Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1127/2025 03.11.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X19 qızının katibliyi, iddiaçı Nəsibova (Abdullayeva) Tükaz Fərhad qızının iştirakı ilə, İddiaçı X6 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı X14 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən Rayon Məhkəməsinin 2(019)-590/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə,himayəsində olan xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün Cavabdeh sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X14 iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X11 və xx.xx.2013-cü il tarixdə X13 adında iki uşaqları dünyaya gəlmişdir. 2016-cı ildə Cavabdeh ilə ailə münasibətləri pisləşmiş, o, ondan ayrılaraq valideynlərimin yanına köçmüşdür. 2017-ci ildə birgə nikahlarından olan uşaqların baxılması üçün alimentin təyin olunması tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir.Balakən Rayon Məhkəməsinin 2(019)-1442/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən birgə nikahlarından olan uşaqların baxılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. 2021-ci il tarixdə nikahın pozulması tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(019)-286/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş,bir nikahlarından olan uşaqlar onun yanında saxlanılmışlar. Balakən Rayon Məhkəməsinin 2(019)-590/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh aralarında mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixdə MŞB15-000036-03 nömrə ilə bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişində hər ay hər uşaq uçun 180 manat alimentin ona verilməsi göstərilmişdir. Cavabdeh Bakı şəhərində fərdi sahibkarlıqla məşğul olmaqla işləməklə kifayət qədər qazanc əldə edir. Eyni zamanda aralarında barışıq sazişi 2022-ci ildə bağlanmışdır, həmin tarixdən 3 il keçmişdir. Bu müddət ərzində yaşayış minimumu artmışdır. Birgə nikahlarından olan uşaqlar böyümüş və onların təhsil xərcləri də artmışdır. Alimentin artırılması tələbi ilə mediasiyaya müraciət etmiş, mediasiya prosesində cavabdeh gəlməmiş, heç bir razılıq bildirməmişdir. Bu barədə xx.xx.2025-ci il tarixli arayış verilmişdir. Onu da qeyd edir ki, həmin vaxt aliment məbləği müəyyən edilərkən tərəflərin vəziyyəti nəzərə alınmışdır. 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat nəzərdə tutulmuşdur. Göründüyü kimi yaşayış minimumu ölkə üzrə uşaqlar üçün hər il artır. Lakin Cavabdeh özü könüllü olaraq aliment məbləğini artırmır. Məhkəmə iclasında iddiaçı X14 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O,əlavə olaraq göstərdi ki, o, 2022-ci ildə də hazırda da musiqi müəlliməsi işləyir, hazırda aylıq əmək haqqısı 613 manatdır. Cavabdeh isə 2022-ci ildə polis orqanlarında işləmiş, hazırda işləmir, fərdi əməklə məşğul olur, obyektləri vardır.Lakin bu barədə heç bir sübut təqdim edə bilmir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli e-2(019)-590/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, ərizənin təmin edilməsi, X7 ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixdə MŞB15-000036-03 nömrə ilə bağlanmış barışıq sazişinin təsdiq edilməsi; Cavabdeh 100 manat dövlət rüsumunun alınaraq X4 ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Sabunçu RQŞ-nin Maştağa qəsəbə bölməsi tərəfindən 12 iyul 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 903685 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2011-ci ildə anadan olmuş, atası Cavabdeh, anası X7 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Sabunçu RQŞ-nin Maştağa qəsəbə bölməsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 163991 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2013-cü ildə anadan olmuş, atası Cavabdeh, anası X7 qeyd edilmişdir. İşdə olan Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞŞ/MT018/2025-0226 nömrəli X10 iştirak edilməməsi barədə arayışdan görünür ki, X14 X10 iştirak etmiş və 60 manat mediasiya xərcini təktərəfli qaydada ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, X1 Fərid Nadir oğlu ilə nikahlarını Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində 07 avqust 2010-cu il tarixdə 947 nömrə ilə qeydə almaqla evlənmişlər. Tərəflərin birgə nikahından 14 iyul 2011-ci ildə X11 və 06 avqust 2013-cü ildə X13 adında iki uşaqları doğulmuşdur. Balakən Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli, 2(019)-1442/2017 saylı qətnaməsinə əsasən 05 iyul 2017-ci il tarixdən başlayaraq Cavabdeh 14 iyul 2011 -ci ildə doğulmuş X3, 06 avqust 2013-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutulub iddiaçı X12 verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-286/2021 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh X7 arasında bağlanmış Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində 07 avqust 2010-cu il tarixdə 947 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından 14 iyul 2011-ci ildə doğulmuş X3 və 06 avqust 2013-cü ildə doğulmuş X5 anaları X2 yanında saxlanılması qət edilmişdir. Cavabdeh rəsmi iş yerindən çıxdığından, X15 alimentin sabit pul məbləğində təyin olunması barədə mediatora müraciət etmiş, mediasiya prosesində Cavabdeh ilə X8 hər ay hər uşağa görə 180 manat sabit pul məbləğində aliment ödəməsi ilə bağlı razılığa gəlmişlər və bu barədə tərəflər arasında xx.xx.2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Balakən Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli e-2(019)-590/2023 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi,X7 ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixdə MŞB15-000036-03 nömrə ilə bağlanmış barışıq sazişinin təsdiq edilməsi, Cavabdeh 100 manat dövlət rüsumunun alınaraq X4 ödənilməsi qət edilmişdir. İddiaçı X14 ödənilən alimentin miqdarının aşağı olmasını, uşaqların tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyası; Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi uşaqlara qayğı göstərmək, onları saxlamaq valideynlərin borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinin tələbinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinin tələbinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən olunur. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İş materiallarından göründüyü kimi aliment müəyyən olunduqdan sonra tərəflərin ailə vəziyyətində dəyişiklik olmamış, iddiaçının əmək haqqısı artmışdır. Cavabdeh işdən çıxmışdır və onun qazancı barədə heç bir sübut təqdim olunmamışdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən isə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu halda məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddia təmin edilmədiyindən 60 manat mediasiya xərci də iddiaçının özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddiaçı X6 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı X6 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməsin. 60 manat mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1127/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1127/2025
03.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver