Məhkəmə qərarları › İş №e-2(019)-1147/2023

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1147/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1147/2023 30.11.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh İbrahim qızına qarşı borc tələbinə dair kiçik iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, müəyyənetdim: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh İbrahim qızına qarşı kiçik iddia ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İbrahim qızından kredit müqaviləsinə əsasən 716.61 manat əsas və 423.57 manat faiz borcu olmaqla, cəmi 1140.18 (bir min bir yüz qırx manat 18 qəpik) manat və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə bu kiçik iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında iddia ərizəsinə əlavə edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizələrinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırki kiçik iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, dövlət rüsumunun ödənilməsi haqqında sənəd kiçik iddia ərizəsinə əlavə edilməmişdir. Bu fakt Balakən Rayon Məhkəməsində tərtib olunmuş 27 noyabr 2023-cü il tarixli aktla da təsdiq olunur. Belə ki, həmin aktda göstərilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə daxil olan ərizəsinin qoşma hissəsində dövlət rüsumunun ödənilməsi haqqında sənəd qeyd olunub, lakin həmin sənəd elektron kabinet vasitəsilə göndərilməyib. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə işin hallarını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh İbrahim qızına qarşı borc tələbinə dair kiçik iddia ərizəsi geri qaytarılmalı və ərizəçi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ərizənin qaytarılmasının həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmaması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 284-3.5, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh İbrahim qızına qarşı borc tələbinə dair kiçik iddia ərizəsi geri qaytarılsın; "xxxx" Açıq Səhmdar Cəmiyyətinə kiçik iddia ərizənin qaytarılmasının həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmaması izah edilsin. Bu qərardaddan tərəfə rəsmi qaydada verildiyi verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar