Məhkəmə qərarları › İş №e-2(019)-1119/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1119/2024

25.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1119/2024 25.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2(019)-578/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh 15 may 2014-cü ildə anadan olmuş X1 üçün hər ay 300 (üç yüz) manat miqdarında alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 13 mart 2013-cü il tarixdə qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını rəsmiləşdirməmişlər. Qeyri rəsmi nikahlarından 15 may 2014-cü ildə X3 və xx.xx.2017-ci ildə X5 adında iki uşaqları olmuşdur.2019-cu ildə tərəflər ayrılmışlar.O,vaxtdan uşaqlar iddiaçının himayəsində yaşayırlar. Balakən Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2(019)-578/2019 saylı qətnaməsilə 02 may 2019-cu il tarixdən başlayaraq 15 may 2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli ) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda 2019-cu ildə müəyyən edilmiş alimentin məbləği ilə uşaqlara baxmaq iddiaçı üçün çox çətindir.Uşaq böyümüş,onun tələbatı artmışdır.Cavabdeh uzun müddətdir ki, Rusiya Federasiyasında yaşamaqla fərdi əməklə məşğul olur. Onun alimenti ödəmək üçün kifayət qədər gəliri vardır. Bundan əlavə tərəflərin qeyri-rəsmi nikahlarından xx.xx.2017-ci ildə doğulmuş X4 atalığı müəyyən edilmədiyindən həmin uşaq da hazırda iddiaçının himayəsində yaşayır. Cavabdeh isə həmin uşağın saxlanması üçün hər hansı vəsait ödəmir.Hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh maddi vəziyyətində dəyişiklik olmuş, onun qazancı və digər gəlirləri artmışdır. Cavabdeh ilə alimentin miqdarının artırılması məqsədi ilə ilkin mediasiya sessiyasında iştirak etməsi üçün Mediatora müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyinə görə ilkin müdiasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək Şəki İnzibati Məhkəməsində iştirakı zəruri olduğuna görə hazırkı mülki işin məhkəmə baxışında iştirak edə bilmir. İşə onun iştirakı olmadan baxaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.6-cı maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 07 iyun 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 329373 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 15 may 2014-cü ildə anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli 2(019)-578/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edilməsi, 02 may 2019-cu il tarixdən başlayaraq 15 may 2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli ) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024-01726 nömrəli ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 60 manat mediasiya xərcini təktərəfli qaydada ödəmişdir. Məhkəmə,işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 13 mart 2013-cü il tarixdə rəsmi nikah bağlamadan evlənmişdir. Faktiki nikahlarından 15 may 2014-cü ildə X3 adında uşaqları olmuşdur. Uşaq hazırda iddiaçının himayəsində yaşayır. Balakən Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli 2(019)-578/2019 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi,02 may 2019-cu il tarixdən başlayaraq 15 may 2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli ) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi,iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.İddiaçı ödənilən alimentin miqdarının aşağı olmasını, uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi uşaqlara qayğı göstərmək, onları saxlamaq valideynlərin borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, tərəflərin maddi və ailə vəziyyətini, aliment təyin edildikdən sonra keçən 5 ildən artıq müddət ərzində 15 may 2014-cü il tarixdə anadan olmuş X2 böyüməsini,onun maddi tələbatının artmasını,eyni zamanda İddiaçı Cavabdeh qazancına, onun maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir sübut təqdim etməməsini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli 2(019)-578/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 15 may 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan İddiaçı mediasiya xərci olaraq ödədiyi 60 manatın 36 manatı Cavabdeh alınıb İddiaçı verilməli, mediasiya xərcinin qalan 24 manatı iddiaçının özünə aid edilməlidir. İddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 41,60 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli 2(019)-578/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın). Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 15 may 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 60 manatın 34 manatı alınıb İddiaçı verilsin, mediasiya xərcinin qalan 26 manatı iddiaçının özünə aid edilsin. Cavabdeh 41,60 manat dövlət rüsumu xərci tutulub dövlət büdcəsinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar