Məhkəmə qərarları › İş №e-2(019)-1157/2025

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1157/2025

03.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1157/2025 03.11.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh onun xeyrinə avtomobilinə dəymiş zərərə görə 4 065 (dörd min altmış beş) manat məbləğində pulun və 60.65 (altmış manat altmış beş qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək xx.xx.2025-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi ziyana görə cavabdehlə barışıq əldə etdiklərini, Cavabdeh tərəfindən ona vurulmuş zərərin ödənilməsini və aralarında heç bir mübahisəli məsələ qalmadığını göstərərək Balakən Rayon Məhkəməsində Cavabdeh qarşı verdiyi iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh onun xeyrinə avtomobilinə dəymiş zərərə görə 4 065 (dörd min altmış beş) manat məbləğində pulun və 60.65 (altmış manat altmış beş qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.İddiaçı məhkəməyə ərizə göndərərək xx.xx.2025-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi ziyana görə cavabdehlə barışıq əldə etdiklərini, Cavabdeh tərəfindən ona vurulmuş zərərin ödənilməsini və aralarında heç bir mübahisəli məsələ qalmadığını göstərərək Balakən Rayon Məhkəməsində Cavabdeh qarşı verdiyi iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İddiaçı ərizəsində iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddia tələbinin baxılmamış saxlanmasını xahiş etsə də, ərizənin məzmunundan aydın olur ki, iddiaçı işə mahiyyəti üzrə baxılmasını istəmir. Odur ki, məhkəmə ərizəni iddia ərizəsinin və sənədlərin qaytarılması barədə verilmiş ərizə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsi təmin edilməli, onun iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçı tərəfindən ödənmiş 60 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264,268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ödənilmiş 60 manat dövlət rüsumu qərardad qanuni qüvvəsini aldıqdan sonra dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar