Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1012/2024 04.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(019)-1047/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx.xx.2008-ci ildə anadan olmuş X3 və xx.xx.2011-ci ildə anadan olmuş X1 üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat miqdarında alimentin iddiaçının xeyrinə tutulması bаrədə qətnаmə çıxаrılmаsını məhkəmədən xаhiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 07 avqust 2007-ci il tarixində Balakən rayonu Yeni Şərif kənd İnzibati Ərazi Dairəsində rəsmi nikah bağlamaqla evlənmişlər. Birgə nikahlarından 10 may 2008-ci ildə X5, 14 oktyabr 2011-ci il tarixdə isə X4 adında uşaqları doğulmuşdur. 2021-ci ilin mart ayından münasibətləri pozulmağa başlamışdır. Balakən Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(019)-1047/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış, xx.xx.2007-ci il tarixdə Balakən rayonu İHB Yeni Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 06 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından olan uşaqları xx.xx.2008-ci ildə anadan olmuş X5 və xx.xx.2011-ci ildə anadan olmuş X2 anaları İddiaçı yanında saxlanılmaları, 20 sentyabr 2021-ci il tarixdən başlayaraq xx.xx.2008-ci ildə anadan olmuş X3 və xx.xx.2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda 2021-ci ildə müəyyən edilmiş hər uşağa görə 130 manat alimentin məbləği ilə uşaqlara baxmaq onun üçün çox çətindir. Uşaqlar böyümüş, onların tələbatı artmışdır. Bununla bərabər 2024-cü il üzrə yaşayış minimumu da artaraq hər uşaq üçün 235 manat olmuşdur. Cavabdeh fərdi əməklə məşğul olur. Bundan əlavə o taksi fəaliyyəti ilə də məşğul olur. Onun alimenti ödəmək üçün kifayət qədər gəliri vardır. Hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh maddi vəziyyətində dəyişiklik olmuş, onun qazancı və digər gəlirləri artmışdır. Cavabdeh ilə alimentin miqdarının artırılması məqsədi ilə ilkin mediasiya sessiyasında iştirak etməsi üçün Mediatora müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyinə görə ilkin mediasiya sessiyasının davam etdirilməməsi barədə arayış verilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 08 noyabr 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 362530 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 10 may 2008-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 yanvar 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 791579 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 14 oktyabr 2011-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 19.08. 2021-ci il tarixli Nİ/00/09 nömrəli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(019)-1047/2021 nömrəli qətnaməsindən görünür ki, onların nikahları pozulmuş, birgə nikahından olan uşaqları -xx.xx.2008-ci ildə anadan olmuş X5 və xx.xx.2011-ci ildə anadan olmuş X4 anaları İddiaçı yanında saxlanmaları və Cavabdeh hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib,işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki,İddiaçı Cavabdeh ilə 07 avqust 2007-ci il tarixində Balakən rayonu Yeni Şərif kənd İnzibati Ərazi Dairəsində rəsmi nikah bağlamaqla evlənmişlər.Birgə nikahlarından 10 may 2008-ci ildə X5,14 oktyabr 2011-ci il tarixdə isə X4 adında uşaqları doğulmuşdur. Balakən Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(019)-1047/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış, xx.xx.2007-ci il tarixdə Balakən rayonu İHB Yeni Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 06 nömrə ilə qeydə alınmış nikahın pozulması,onların birgə nikahından olan uşaqları-xx.xx.2008-ci ildə anadan olmuş X5 və xx.xx.2011-ci ildə anadan olmuş X2 anaları İddiaçı yanında saxlanılmaları, 20 sentyabr 2021-ci il tarixdən başlayaraq xx.xx.2008-ci ildə anadan olmuş X3 və xx.xx.2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı hazırda uşaqların böyüdüklərini, ödənilən alimentin onların tələbatlarını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa , habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti,diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin uşaqların tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının cavabdehin qazancı barədə heç bir sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(019)-1047/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli-artırılmalı, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 10 may 2008-ci təvəllüdlü X3 və 14 oktyabr 2011-ci təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 58,40 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(019)-1047/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin-artırılsın. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 10 may 2008-ci il təvəllüdlü X3 və 14 oktyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi ) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 58,40 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1012/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1012/2024
04.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver