi ilə videonu Rəfayıla da atmışdır. Ruhiyyə Ramini şantaj etmək məqsədilə videonu çəkməyini ona deməmişdir. Onun da videonu yaymaq məqsədi olmamışdır. Fkirləşmişdir ki, Ruhiyyə, Ramin, Ruhiyyənin qızları və sevigilisi bu videonu yaymazlar. O, özünü sığortalamaq və Ruhiyyənin onun haqqında xoşagəlməz sözlər yaymaması məqsədilə videonu onlara göndərmişdir. Onun iki azyaşlı uşağı vardır. Mağazada cüzi əmək haqqına satıcı işləyir. Uşaqlarını güclə saxlayır. İddianın rədd olunmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş, məhkəməyə ərizələr göndərərək, İddiaçı ona qarşı 10000 manat maddi ziyan və 10000 manat mənəvi ziyan tələbinə dair iddiasının əsassız olduğunu, onun heç vaxt videosunu çəkmədiyini, yaymadığını, ondan heç vaxt pul istəmədiyini, səhhəti ilə əlaqədar məhkəməyə gələ bilmədiyini, iddianı qəbul etmədiyini bildirərək məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarına əlavə olunmuş Zaqatala Rayon Polis X4 müstəntiqi, polis baş leytenantı X10 cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 noyabr 2023-cü il tarixli qərarından görünür ki, həmin qərarda xx.xx.2023-cü il tarixdə Zaqatala rayonu Bəhmətli kənd sakini İddiaçı ərizə ilə Zaqatala Rayon Polis Şöbəsinə müraciət edərək, tanışı Ruhiyyə adlı şəxslə cinsi əlaqdə olan vaxt tanışı Cavabdeh1 özünə məxsus mobil telefonla onları videoaya çəkməsi, ona görə də onun barəsində qanuni tədbir görülməsini xahiş etməsi, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmənin başa düşülməsi, Hədəqorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarında rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmənin başa düşülməsi, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmamasının əhəmiyət kəsb etməsinin göstərilməsi, əgər zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında bilə-bilə böhtan və ya təhqiredici xarakterli məlumatlar yayılmış olarsa, onların xüsusi ittiham qaydasında şikayətlə böhtan və yaxud təhqir xarakterli məlumatları yaymış şəxsin CM-nin 147-ci maddəsi və yaxud 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəməyə müraciət edə bilmələri, şəxsin barəsində CM-nin 182-ci maddəsilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması üçün CM-nin 147-ci maddəsi və yaxud 148ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsinin istisna edilməsinin göstərilməsi qeyd edilməklə, qərarın təsviri hissəsindəkilərə əsasən, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qəbul edilmiş qərarın surətinin İddiaçı göndərilməklə, qəbul edilmiş qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Zaqatala rayon prokuroruna, yuxarı prokurora, yaxud məhkəməyə şikayət etmək hüquqlarının olmasının rəsmi qaydada ona izah edilməsi, qərarın surətinin nəzarət və məlumat üçün prosessual rəhbərliyi həyata keçirən Zaqatala rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli reseptdən görünür ki, həmin tarixdə İddiaçı müəyyən dərman preparatları ilə resept yazılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, İddiaçı və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını, o cümlədən Cavabdeh2 iddiaya yazılı etirazını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia Cavabdeh1 münasibətdə qismən təmin olunmalı, digər Cavabdeh2 münasibətdə isə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır; Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. BMT Baş Məclisinin 29 noyabr 1985-ci il tarixli «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyənnaməsinin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onun yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu olan hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, şəxsin şərəfi, layaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyalara səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 3 və 7-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir:məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi;həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaq prinsipləri, istehsalat-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və sair üsullarla yayıla bilər. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 5-ci bəndində qeyd edilmişdir ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 6-cı bəndinə əsasən belə bir vəzifə iddiaçıya həvalə edilmişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi və fiziki sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi və fiziki sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. Qeyd edilməlidir ki, məhkəmə hansı məlumatların vətəndaşın şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələdyini şərh edərkən, həmin məlumatların vətəndaş barəsində əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında mənfi rəy yaratması halını qiymətləndirməlidir. İşin hallarına hüquqi qiymət verən məhkəmə nəzərə çatdırır ki, şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olsa da, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılmasının tələb etdiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da şəxsə bildirilməsi kifayət edir. Odur ki, hətta yayılma halı olmadan da ünvanladığı şəxsin şəxsiyyətinə uyğun olmayan, açıq-aşkar alçaldıcı, nüfuzdan salan ifadələrin ona bildirilməsinin sübuta yetirilməsi, şəxsin ləyaqətinin alçaldılması əsası ilə keçirdiyi iztirab və sarsıntının əvəzi olaraq məhkəmə qaydasında mənəvi zərərin tutulmasını istisna etmir. Göründüyü kimi, qanunvericilik həm də mənəvi zərəri şərəf və ləyaqətini ləkələyən məlumatların yayılması nəticəsində şəxsin mənəvi iztirab və sarsıntı keçirməsi, həmçinin ünvanladığı şəxsin şəxsiyyətinə uyğun olmayan alçaldıcı, nüfuzdan salan ifadələrin həmin şəxsə bildirilməsi nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi halı ilə bağlayır. Qanunvericiliyin məzmun və mənasından da görünür ki, təqsirli şəxsin başqa şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatları yaymasında və bu məlumatları şəxsən bildirməsində ifadə olunan hüquqazidd hərəkəti nəticəsində zərərçəkən şəxs mənəvi sarsıntı və iztirab keçirməklə ona həmçinin mənəvi zərər vurulur. Bu zaman mənəvi zərər şəxsin hüquqazidd əməl nəticəsində vurulmalı, vurulmuş mənəvi zərərlə şəxsin həmin hüquqazidd əməli arasında səbəbli əlaqə olmalı və şəxsin həmin mənəvi zərərin vurulmasında təqsiri müəyyən olunmalıdır. Qeyd olunanlarla bağlı məhkəmə onu da nəzərə çatdırır ki, fikri ifadə etmək azadlığı demokratik cəmiyyətin əsas dayaqlarından biridir və bu azadlığın qorunması demokratiyanın özəyidir. Fikri ifadə azadlığı ictimaiyyəti maraqlandıran məsələlər barədə müzakirələrə şərait yaradır və hər bir fərdin hərtərəfli inkişafını həvəsləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi hər kəsin fikir və söz azadlığını təsbit etməklə buna təminat verir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 10-cu maddəsi hər kəsin öz fikrini ifadə etmək azadlığını təsdiq edir. «X2rşı» işdə Avropa Məhkəməsi bildirmişdir ki, ifadə azadlığı hüququ demokratik cəmiyyətin mühüm dayaqlarından birini, habelə onun tərəqqisinin və hər kəsin inkişafının əsas şərtlərindən birini təşkil edir. Lakin həm Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, həm də Avropa Konvensiyası fikri ifadə etmək azadlığını mütləq bir hüquq kimi qəbul etmirlər. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndinə görə fikri ifadə etmək azadlığının həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndindən görünür ki, fikri ifadə etmək azadlığını məhdudlaşdırmağa yönəlmiş əsaslardan biri də digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsidir. «Bladet Tromso və Stensaas Norveçə qarşı» işdə Avropa Məhkəməsi qərara aldı ki, fiziki şəxslərin nüfuzuna qarşı hücum baş verdikdə və digər şəxslərin hüquqlarına xələl gətirildikdə ifadə azadlığını müşayiət edən vəzifə və öhdəliklər xüsusi əhəmiyyət kəsb edir. «Kastells İspaniyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etdi ki, ərizəçinin ifadə azadlığı hüququna müdaxilə digər şəxslərin hüquqlarını qorumaq məqsədi güdüb. Məhkəmə hesab edir ki, fikri ifadə etmək azadlığının məhdudlaşdırılması ilə əlaqədar diffamasiya qanunlarının tətbiqi üçün faktual rəyləri və qiymətləndirici mülahizələri fərqləndirmək lazımdır. Faktual rəylər faktları ifadə edən fikirlər, qiymətləndirici mülahizələr isə faktlara qiymət verən fikirlərdir. Faktual rəylərdən fərqli olaraq qiymətləndirici mülahizələrin həqiqətə uyğunluğunu sübut etməyi tələb etmək olmaz. Lakin burada da istisnalar vardır. «Yerusəlim Avstriyaya qarşı» işdə Avropa Məhkəməsi nəzərə çatdırdı ki, qiymətləndirici mülahizələr hər hansı faktual bazaya malik olmadıqda, yəni faktlara söykənmədikdə, zəruri həddi aşan mülahizələr hesab oluna bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ləkələyici məlumatlar iki qrupa bölünür:1-ci qrupa aid olan məlumatlara kontekstativ ləkələyici məlumatlar deyilir. Belə ki, bu zaman yayılan məlumatlar özlüyündə ləkələyici omaya bilər, ancaq onların hər hansı ləkələyici şəkil, məqalə başlığı və sair sistematikləşdirici ifadənin altında verilməsi və bununla da həmin ləkələyici fon və ifadələrin bu şəxsə aidiyyəti təəssüratını yaratması ümumən ləkələyici məlumat sayıla bilər. 2-ci qrupa aid olan məlumatlar isə per se ifadəsi altında olan məlumatlardır ki, onlar ümumi anlamda, yəni cəmiyyət tərəfindən birmənalı şəkildə şərəf və ləyaqəti alçaldan ləkələyici məlumatlar kimi qəbul olunur. İddiaçı iddia ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10000 manat mənəvi və 10000 manat maddi zərərin alınaraq ona ödənilməsini tələb edir. Məhkəmə iddiaçının Cavabdeh1 münasibətdə iddia tələbinə işin faktual halları və tətbiq edilməli qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh1 qarşı mənəvi zərər tələbi hissəsində iddia qismən təmin edilməli, maddi zərər tələbi hissəsində isə iddia təmin edilməməlidir. Belə ki, işdəki sübutlardan, o cümlədən Zaqatala Rayon Polis X3 müstəntiqinin 29 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh1 İddiaçı intim görüntüləri əks olunmuş videoçəkilişin yayılması adı ilə ondan hədə-qorxu ilə pul tələb etməmiş və bu xüsusda onun əməlində Azərbaycan Azərbaycan Respublikası CM-nin 182-ci maddəsinin tərkibi olmamışdır. Bu hal Cavabdeh1 məhkəmədə verdiyi izahatı və işdəki digər sübutlarla da təsdiq olunmuşdur. İşdəki sübutlardan həmçinin görünür ki, Cavabdeh1 İddiaçı Cavabdeh2 ilə otel otağında cinsi əlaqədə olan zaman intim görüntülərini iddiaçının razılığı olmadan telefonla çəkməklə həmin videogörüntüləri Cavabdeh2 iki qızına, Cavabdeh2 sevgilisi olduğu deyilən Rəfayıla, Cavabdeh2 və İddiaçı göndərməklə, iddiaçının həmin intim görüntüləri iki və daha çox şəxslər dairəsinə məlum olmaqla yayılmışdır. Eyni zamanda işdəki sübutlarla müəyyən olunur ki, İddiaçı Cavabdeh2 ilə otel otağında cinsi əlaqədə olarkən Cavabdeh1 tərəfindən iddiaçının xəbəri və razılığı olmadan çəkilmiş və yayılmış intim görüntüləri birmənalı şəkildə yayılmış şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilməlidir. Məhkəmə bildirir ki, evli olan iddiaçının hər hansı qadınla cinsi münasibətdə olması və bu cinsi münasibətlər əks olunmuş görüntülərin videoçəkiliş aparılmaqla yayılması şəxsi həyat sirrinə aid ləkəlyici məlumatlardır. Çünki kişinin qadınla seksual münasibətləri heç kimə açıq ola bilməyən özəl həyat dairəsinə daxildir. Hazırki işdə iddiaçı ictimai və ya siyasi xadim olmadığına görə ictimaiyyət üçün açıq olmaq vəzifəsi daşımırdı. Ona görə də onun haqqında Cavabdeh1 tərəfindən belə məlumatların yayılmasına ictimaiyyətin ictimai və siyasi fiqurlar haqqında məlumat almaq kimi vacib hüququ ilə bəraət qazandırıla bilməz. Digər tərəfdən, Azərbaycan xalqının milli-mənəvi dəyərlərində və islam mentalitetində evli kişinin başqa qadınla intim münasibətdə olması və bunun videogörüntlərinin yayılması həm ailə daxilində, həm də cəmiyyətdə çox ciddi mühakimə olunan məsələdir. Belə hallar insanın şərəf və ləyaqətini və cəmiyyətdəki nüfuzunu ləkələməklə, onda və yaxınlarında dərin mənəvi iztirablar yaşanmasına səbəb olur, insanın hazırki və gələcək şəxsi və ictimai həyatına zərbə vurur, onda ailədə, işlədiyi yerdə və ümumən cəmiyyətdə aşağılanmaq, ləyaqəti enmiş vəziyyətdə olmaq kompleksi yaratmaqla psixoloji sarsıntılar yaradır. Belə intim görüntülərin yayılması şəxsin şərəfinə, ləyaqətinə zərbələr vurmaqla onu özünün və cəmiyyətin gözündə aşağılanmaq təhlükəsi yaradır, bir fərd kimi cəmiyyətdən, işlədiyi kollektivdən, qohumlarından, dostlarından mənəvi-psixoloji təcridə aparır və onun ictimai və fərdi mənliyinə yaralar vurur, bununla da onda mənəvi sarsıntılara və iztirablara səbəb olur. Heç şübhəsiz ki, şərəf və ləyaqət insanın öz daxilində və cəmiyyətdə adını, nüfuzunu, imicini müəyyən edən, ona cəmiyyətin və özünün münasibətini yaradan qiymətləndirici kateqoriyalardır. Şərəf və ləyaqət ləkələnəndə şəxsin daxilində və cəmiyyətdə ona neqativ münasibət baş qaldırır, onun ləyaqət hissi həm daxildə, həm də insanlar arasında tapdalanmış olur. Məhkəmə iclasında Cavabdeh1 iddiaçının intim videosunu yaymaması və həmçinin həmin videonu yayarkən iddiaçının şərəf və ləyaqətini ləkələmək məqsədini daşımamasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmədə verdiyi izahatında o, iddiaçınıni razılığı olmadan onun intim videosunu çəkdiyini və yaydığını etiraf etmiş və bu işdəki digər mötəbər sübutlarla təsdiq olunmuşdur. İşdəki sübutlardan görünür ki, Cavabdeh1 iddiaçının intim videosunu onun razılığı və xəbəri olmadan qəsdən çəkmiş və yaymış və onu yaymaqla iddiaçıya münasibətdə xoş məramla hərəkət etməmişlər. Məhkəmə hazırki işin hallarını Azərbaycan Respublikası Müli Məcəlləsinin 23 və 1097ci maddələri ilə hüquqi cəhətdən dəyərləndlirərək hesab edir ki, Cavabdeh1 əməlində mənəvi ziyan vurma ilə bağlı delikt məsuliyyətinin bütün 4 elementi vardır. Birincisi, iddiaçı onun şərəf və ləyaqətini ləkələyən məlumatların yaylıması ilə fiziki və mənvi sarsıntı keçirmişdir. Çünki evli kişinin başqa qadınla intim münasibətdə olması və bunun digər şəxslərə yayılması cəmiyyətdə, ailədə və əmək kollektivində nüfuzu ləkələyən ciddi və özlüyündə «per se», yəni ləkələyici olması aşkar bəlli olan məlumatlardır. Bu da evli olan və cəmiyyətdə müsbət imicə malik iddiaçıda iztirablar, sarsıntılar yaşanmasına səbəb olmuşdur ki, bunu da iddiaçı öz izahatı təsdiq etmiş və bu hal işdəki digər sübutlarla da təsdiq olunmuşdur. Bu intim məlumatın yayılmasının iddiaçıda mənəvi iztirab və sarsıntı yaratmasının ikinci səbəbi onun özəl, intim həyat çevrəsinə aid olmasıdır ki, bu məlumatın yayılması da şəxsin mənəviyyatına zərbə vurmuşdur. İkincisi, şərəf və ləyaqəti ləkələyən məlumatların yayılması Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Belə ki, Cavabdeh1 heç bir qanuni əsaslar olmadan iddiaçının bu intim görüntülərini çəkmiş və müəyyən insan dairəsinə yaymışdır. Üçüncüsü, işdəki sübutlardan da görünür ki, Cavabdeh1 qanunsuz hərəkətləri ilə iddiaçının mənəvi sarsıntı keçirməsi arasında səbəbli əlaqə vardır, ailədə, işlədiyi kollektivdə və cəmiyyətdə şərəf və ləyaqəti aşağılanmaqdan doğan bu sarsıntı Cavabdeh1 qanunsuz hərəkətlərinin bilavasitə nəticəsi olmuşdur. Dördüncüsü, bu ləkələyici intim məlumatı əks etdirən videonun çəkilməsi və yayılması Cavabdeh1 təqsiri üzündən baş vermişdir. Çünki o, bu məlumatın intim xarakterli olduğunu və müəyyən insanlar dairəsinə yayılmalı olmadığını bilmiş, bunu bilə-bilə yaymış və bununla da iddiaçının şərəf və ləyaqətini ləkələmək məqsədini güdmüşdür. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh1 iddiaçının razılığı olmadan onun intim videosunu çəkib yaymaqla iddiaçının şərəf və ləyaqətini alçaltmasına səbəb olmuşdur və bununla bağlı iddiaçının şərəf və ləyaqət hissinin alçaldılması nəticəsində mənəvi iztirab və sarsıntı keçirməsi də şübhəsizdir və bunun üçün əlavə sübuta, xüsusi biliyə malik ekspert rəyinə də ehtiyac yoxdur. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək həmçinin hesab edir ki, Cavabdeh1 iddiaçının şərəfini və ləyaqətini alçaldan hüquqazidd hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirablar keçirdiyindən ədalət prinsipi tələb edir ki, Cavabdeh1 tərəfindən bu hərəkətlərinə görə hüquqauyğun və ağlabatan şəkildə mənəvi zərərin əvəzi olaraq iddiaçıya kompensasiya ödənilsin. Məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi 3 əsas funksiyaya malikdir: birincisi-zərərçəkənin tələbinin təmin edilməsi, ikincisi-zərər vuran şəxsə təsir göstərilməsi, üçüncüsü-digər şəxslər tərəfindən şəxsiyyətin hüquqlarına qəsd edilməsinin qarşısının alınması. Mənəvi zərərin əvəzinin ödənilməsinin başlıca məqsədi pozulmuş hüquqların restitusiyası deyil. Belə ki, vurulmuş zərər pul ekvivalentinə malik deyil və onun tamamilə kompensasiyası qeyri-mümkündür. Mənəvi zərərin pul ekvivalenti tələbi ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 tərəfindən iddiaçının şəxsi hüquqlarına, şərəf və ləyaqətinə edilən qəsd kifayət qədər ciddi olsa da, 10000 manat mənəvi zərər tələbi hissəsində iddia tələbi şişirdilmiş və reallıqdan qopardılmışdır. Mənəvi zərərlə bağlı iddia tələbinin tam həcmdə təmin edilməsi himayəsində iki azyaşlı uşağı olan və mağazada satıcı işləməklə cüzi əmək haqqına malik Cavabdeh1 müflis edər, onun ailəsini və özünü maddi cəhətdən ağır məhrumiyyətlərə düçar edərdi. Belə olan halda bu, demokratik cəmiyyətdə zəruri xarakterə malik tədbir hesab oluna bilməzdi. Məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin məhkəmə praktikasına əsasən (X1rşı, Lingens Avstriyaya qarşı, Bladet Tromso və Stensaas Norveçə qarşı və sair işlər üzrə qərarlar) hazırki iş üzrə Cavabdeh1 münasibətdə ifadə azadlığını məhdudlaşdıran 3 şərtin mövcudluğu barədə nəticəyə gəlir. 1. Cavabdeh1 Avropa Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulmuş ifadə azadlığına müdaxilə olunmaqla, bu müdaxilə qanunda nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı, Avropa Konvensiyasının 10-cu və Mülki Məcəllənin 23, 1097-ci maddələrində şərəf və ləyaqətin müdafiəsi və onların ləkələnməsinə görə mənəvi zərərin əvəzi olaraq pul kompensasiyasının ödənilməsi təsbit olunmuşdur. 2. Müdaxilə qanuni məqsədlər daşıyır. X7 10-cu maddəsinin 2-ci bəndi digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün fikri ifadə etmək azadlığının məhdudlaşdırılmasını nəzərdə tutur. 3. Bu məhdudlaşdırma demokratik cəmiyyətdə zəruridir. Belə ki, müdaxilə iddiaçının şərəf və ləyaqətini, nüfuzunu və təmiz adını müdafiə etməklə istənilən şəxsin nüfuzunun, şərəfinin və ləyaqətinin ləkələnməsinə yönəlmiş cəhdlərin qarşısının alınması üçün zəruridir. Həm də mənəvi zərərə görə Cavabdeh1 tutulacaq kompensasiya məbləği İddiaçı nüfuzunu, şərəf və ləyaqətini qorumaq məqsədinə mütənasibdir. Həmçinin təyin olunacaq ağlabatan kompensasiya məbləği Cavabdeh1 müflis etmək məqsədi daşımır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarında qeyd edilir ki, «mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır». Məhkəmə göstərilən tələbləri, Cavabdeh1 ailə və əmlak vəziyyətini, ona qarşı irəli sürülmüş mənəvi zərər tələbini tam ödəmək iqtidarında olmasına dair işdə heç bir sübut olmadığını və iddiaçı tərəfindən belə bir sübutun təqdim edilmədiyini, məqsədəuyğunluq və demokratik cəmiyyətdə zərurət prinsiplərini nəzərə alaraq, hesab edir ki, Cavabdeh1 münasibətdə mənəvi zərər tələbi hissəsində iddia qismən təmin edilməklə Cavabdeh1 tutulan mənəvi zərərə görə kompensasiyanın miqdarı ağlabatan məbləğdə, yəni 500 (beş yüz) manat məbləğində müəyyən edilməlidir. İddia Cavabdeh1 münasibətdə 500 manat mənəvi zərər məbləği tələbindən artıq mənəvi zərər tələbi hissəsində isə təmin edilməməlidir. İddiaçı həmçinin Cavabdeh1 10000 manat maddi zərər tələbinin əsaslandırıldığı hallar kimi həmin vaxt stress keçirməsi və yata bilməməsi, sağlamlığının pozulması, həkim qəbulunda olması, həkimin ona resept yazması və onun müalicə olunması, həmin vaxt işə çıxmaması, bu söhbətə görə işlətdiyi kafedə bir neçə müştərini itirməsini göstərmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən (MPM-nin 77.1-ci maddəsi) İddiaçı o cümlədən Cavabdeh1 onun intim görüntülərini yayması nəticəsində sağlamlığını itirməklə xəstələnməsi, bu səbəbdən müalicə olunması, həmin vaxt işə çıxmaması, kafedə bir neçə müştərini itirməsi və bu səbəbdən müəyyən məbləğdə qazancdan (gəlirdən) məhrum olmasını və o cümlədən Cavabdeh1 bu qanunazidd hərəkətləri nəticəsində ona 10000 manat maddi zərər vurulmasını, vurulan bu maddi zərərlə o cümlədən Cavabdeh1 qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olmasını və Cavabdeh1 tələb edilən məbləğdə maddi zərərin vurulmasında təqsirli olmasını sübut etmə vəzifəsi daşıyır. Lakin İddiaçı o cümlədən Cavabdeh1 onun intim görüntülərini çəkməsi və yayması nəticəsində sağlamlığını itirməklə xəstələnməsi, bu səbəbdən müalicə olunması, həmin vaxt işə çıxmaması, kafedə bir neçə müştərini itirməsini və bu səbəbdən müəyyən məbləğdə qazancdan (gəlirdən) məhrum olmasını və o cümlədən Cavabdeh1 bu qanunazidd hərəkətləri nəticəsində ona 10000 manat maddi zərər vurulmasını, vurulan bu maddi zərərlə o cümlədən Cavabdeh1 qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olmasını və Cavabdeh1 tələb edilən məbləğdə maddi zərərin vurulmasında təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, Cavabdeh1 münasibətdə bu iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Məhkəmə bu xüsusda iddiaçının iddia ərizəsinə əlavə edərək təqdim etdiyi xx.xx.2023-cü il tarixli resepti və CD diskini də mötəbər sübut hesab etmir. Belə ki, həmin xx.xx.2023-cü il tarixli resept və CD diskində olan videoməlumatlar Cavabdeh1 onun intim görüntülərini yayması nəticəsində iddiaçının xəstələnməsi, bu səbəbdən müalicə olunması, həmin vaxt işə çıxmaması, kafedə bir neçə müştərini itirməsi və bu səbəbdən müəyyən məbləğdə qazancdan (gəlirdən) məhrum olmasını və o cümlədən Cavabdeh1 bu qanunazidd hərəkətləri nəticəsində ona 10000 manat maddi zərər vurulmasını, vurulan bu maddi zərərlə o cümlədən Cavabdeh1 qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olmasını və Cavabdeh1 tələb edilən məbləğdə maddi zərərin vurulmasında təqsirli olmasını sübut etmir. İddiaçı bu xüsusda məhz o cümlədən Cavabdeh1 qeyd edilən qanunazidd hərəkətləri nəticəsində sağlamlığını itirməklə hansısa xəstəliklə xəstələnməsi, hansısa xəstəliklə bağlı müalicə olunması, müalicəyə, o cümlədən dərman vasitələrinin alınmasına nə qədər vəsait sərf etməsi barədə heç bir sübut təqdim etməmişdir. İddiaçı həmin hadisədən sonra hansı xəstəlik keçirməsi, ona hansı diaqnozun qoyulması, neçə gün xəstə olması, məhz bu xəstəlikdən neçə gün işə çıxmaması və nə qədər əmək haqqı itirməsi, həmçinin məhz bu hadisənin təsiri nəticəsində onun kafedə neçə müştəri itirməsi ilə nə qədər maddi zərərə məruz qalması barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının heç bir mötəbər sübut təqdim etmədiyi halda o cümlədən Cavabdeh1 maddi zərər tələb etməsi də bu iddia tələbinin faktoloji əsassızlığını göstərir. Məhkəmə iş materiallarına istinadən qeyd edir ki, Cavabdeh1 münasibətdə tələb edilən maddi zərərin vurulması ilə bağlı göstərilən və heç bir sübutla təsdiqini tapmayan ehtimaledici məlumatlar bu xüsusda iddianın təmin olunması üçün faktoloji və hüquqi əsaslar kimi qəbul edilə bilməz. Göstərilənlər Cavabdeh1 münasibətdə maddi zərər barədə iddia tələbinin tamamilə əsassız olduğunu göstərir. Ona görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh1 qarşı maddi zərər tələbi hissəsində təmin olunmamalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, hazırki iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Belə ki, işdəki sübutlardan görünür ki, Cavabdeh2 İddiaçı onunla cinsi əlaqə zamanı İddiaçı intim görüntüləri əks olunmuş videonu çəkməmiş və yaymamış, İddiaçı şərəf və ləyaqətini və işgüzar nüfuzunu ləkələyən hər hansı ləkələyici məlumatlar yaymamış və ya İddiaçı bildirməmişdir. İddiaçı da Cavabdeh2 Məhəmməd qızının onun intim videosunu yaymasını, şərəf və ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, məhkəmə iclasında verdiyi izahatında belə sübutunun olmadığını bildirmişdir. Eynilə iş materiallarından, o cümlədən Zaqatala Rayon Polis X4 müstəntiqinin 29 noyabr 2023-cü il tarixli qərarından da görünür ki, Cavabdeh2 İddiaçı intim videosunun yayılması hədəsi ilə hədə-qorxu ilə hər hansı pul məbləği tələb etməmişdir. İşdəki sübutlardan görünür ki, İddiaçı intim görüntüləri əks olunmuş videonu Cavabdeh1 çəkmiş və yaymış, bu zaman Cavabdeh2 Cavabdeh1 məhz hədə-qorxu ilə pul almaq məqsədilə İddiaçı intim videosunu çəkməsini və ya həmin videonu yaymasını sifariş verməmiş və bildirməmiş, Cavabdeh1 həmin videonu özü İddiaçı razlığı olmadan çəkmiş və özü də həmin videonu iki nəfərdən artıq şəxsə göndərməklə şəxsi təşəbbüsü ilə yaymışdır. Bunu da Cavabdeh1 məhkəmədə verdiyi izahında göstərmişdir. İş üzrə iddiaçı tərəfindən Cavabdeh1 onun intim videosu əks olunmuş videgörüntüləri məhz Cavabdeh2 sifarişi əsasında yaymasını və ya iddiaçıdan hədə-qorxu ilə pul qoparmaq adı ilə çəkilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. O da qeyd edilməlidir, həmin videogörüntünün Cavabdeh2 sifarişi ilə İddiaçı pul qoparmaq adı ilə çəkilməsi və ya Cavabdeh2 sifarişi əsasında yayılması işdəki mötəbər sübutlarla təsdiq olunmamaqla ağlabatan deyildir və əsassızdır. Belə ki, həmin videogörüntüdən Cavabdeh2 çılpaq şəkildə Raminlə intim əlaqədə olması görünür. Belə olan halda Cavabdeh2 onun intim həyatına aid bu videonun kənar şəxslərə, o cümlədən Cavabdeh2 qızlarına və sevgilisi bildirilən şəxsə göndərilməsini arzu etməsi heç bir məntiqə sığmır, ağlabatan və əsaslı görünmür. Bunun əksi də iş materialları ilə sübut olunmamışdır. Belə olan halda İddiaçı qarşı Cavabdeh2 hansısa hüquqazidd hərəkətləri, o cümlədən iddiaçının iddia olunan şərəf və ləyaqətini ləkələyən hərəkətləri olmamış, işdəki sübutlarla İddiaçı Cavabdeh2 hansısa hüquqazidd hərəkətləri ilə mənəvi sarsıntı və iztirab keçirməsi müəyyən olunmamışdır. Ona görə də Cavabdeh2 İddiaçı mənəvi zərər yetirməmişdir və onun iddiaçıya hansısa məbləğdə mənəvi zərərin yetirməsində təqsiri müəyyən edilməmişdir. Cavabdeh2 İddiaçı intim videosunu çəkmədiyi və yaymadığı və iddiaçının şərəf və ləyaqətini və işgüzar nüfuzuun ləkələyən hər hansı hərəkətlərə yol vermədiyi halda, Cavabdeh2 mənəvi zərər tələb edilməsi tamamilə əsassızdır və heç bir faktoloji və hüquqi əsaslara malik deyildir. İddiaçı da bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməməklə Cavabdeh2 münasibətdə bu tələbin əsaslılığını sübut edə bilməmişdir. Ona grə də məhkəmə hesab edir ki, iddia Cavabdeh2 qızına qarşı o cümlədən 10000 manat mənəvi zərər tələli hissəsində əsassızdır və təmin olunmamalıdır. İddiaçı həmçinin Cavabdeh2 10000 manat maddi zərər tələbinin əsaslandırıldığı hallar kimi həmin vaxt stress keçirməsi və yata bilməməsi, sağlamlığının pozulması ilə xəstəlik keçirməsi, həkim qəbulunda olması, həkimin ona resept yazması və onun müalicə olunması, həmin vaxt işə çıxmaması, bu söhbətə görə işlətdiyi kafedə bir neçə müştərini itirməsini göstərmişdir. Məhkəmə bir daha qeyd edir ki, qanunvericiliyə əsasən (MPM-nin 77.1-ci maddəsi) İddiaçı o cümlədən Cavabdeh2 onun intim görüntülərinin yayılması nəticəsində sağlamlığının pozulması ilə xəstələnməsi, bu səbəbdən müalicə olunması, həmin vaxt işə çıxmaması, kafedə bir neçə müştərini itirməsi və bu səbəbdən müəyyən məbləğdə qazancdan (gəlirdən) məhrum olmasını və o cümlədən Cavabdeh2 hansısa qanunazidd hərəkətləri nəticəsində ona 10000 manat maddi zərər vurulmasını, vurulan bu maddi zərərlə o cümlədən Cavabdeh2 qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olmasını və Cavabdeh2 tələb edilən məbləğdə maddi zərərin vurulmasında təqsirli olmasını sübut etmə vəzifəsi daşıyır. Lakin İddiaçı o cümlədən Cavabdeh2 onun intim görüntülərinin yayılması nəticəsində sağlamlığının pozulması ilə xəstələnməsi, bu səbəbdən müalicə olunması, həmin vaxt işə çıxmaması, kafedə bir neçə müştərini itirməsi və bu səbəbdən müəyyən məbləğdə qazancdan (gəlirdən) məhrum olmasını və o cümlədən Cavabdeh2 hansısa qanunazidd hərəkətləri nəticəsində ona 10000 manat maddi zərər vurulmasını, vurulan bu maddi zərərlə o cümlədən Cavabdeh2 qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olmasını və Cavabdeh2 tələb edilən məbləğdə maddi zərərin vurulmasında təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, Cavabdeh2 münasibətdə bu iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Məhkəmə bu xüsusda iddiaçının iddia ərizəsinə əlavə edərək təqdim etdiyi xx.xx.2023-cü il tarixli resepti və CD diskini də mötəbər sübut hesab etmir. Belə ki, həmin xx.xx.2023-cü il tarixli resept və CD diskində olan videoməlumatlar Cavabdeh2 təqsirii üzündən onun intim görüntülərinin yayılması nəticəsində iddiaçının xəstələnməsi, bu səbəbdən müalicə olunması, həmin vaxt işə çıxmaması, kafedə bir neçə müştərini itirməsi və bu səbəbdən müəyyən məbləğdə qazancdan (gəlirdən) məhrum olmasını və o cümlədən Cavabdeh2 hanısa qanunazidd hərəkətləri nəticəsində ona 10000 manat maddi zərər vurulmasını, vurulan bu maddi zərərlə o cümlədən Cavabdeh2 hanısa qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olmasını və Cavabdeh2 tələb edilən məbləğdə maddi zərərin vurulmasında təqsirli olmasını sübut etmir. İddiaçı bu xüsusda məhz o cümlədən Cavabdeh2 hanısa qanunazidd hərəkətləri nəticəsində hansısa xəstəliklə xəstələnməsi, hansısa xəstəliklə bağlı müalicə olunması, müalicəyə, o cümlədən dərman vasitələrinin alınmasına nə qədər vəsait sərf etməsi barədə heç bir sübut təqdim etməmişdir. İddiaçı həmin hadisədən sonra hansı xəstəlik keçirməsi, ona hansı diaqnozun qoyulması, neçə gün xəstə olması, məhz bu xəstəlikdən neçə gün işə çıxmaması və nə qədər əmək haqqı itirməsi, həmçinin məhv bu hadisənin təsiri nəticəsində onun kafedə neçə müştəri itirməsi ilə nə qədər maddi zərərə məruz qalması barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının heç bir mötəbər sübut təqdim etmədiyi halda o cümlədən Cavabdeh2 maddi zərər tələb etməsi də ona münasibətdə bu iddia tələbinin faktoloji əsassızlığını göstərir. Məhkəmə iş materiallarına istinadən qeyd edir ki, Cavabdeh2 münasibətdə tələb edilən maddi zərərin vurulması ilə bağlı göstərilən və heç bir sübutla təsdiqini tapmayan ehtimaledici məlumatlar bu xüsusda Cavabdeh2 olan bu tələblə bağlı hazırki iddianın təmin olunması üçün faktoloji və hüquqi əsaslar kimi qəbul edilə bilməz. Göstərilənlər Cavabdeh2 münasibətdə maddi zərər barədə də iddia tələbinin tamamilə əsassız olduğunu göstərir. Ona görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh2 qarşı maddi zərər tələbi hissəsində də təmin olunmamalıdır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsasən müvafiq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 vurduğu mənəvi zərərin əvəzi olan 500 (beş yüz) manat pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 3,75 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə verilməli, iddia qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin;Cavabdeh1 vurduğu mənəvi zərərin əvəzi olan 500 (beş yüz) manat pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 3,75 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə verilsin; iddia qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar