Məhkəmə qərarları › İş №e-2(019)-1015/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1015/2023

11.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1015/2023 11.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 katibliyi, iddiaçı Murtuzova (Hüseynova) Aminət Ramazan qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hacıqabul Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli 2(071)-328/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını artıraraq 23 mart 2014-cü il təvəllüdlü X1 və 16 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, 2 uşağa görə 440 (dörd yüz qırx) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki,o,10 fevral 2014-cü ildə rəsmi nikahla Hacıqabul şəhəri M.S.ünvan 1 ünvanında yaşayan Cavabdeh ilə evlənmişdir. Hacıqabul Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli 2(071)- 328/2019 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh Murtuzova (Hüseynova) Aminət Ramazan qızı arasında bağlanmış 10 fevral 2014-cü il tarixli, 33 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahları pozulmuşdur. Əvvəli 03 sentyabr 2019-cu il tarixdən hesablanmaqla 23 mart 2014-cü il təvəllüdlü X1 və 16 oktyabr 2015-ci il təvəlüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün iddiaçı Cavabdeh hər ay bir uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Murtuzova (Hüseynova) Aminət Ramazan qızına verilməsi qət edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, 2019-cu ildə uşaqlar üçün yaşayış minimumu 160 manat, 2020-ci il üçün 193 manat, 2021-ci il üçün 200 manat, 2023-cü il üçün 220 manat müəyyən edilmiş, 2019-cu ildən sonra uşaqların tələbatı artmışdır, cavabdeh tərəfindən ödənilən uşağa görə 100 manat aliment çox azdır.Odur ki, Hacıqabul Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli 2(071)-328/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarını dəyişdirərək 23 mart 2014-cü il təvəllüdlü X4 və 16 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay bir uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş lakin məhkəməyə etiraz göndərərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki,o, İddiaçı iddia tələbi ilə razı deyildir.Hacuqabul Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(071)-328/2019 saylı qətnaməsinə əsasən İddiaçı ilə birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay bir uşağa 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimenti iddiaçıya ödəməyi qət edilmişdir. O, qət edilmiş alimenti hər ay iddiaçıya vaxtlı-axtında ödəyir və bununla yanaşı iddiaçı ilə ayrıldıqdan sonra daha bir ailə qurmuş və həmin nikahdan da olan övladı üçün hər ay 140 manat aliment ödəməklə,ümumilikdə ikisi yaşlı olmaqla 5 nəfərlik bir ailəyə başçılıq edərək onların ehtiyaclarını qarşılayır.O, iddia tələbi ilə onun üçün razı deyildir ki,hal-hazırda "xxxx" MMC-də yeni işə qəbul olunmuş və 345 manat əmək haqqı alır. Buna görə də bütün bu saydığı yüklərin hər biri ilə alimentin artırılması onun və ailə üzvlərinin qəti şəkildə dolana bilməyəcəkləri mənasına gəlir.Odur ki, o həmin iddia üzrə qətnamə çıxarılması tələbinin onun əmək haqqı ilə və xərcləri ilə birlikdə uyğunsuz olduğunu düşünərək iddianın rədd edilməsini və yaxud hər hansı bir qərar qəbul edilərkən göstərdiyi faktları nəzərə alaraq qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Sabirabad regional “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 10 fevral 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 684911 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014cü ildə anadan olmuş, atası Cavabdeh, anası X7 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Sabirabad regional “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 10 fevral 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 684912 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2015-ci ildə anadan olmuş, atası Cavabdeh, anası X7 qeyd edilmişdir. İşdə olan Balakən rayon İcra Hakimiyyəti başçısının Xalatala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 09 oktyabr 2023-cü il tarixdə verilmiş 460 nömrəli arayışdan görünür ki, İddiaçı övladları X6 və X8 onun himayəsindədirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Hacıqabul Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli 2(071)-328/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilkin iddia tələbinin təmin edilməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Murtuzova (Hüseynova) Aminət Ramazan qızı arasında bağlanmış 10 fevral 2014-cü il tarixli, 33 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, əvvəli 03 sentyabr 2019-cu il tarixdən hesablanmaqla 23 mart 2014-cü il təvəllüdlü X1 və 16 oktyabr 2015-ci il təvəlüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh hər ay bir uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Murtuzova (Hüseynova) Aminət Ramazan qızına verilməsi qət edilmişdir. İşdə olan Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞŞ/MT- 001/2023-02071 nömrəli Mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat xərci təktərəfli qaydada ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 10 fevral 2014-cü ildə rəsmi nikahla evlənmişdir. Cavabdehlə birgə nikahlarından 23 mart 2014-cü il tarixdə X6 və 16 oktyabr 2015-ci il tarixdə isə X8 adında iki uşaqları olmuşdur.Hacıqabul Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli 2(071)- 328/2019 nömrəli qətnaməsi ilə nikahın pozulması, əvvəli 03 sentyabr 2019-cu il tarixdən hesablanmaqla 23 mart 2014-cü il təvəllüdlü X1 və 16 oktyabr 2015-ci il təvəlüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh hər ay bir uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Murtuzova (Hüseynova) Aminət Ramazan qızına verilməsi qət edilmişdir.Uşaqlar hazırda da İddiaçı himayəsində yaşayırlar. İddiaçı ödənilən alimentin miqdarının aşağı olmasını, uşaqların tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi uşaqlara qayğı göstərmək, onları saxlamaq valideynlərin borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, tərəflərin maddi və ailə vəziyyətini, İddiaçı Cavabdeh maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir sübut təqdim etməməsini, cavabdehin digər nikahından da bir uşağının olmasını, eyni zamanda aliment təyin edildikdən sonra keçən 4 ildən artıq müddət ərzində 23 mart 2014-cü il təvəllüdlü X1 və 16 oktyabr 2015-ci il təvəlüdlü X2 böyümələrini, onların maddi tələbatının artmasını, 2019-cu ildə yaşayış minimumu uşaqlar üçün 160 manat olduğu halda bu məbləğin hazırda 220 manat olmasını, nəticədə İddiaçı maddi vəziyyətinin ağırlaşmasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli 2(071)-328/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 23 mart 2014-cü il təvəllüdlü X1 və 16 oktyabr 2015-ci il təvəlüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 140 (bir yüz qırx ) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 50 manat mediasiya xərcinin 32 manatı alınıb İddiaçı verilməli, qalan 18 manat iddiaçının özünə aid edilməlidir. Cavabdeh həmçinin 53,60 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli 2(071)-328/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın). Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 23 mart 2014-cü il təvəllüdlü X1 və 16 oktyabr 2015-ci il təvəlüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 140 (bir yüz qırx ) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 50 manat mediasiya xərcinin 32 manatı alınıb İddiaçı verilsin. Mediasiya xərcinin qalan 18 manatı iddiaçının özünə aid edilsin. Cavabdeh 53,60 manat dövlət rüsumu xərci tutulub dövlət büdcəsinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar