Məhkəmə qərarları › İş №e-2(019)-1043/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1043/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1043/2024 23.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi,iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 745.43 manat əsas və 0.76 manat faiz borcu olmaqla, cəmi 746.19 (yeddi yüz qırx altı manat on doqquz qəpik) manat məbləğində kredit borcu və 30 (otuz) manat dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etirazı əsasında Balakən Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli qərardadı ilə iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Balakən” filialı ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********56 saylı Tam kart çərçivə müqaviləsinə əsasən Bank tərəfindən ona 27 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla 2000 manat məbləğində kredit verilmişdir. Tam kart çərçivə müqaviləsinə əsasən Borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir.Lakin xx.xx.2022-ci il tarixdə X1 vəfat etmiş və bundan sonra ödənişlər aparılmamışdır.Bunun nəticəsində "xxxx" ASC-nin “Zaqatala” filialı ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********56 saylı Tam kart çərçivə müqaviləsi üzrə cəmi 746.19 manat əsas borc yaranmışdır. Balakən rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Balakən rayon “ASAN Xidmət” mərkəzində notariat ofisinin məktubundan görünür ki, X2 qalmış mirasa Cavabdeh ərizəsi əsasında vərəsəlik işi açılmışdır.Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə X1nun vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək ,iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 08 dekabr 2020-ci il tarixli BPM**********56 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X4 27 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X3 İddiaçı ASC-nə 08 dekabr 2020-ci il tarixli BPM**********56 nömrəli kredit müqaviləsi üzrə 745.43 manat əsas,0.76 manat faiz borcu yaranmışdır. İş materiallarında olan X7 tərəfindən verilmiş 19 aprel 2022-ci il tarixli AZ-İİ seriyalı ******* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş matieriallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Azərbaycan Beynəlxalq Bankın Zaqatala filialına ünvanlanmış xx.xx.2024-cü il tarixli 180 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 vərəsələri-Balakən rayonu, Gərəkli kəndində yaşayan Cavabdeh (AZE0*******,FİN:xxxxxxx). Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı"xxxx" ASC-nin “Balakən” filialı ilə X5 arasında bağlanmış 08 dekabr 2020-ci il tarixli, BPM**********56 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 27 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 2000 (iki min) manat məbləğində kredit verilmişdir.X1 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Balakən Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 04 fevral 2024-ci il tarixli, 180 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Maliyyə arayışına əsasən, X3 öldüyü günə Banka ödənilməmiş 745.43 manat əsas kredit borcu ,0.76 manat faiz borcu qalmışdır.Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Buna görə də iddiaçı "xxxx" ASC hazırkı iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 1306.1-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə hesab edir ki, Cavabdeh (mirasdan aldığı paya həcmində) 745.43 manat əsas borc,0.76 manat faiz borcu olmaqla cəmi 746.19 manat məbləğində kredit borcu alınıb iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 30 manat Cavabdeh tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli,Cavabdeh (mirasdan aldığı pay həcmində) xx.xx.2020-ci il tarixli,BPM**********56 saylı Tam kart çərçivə müqaviləsinə əsasən 745.43 manat əsas borc,0.76 manat faiz borcu olmaqla, cəmi 746.19 manat məbləğində əsas kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat bank xidmət haqqı alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh (mirasdan aldığı pay həcmində)xx.xx.2020-ci il tarixli, BPM**********56 saylı Tam kart çərçivə müqaviləsinə əsasən 745.43 manat əsas borc,0.76 manat faiz borcu olmaqla cəmi 746.19 manat məbləğində əsas kredit borcu, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat bank xidmət haqqı alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar