Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-106/2024 17.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı QSC-nin xeyrinə 9358.55 manat məbləğində kredit borcu, 1531.31 manat məbləğində faiz borcu və 473.55 manat məbləğində cərimə olmaqla,cəmi 11363 (on üç min üç yüz altmış üç) manat 41 (qırx bir) qəpik məbləğində borcun və 1492.75 manat məbləğində kredit borcu, 148.18 manat məbləğində faiz borcu və 65.09 manat məbləğində cərimə olmaqla, cəmi 1706 (min yeddi yüz altı) manat 02 (iki) qəpik məbləğində borcun və tərəflərindən ödənilmiş 129.21 manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki,Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə, ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.8333% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 641.45 manat ödəniş etmiş və onun iddiaçıya 9358.55 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Dövlət rüsumunun ödənilməsi haqqında məlumat bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 288 gün üçün hesablanmış faiz borcu 1531.31 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 288 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 473.55 manat təşkil edir. Bundan başqa, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 507.25 manat ödəniş etmiş və onun iddiaçıya 1492.75 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 218 gün üçün hesablanmış faiz borcu 148.18 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 218 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 65.09 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağımüştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumişərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı QSC-i məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini nəzərə alıb onların iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, cavabdeh X1 iddiaçı "xxxx" QSC-dən 10000 manat məbləğində, eyni zamanda xx.xx.2022-ci il tarixdə isə əlavə olaraq 2000 manat kredit almışdır. Cavabdeh bir müddət banka olan borcunun ödəmiş, lakin sonradan maddi imkanı olmadığına görə kredit borucunu ödəyə bilməmişdir. Gələcəkdə borcu hissə-hissə ödəyəcəklər.Cərimə və faizlər silinməklə iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixdə bağlanmış 030A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 1.8333 % olmaqla 48 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit alan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. Müqavilənin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixdə bağlanmış 030A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 1.5 % olmaqla 24 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit alan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. Müqavilənin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü tarixli 1399 nömrəli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 030A********** nömrəli xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə əsas məbləğ üzrə 1492.75 manat, faiz üzrə 148.18 manat, cərimə üzrə 65.09 manat olmaqla, cəmi 1706.02 manat borcu vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü tarixli 9400 maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 030A********** nömrəli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə əsas məbləğ üzrə 9358.55 manat, faiz üzrə 1531.31 manat, cərimə üzrə 473.55 manat olmaqla, cəmi 11363.41 manat borcu vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzi tərəfindən 17 yanvar 2024-cü il tarixdə verilmiş 9/9676 nömrəli ekspert rəyində göstərilmişdir ki: 19 may 2022-ci il tarixli, 030A********** saylı kredit razılaşması üzrə; Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəasitlərinə dair hesabdan çıxarış, 19 may 2022-ci il tarixli, 030A********** saylı kredit razılaşmasının şərtlərinə müvafiq olaraq Cavabdeh 07 sentyabr 2023-cü il tarixli və xx.xx.2023-cü il tarixlərə banka olan borcu aşağıdakı kimi müəyyən olunur. O cümlədən: xx.xx.2023-cü il tarixə (maliyyə arayışında qeyd edilən) əsas borc üzrə ----------------------------9.330.41 manat faiz borcu üzrə----------------------------1.579.00 manat Qeyd edilən məhkəmənin ekspertiza təyini haqqında qərardadında ekspert qarşısında qoyulmuş sualda qeyd edildiyi kimi xx.xx.2023-cü il tarixli qəbzlə 300 manat və xx.xx.2023-cü il tarixli qəbzlə 300 manat ödənişlərin və 19 may 2022-ci il tarixli 030A********** saylı kredit müqaviləsi üzrə silinməsi nəzərə alındıqda Cavabdeh xx.xx.2023-cü il tarixə banka olan borcu aşağıdakı kimi müəyyən olunur. O cümlədən: (bax cədvəl məlumatlarırna) xx.xx.2023-cü il tarixə ( sonuncu ödəniş tarixinə) əsas borc üzrə-----------------------------------9.330,41manat faiz borcu üzrə ----------------------------------1.359.24 manat -01 iyun 2022-ci iil tarixli,030A********** saylı kredit razılaşması üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış,01 iyun 2022-ci il tarixli, 030A********** saylı kredit razılaşmasının şərtlərinə müvafiq olaraq Cavabdeh 07 sentyabr 2023-cü il və xx.xx.2023-cü il tarixlərə banka olan borcu aşağıdakı kimi müəyyən olunur,o cümlədən: xx.xx.2023-cü il tarixə (maliyyə arayışında qeyd edilən): əsas borc üzrə-----------------------------------1.478,28 manat faiz borcu üzrə-------------------------------- 163,35 manat. Qeyd edilir ki, məhkəmənin ekspertiza təyini haqqında qərardadında ekspert qarşısında qoyulmuş sualda qeyd edildiyi kimi 20.10. 2023-cü il tarixli qəbzlə 300 manat və 20.10.1.2023-cü il tarixli qəbzlə 300 manat öənişlərin 01 iyun 2022-ci il tarixli, 030A********** saylı kredit müqaviləsi üzrə silinməsi nəzərə alındıqda Cavabdeh xx.xx.2023-cü il tarixə banka olan borcu aşağıdakı kimi müəyyən olunur. O cümlədən: (bax cədvəl məlumatdlarına): xx.xx.2023-cü il tarixə ( sonuncu ödəniş tarixinə): əsas borc üzrə----------------------------------1.094,01 manat faiz borcü üzrə-------------------------------- 0,00 manat Bildirilir ki,bank tərəfindən 19 may 20222-ci il tarixli, 030A********** saylı və 01 iyun 2022-ci il tarixli ,030A********** saylı kredit müqavilələri üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit razılaşmaları üzrə cərimə borcu hesablanmadı. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 28 iyun 2024-cü il tarixdə verilmiş 9/3571 nömrəli ekspert rəyində göstərilmişdir ki, 19 may 2022-ci il tarixli, 030A********** saylı kredit razılaşması üzrə; Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, 19 may 2022-ci il tarixli ,030A********** saylı kredit razılaşmasının şərtlərinə müvafiq olaraq Cavabdeh 07 sentyabr 2023-cü il tarixli və xx.xx.2023-cü il tarixlərə banka olan borcu aşağıdakı kimi müəyyən olunur. O cümlədən: xx.xx.2023-cü il tarixə (maliyyə arayışında qeyd edilən) əsas borc üzrə ----------------------------9.330.41 manat faiz borcu üzrə-----------------------------1.579.00 manat Qeyd edilən məhkəmənin ekspertiza təyini haqqında qərardadında ekspert qarşısında qoyulmuş sualda qeyd edildiyi kimi xx.xx.2023-cü il tarixli qəbzlə 300 manat və xx.xx.2023-cü il tarixli qəbzlə 300 manat ödənişlərin və 19 may 20222-ci il tarixli 030A********** saylı kredit müqaviləsi üzrə silinməsi nəzərə alındıqda Cavabdeh xx.xx.2023-cü il tarixə banka olan borcu aşağıdakı kimi müəyyən olunur. O cümlədən: (bax cədvəl məlumatlarırna) xx.xx.2023-cü il tarixə ( sonuncu ödəniş tarixinə) əsas borc üzrə-----------------------------------9.330,41manat faiz borcu üzrə ----------------------------------1.359.24 manat -01 iyun 2022-ci iil tarixli,030A********** saylı kredit razılaşması üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış,01 iyun 2022-ci il tarixli, 030A********** saylı kredit razılaşmasının şərtlərinə müvafiq olaraq Cavabdeh 07 sentyabr 2023-cü il və xx.xx.2023-cü il tarixlərə banka olan borcu aşağıdakı kimi müəyyən olunur,o cümlədən: xx.xx.2023-cü il tarixə (maliyyə arayışında qeyd edilən): əsas borc üzrə-----------------------------------1.478,28 manat faiz borcu üzrə----------------------------------- 163,35 manat. Qeyd edilir ki,məhkəmənin ekspertiza təyini haqqında qərardadında ekspert qarşısında qoyulmuş sualda qeyd edildiyi kimi 20.10. 2023-cü il tarixli qəbzlə 300 manat və xx.xx.2023-cü il tarixli qəbzlə 300 manat öənişlərin 01 iyun 2022-ci il tarixli, 030A********** saylı kredit müqaviləsi üzrə silinməsi nəzərə alındıqda Cavabdeh xx.xx.2023-cü il tarixə banka olarn borcu aşağıdakı kimi müəyyən olunur. O cümlədən: (bax cədvəl məlumatlarına): xx.xx.2023-cü il tarixə ( sonuncu ödəniş tarixinə): əsas borc üzrə----------------------------------1.094,01 manat faiz borcu üzrə-------------------------------- 0,00 manat Bildirilir ki,bank tərəfindən 19 may 20222-ci il tarixli,030A********** saylı və 01 iyun 2022-ci il tarixli ,030A********** saylı kredit müqavilələri üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit razılaşmaları üzrə cərimə borcu hesablanmadı. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.8333% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır.Bundan başqa, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Borc ödənmədiyndən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli 030A**********4 nömrəli kredit razılaşmasına görə 9358.55 manat məbləğində kredit borcu, 1531.31 manat faiz borcu və 473.55 manat cərimə, 01 iyun 2022-ci il tarixli, 030A********** saylı kredit müqaviləsinə görə isə 1492.75 manat məbləğində kredit borcu,148.18 manat faiz borcu və 65.09 manat cərimə tələb etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra cavabdeh 20.10. 2023-cü il tarixli qəbzlə 300 manat və xx.xx.2023-cü il tarixli qəbzlə 300 manat ödənişlər etmişdir. Ekspert rəyinə əsasən bu ödənişlər nəzərə alınmaqla Cavabdeh İddiaçı QSC-nə 19 may 2022-ci il tarixli ,030A********** saylı kredit razılaşmasının şərtlərinə dörə 9.330,41 manat kredit borcu və 1.359.24 manat faiz borcu, 01 iyun 2022-ci il tarixli, 030A********** saylı kredit razılaşması üzrə 1.094,01 manat əsas borcu, 0,00 manat faiz borcu yaranmışdır. Cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspertiza zamanı borcalana qeyd olunan kredit razılaşmaları üzrə cərimə borcu hesablanmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi 19 may 2022-ci il tarixli ,030A********** saylı kredit razılaşması üzrə 9.330,41 manat kredit borcu və 1.359.24 manat faiz borcuna görə və 01 iyun 2022-ci il tarixli, 030A********** saylı kredit razılaşması üzrə 1.094,01 manat əsas borca, 0,00 manat faiz borcuna görə əsaslı hesab olunmaqla təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia ərizəsində penya borcları yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, kredit razılaşmaları üzrə penyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq xx.xx.2022-ci il tarixli 030A**********4 nömrəli müqavilə üzrə 40 manat, xx.xx.2022-ci il tarixli 030********** nömrəli müqavilə üzrə 6 manat həcmində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən 129.21 manat məbləğində dövlət rüsumunun 117.58 manatı Cavabdeh alınıb İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh xx.xx.2022-ci il tarixli 030A**********4 nömrəli müqavilə üzrə 9330.41 manat əsas kredit borcu, 1359.24 manat faiz borcu və 40 manat cərimə borcu olmaqla, cəmi 10729,65 manat və xx.xx.2022-ci il tarixli 030********** nömrəli müqavilə üzrə 1094,01 manat əsas borc, 6 manat cərimə borcu olmaqla, cəmi 1100,01 manat, ümumilikdə 11829,66 manat borc və 117.58 manat dövlət rüsumu xərci alınıb İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən 200 manat ekspertiza xərcinin 182 manatı Cavabdeh, 18 manatı iddiaçı "xxxx" ASC-dən tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixli 030A**********4 nömrəli müqavilə üzrə 9330.41 manat əsas kredit borcu, 1359.24 manat faiz borcu və 40 manat cərimə borcu olmaqla, cəmi 10729,65 manat və xx.xx.2022-ci il tarixli 030********** nömrəli müqavilə üzrə 1094,01 manat əsas borc, 6 manat cərimə borcu olmaqla, cəmi 1100,01 manat, ümumilikdə 11829,66 manat borc və 117.58 manat dövlət rüsumu xərci alınıb İddiaçı QSCnin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 200 manat ekspertiza xərcinin 182 manatı Cavabdeh, 18 manatı iddiaçı "xxxx" ASCdən tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-106/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-106/2024
17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver