Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1164/2025 27.11.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X2 üçün Cavabdeh tutulan hər uşağa görə 150 manat aliment məbləğinin dəyişdirilərək, hər uşaq üçün sonrakı artımlar nəzərə almaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.62 misli həddində müəyyən edilməsi və ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.2017-ci il tarixdə borclu Cavabdeh ilə nikahı Balakən rayon Talalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə 10 nömrəli akt qeydi ilə rəsmiləşdirməklə evlənmiş, həmin nikahdan övladları xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X9 doğulmuşlar. Sonradan borclunun digər qadınlarla münasibətlər yaradaraq onu aldatması səbəbindən münasibətləri korlanmış və onlar ayrılmışlar. Faktiki olaraq ailə münasibətləri pozulduğundan qərara gəldilər ki, bunu rəsmiləşdirsinlər. Bu məqsədlə də Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etdilər. Həmin təşkilatın mediatoru X7 tərəfindən xx.xx.2024-cü il tarixli “Barışıq sazişi” təsdiq edilmişdir. Həmin barışıq sazişi ilə birgə nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X5 onun himayəsində saxlanılması, hər ay hər bir uşaq üçün 150 manat manat olmaqla ümumilikdə 300 manat məbləğində aliment verilməsi barədə razılıq əldə olunmuşdur. Cavabdeh barışıq sazişi üzrə öhdəliklərini icra etmədiyi üçün barışıq sazişinin təsdiqi üçün Balakən rayon məhkəməsinə müraciət etdi və həmin məhkəmənin 09 fevral 2024-ci il tarixli, e-2(019)-372/2024 nömrəli nömrəli qətnaməsi ilə ərizə təmin edilərək barışıq sazişi təsdiq edilmişdir. Hazırda Balakən rayon məhkəməsinin hakimi Hümbət Səlimovun icraatında Cavabdeh onunla nikahın pozulması tələbinə dair e-2(019)-589/2025 nömrəli iş vardır. Hər bir uşaq üçün 150 manat olan aliment məbləği uşaqların saxlanma xərclərini ödəməməkdədir. Uşağın istər geyim, istər qidalanma, istərsə də idman, təhsil və s. xərcləri təbii olaraq artmışdır. Ölkə üzrə ildən-ilə hər bir şeyin, ərzaq, qida, geyim, nəqliyyat, digər əşya və xidmətlərin qiyməti də qalxmışdır. Belə olduğu təqdirdə hər uşaq üçün 150 manat miqdarında aliment artırılmalıdır. Alimentin artırılması tələbi ilə Balakən 1 saylı Mediasiya Təşkilatına müraciət etsə də, cavabdeh sessiyada iştirak etməmiş və həmin təşkilat tərəfindən ona “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış təqdim olunmuş və 50 manat mediasiya xərci tərəfindən ödənilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan məhkəmə iclasına təkrarən gəlməmiş, iddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(019)-372/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, ərizənin təmin edilməsi, Cəyiyeva (Balagözova) Gültac Fəxrəddin qızı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə MŞŞ-1 MT-2024-03133 nömrə ilə bağlanmış barışıq sazişinin təsdiq edilməsi qət edilmişdir. Qətnamənin məzmunundan görünür ki, Cəyiyeva (Balagözova) Gültac Fəxrəddin qızı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə MŞŞ-1 MT-2024-03133 nömrə ilə barışıq sazişi bağlanmış, tərəflər birgə nikahlarından xx.xx.2019-cu il tarixdə doğulmuş X4 və xx.xx.2023-cü il tarixdə doğulmuş X2 üçün hər ay hər uşağa görə 150 manat olmaqla, 300 manat alimentin alınıb İddiaçı verilməsinə razılaşmışlar. Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilən 05/Q-131/2025 nömrəli 27 fevral 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh və X3 nikahı haqqında xx.xx.2017-ci il tarixdə 10 nömrəli akt qeydi tərtib olunmuşdur. Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilən 05/Q-132/2025 nömrəli 27 fevral 2025-ci il tarixli arayışdan görünür ki, X6 16 sentyabr 2019-cu ildə Balakən rayonunda anadan olmuşdur. Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilən 05/Q-133/2025 nömrəli 27 fevral 2025-ci il tarixli arayışdan görünür ki, X9 19 may 2023-cü ildə Balakən rayonunda anadan olmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8 nömrəli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarı: Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarı: 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Azərbaycan Respublikasının rayon (şəhər) və apelyasiya məhkəmələrinə ünvanlanmış 14 yanvar 2025-ci il tarixli 1-8-16-1/2-57/2025 nömrəli məktubunda məhkəmələrə izah olunmuşdur ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişində sabit pul məbləğində alimentin tutulması ilə bağlı şərt tərəflərin razılığından asılı olaraq konkret rəqəmlə və ya minimum əmək haqqının müəyyən misli ilə ifadə edlilə bilər. Tərəflər sazişdə tutulan alimentin məbləğini konkret rəqəmlə ifadə etdikləri və bu məbləğin sonrakı indeksasiyasını nəzərdə tutmadıqları halda, məhkəmə tərəfindən bu sazişin təsdiqi zamanı həmin məbləğin minimum əmək haqqının mislinə çevrilməsi tərəflərin iradə ifadəsinə zidd olduğundan yolverilməzdir. Eyni mövqe, iddia icraatının gedişatında analoji barışıq sazişlərinin təsdiqi zamanı da nəzərə alınmalıdır. Bununla yanaşı, konkret rəqəmlə ifadə olunan alimentin tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən fərqli olaraq, bu məzmunda mediasiya sazişi daxil olmaqla, barışıq sazişlərinin təsdiq edilməsi barədə məhkəmə aktları (qətnamə, qərardad) üzrə müəyyən edilmiş alimentin indeksasiyası da buna dair barışıq sazişində müvafiq bəndin olmadığı halda istisna edilir. Bu zaman tərəflərə, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Tərəflər belə bir tələblə məhkəməyə müraciət etdikləri halda isə, qəbul olunacaq qətnamədə müəyyən edilən alimentin məbləği minimum əmək haqqının misli ilə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materialları əsasında müəyyən etmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixdə Cavabdeh ilə rəsmi nikahla evlənmiş, həmin nikahdan övladları xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X9 doğulmuşlar. Onların aralarında xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay hər bir uşaq üçün 150 manat manat olmaqla ümumilikdə 300 manat məbləğində aliment verilməsi barədə razılıq əldə olunmuşdur. İddiaçı, cavabdeh barışıq sazişi üzrə öhdəliklərini icra etmədiyi üçün barışıq sazişinin təsdiqi üçün Balakən Rayon Məhkəməsinə müraciət etməli olmuşdur və məhkəmənin 09 fevral 2024-ci il tarixli, e- 2(019)-372/2024 nömrəli qətnaməsi ilə ərizə təmin edilərək barışıq sazişi təsdiq edilmişdir. İddiaçı hazırda alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Ailə qanunvericiliyi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün əsas dispozisiya şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir və bu sübutetmə də vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki iddia tələbi üzrə iddiaçı “alimentin dəyişdirilməsi” tələbini irəli sürərkən tələbini uşağın xərclərinin artması ilə əsaslandırmışdır. Lakin uşağın tələbatının artması səbəbilə alimentin artırılmasını tələb edərkən tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə bağlı iddiaçı öz tələbini əsaslandırmamışdır. Hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment məbləğinin artırılması qanuni və əsaslı hesab edilə bilməz. İddiaçı iddia ərizəsində hər bir uşaq üçün 150 manat olan aliment məbləğinin uşaqların saxlanma xərclərini ödəmədiyini qeyd etmişdir, halbuki alimentin bu məbləği mediasiya prosesində tərəflərin sərbəst iradə ifadəsi ilə qarşılıqlı razılaşdıqları məbləğdir. Odur ki, iddiaçının hazırda tərəflərin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olmadan alimentin artırılmasını tələb etməsi ədalətli hesab edilə bilməz. Məhkəmə həmçinin iddiaçıya izah etməyi zəruri hesab edir ki, hazırki münasibət davamlı xarakter daşıdığından gələcəkdə tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik baş verdiyi halda iddiaçı yenidən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddiası rədd edilməlidir. İddia tələbi rədd edildiyindən ödənilmiş 50 manat mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-1164/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1164/2025
27.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver