Məhkəmə qərarları › İş №e-2(019)-1140/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1140/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1140/2024 06.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4,Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Cavabdeh3,Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh4,Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Cavabdeh3,Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, sadələşdirilmiş icraat qaydasında işə baxaraq, cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 781.84 manat əsas və 8.28 manat faiz borcu olmaqla, cəmi 790.12 (yeddi yüz doxsan manat on iki qəpik) manat məbləğində kredit borcu və 30 (otuz) manat dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki,iddiaçı "xxxx" ASC-nin “Balakən” filialı ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********41 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən ona 12 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla 1020 manat məbləğində nağd kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Lakin xx.xx.2021-ci il tarixdə borclu X6 vəfat etmiş və bundan sonra ödənişlər aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC-nin “Balakən” filialı ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********41 saylı kredit müqaviləsi üzrə 790.12 manat əsas borc yaranmışdır. Balakən regional “ASAN XİDMƏT” Mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.Balakən regional “ASAN XİDMƏT” Mərkəzində notariat ofisinin məktubundan görünür ki, X1 qalmış mirasa Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X3 vərəsələri Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişlər. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 01 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və 04 noyabr 2024-cü il tarixdə cavabdehlər Cavabdeh4,Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsi, prosessual hüquq və vəzifələrinin izahı barədə bildiriş rəsmi qaydada göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, cavabdehlər Cavabdeh4,Cavabdeh6, Cavabdeh5 11 noyabr 2024-cü il, cavabdehlər Cavabdeh7, Cavabdeh3 və Cavabdeh2 15 noyabr 2024-cü il tarixində məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh1 ünvanda yaşamadığından məhkəmə bildirişinin və ərizənin ona təqdim olunması mümkün olmamış, bildiriş ona təqdim edilməsi üçün Balakən Rayon İcra Hakimiyyəti başçısının Qullar kənd İƏD üzrə nümayəndəliyinə göndərilmiş, 04 noyabr 2024-cü il tarixli məhkəmə bildirişini və ərizənin surətini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə görə cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Cavabdeh1 etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7 Ziyavəddin qızına, Cavabdeh3,Cavabdeh1 və X5 prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazlarının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid tələb olduğunu, qarşılıqlı iddia verilməməsini, üçüncü şəxsin işə daxil olması barədə vəsatəti olmamasını, tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etməsini, iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti olmamasını nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməsinə zərurət yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2021-cü il tarixli BPM********** nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X4 12 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 1020 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X2 xx.xx.2024-cü il tarixə "xxxx" ASC-nə xx.xx.2021-ci il tarixli BPM********** nömrəli kredit müqaviləsi üzrə-cəmi 781 manat əsas, 8.28 manat faiz borcu olmaqla cəmi 790.12 manat borcu yaranmışdır. İş matieriallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional X11 Notariat Ofisi tərəfindən Azərbaycan Beynəlxalq Bankın Zaqatala filialına ünvanlanmış xx.xx.2024-cü il tarixli 180 nömrəli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri –Cavabdeh4 (ŞV:AZE********; xx.xx.2013, Balakən; FİN:xxxxxxx: d/t:xx.xx.1957) Balakən Gərəkli kəndi;Cavabdeh6(ŞV:AZE********; xx.xx.2015, Balakən; FİN:2118CMF2: d/t:xx.xx.1987) Balakən Gərəkli kəndi;Cavabdeh5- (ŞV:AZE0*******; xx.xx.2010, Balakən; FİN:xxxxxxx: d/t: xx.xx.1981) Balakən Gərəkli kəndi; Cavabdeh7 (ŞV:AA*******; xx.xx.2019, Səyyar Asan; FİN:xxxxxxx: d/t:xx.xx.1984) Balakən Mahamalar Ərazi Dairəsi, Mahamalar kəndi; Cavabdeh3 (ŞV:AA*******; xx.xx.2019, Balakən RPŞ; FİN:xxxxxxx: d/t:xx.xx.1982) Balakən rayon Mahamalar Ərazi Dairəsi, Mahamalar kəndi;Cavabdeh1 (ŞV:AZE********; xx.xx.2013, Balakən; FİN:xxxxxxx: d/t:xx.xx.1977) Balakən Qullar kəndi; Cavabdeh2 (ŞV:AZE********; xx.xx.2015, Balakən; FİN:xxxxxxx: d/t:xx.xx.1979) Balakən Mahamalar kəndi; Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki,iddiaçı "xxxx" ASC-nin “Balakən” filialı ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM********** nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 12 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 1020 manat məbləğində kredit verilmişdir. Borclu X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 04 fevral 2024-ci il tarixli, 180 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 mərhumdan qalan miras əmlakı qəbul etmişdirlər. Bankın “Zaqatala” filialı tərəfindən təqdim edilmiş 30.09 2024-cü il tarixli maliyyə arayışa əsasən, X3 vəfat etdiyi tarixə Banka ödənilməmiş cəmi 790.12 manat kredit borcu qalmışdır.Cavabdehlər,mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Buna görə də iddiaçı "xxxx" ASC hazırkı iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-cü il tarixli , BPM********** nömrəli kredit müqaviləsi üzrə ödəilməmiş 781 manat əsas, 8.28 manat faiz borcu cəmi 790.12 manat borc alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 30 manat cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq iddiaçının təqdim etdiyi mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli , BPM********** nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 781 manat əsas, 8.28 manat faiz borcu cəmi 790.12 manat borc, 30 manat məbləğində dövlət rüsumu xərci və 0.4 (40 qəpik) xidmət haqqı alınıb iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli, BPM********** nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 781 manat əsas, 8.28 manat faiz borcu cəmi 790.12 manat borc, 30 manat məbləğində dövlət rüsumu xərci və 0.4 (40 qəpik) xidmət haqqı alınıb iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar