Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1059/2025 18.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Səlimov Hümbət Qamuna oğlu, İddiaçı "xxxx"ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair ərizəni Balakən Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə 928.69 AZN əsas və 321.49 AZN faiz olmaqla, cəmi 1250.18 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 32.91 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kiçik iddialara dair ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi : 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1-ci maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. İş materiallarından görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən verilmiş tələbi təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Belə ki, "xxxx" Kommersiya Bankı ASC hüquqi şəxs olaraq iddiaçı qismində məhkəməyə müraciət etməsinə baxmayaraq, hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmasına dair sübutu ərizəyə əlavə etməmişdir. Bundan başqa ərizədə cavabdehə plastik kart verildiyi, onun həmin kartdan istifadə edərək pul vəsaiti əldə etdiyi göstərilsə də, cavabdehə plastik kartın verilməsinə dair sənədlər ərizəyə əlavə edilməmişdir. Məhkəmə onu da diqqətə çatdırır ki: Mülki Prosessual Məcəllənin: 284-3.1-ci maddəsinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. 284-3.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 284-3.2.1. ərizənin verildiyi məhkəmənin adı; 284-3.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 284-3.2.3. iddiaçının tələbi və onun əsaslandığı hallar; 284-3.2.4. tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar; 284-3.2.5. əlavə edilən sənədlərin siyahısı. İşdən göründüyü kimi, iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 284-3.2-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmiş, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin ünvanı ünvan 1ddiaçının ünvanı ünvan 3a rəsmi qeydə alındığı ünvanı təsdiq edən sənəd (MAPS arayışı) ərizəyə əlavə edilməmiş, ərizəyə hansı orqan tərəfindən verilməsi məlum olmayan sənəd əlavə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İş materiallarından görünür ki iddiaçı tərəfindən 32.51 AZN dövlət rüsumu ödənmişdir. Qərardad qanuni qüvvəyə mindikdən sonra ödənmiş dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. İddia ərizəsi geri qaytarıldığından ödənilmiş 32.51 manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin: 284-4.2-ci maddəsinə əassən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 284-4.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad qanuni qüvvəyə mindikdən sonra ödənmiş 32.51 AZN dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Qərardaddan şikayət verilə bilməz. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1059/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1059/2025
18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver