Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1170/2024 16.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və X2 "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********73 saylı Tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 4390.28 manat əsas, 0.02 manat faiz borcu olmaqla cəmi 4390.30 manat borc, xx.xx.2021-ci il tarixli BPM**********73 saylı Tam kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 283.62 manat əsas borc, 17.59 manat faiz borcu olmaqla cəmi 301.21 manat kart kredit borcu olmaqla ümumilikdə cəmi 4691.51 (dörd min altı yüz doxsan bir manat əlli bir qəpik) manat və ödənilmiş 66.92 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X9 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli BPM**********73 saylı Tam kart çərçivə müqaviləsinə əsasən ona illik 22 faizlə, 48 ay müddətinə 5000 manat nağd kredit və həmin kredit müqaviləsinə əsasən 24 faizlə, 36 ay müddətinə 300 AZN məbləğində kart kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2022-ci il tarixdə borclu X10 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********73 saylı Tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 4390.28 manat əsas, 0.02 manat faiz borcu olmaqla cəmi 4390.30 manat borc, həmin müqaviləsinə əsasən kart kredit limiti üzrə 283.62 manat əsas borc, 17.59 manat faiz borcu olmaqla cəmi 301.21 manat kart kredit borcu olmaqla ümumilikdə cəmi 4691.51 manat borcu yaranmışdır. Balakən regional ASAN xidmət mərkəzində Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli AZ-İİ № 252160 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Balakən regional ASAN xidmət mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 180 saylı məktubundan görünür ki, X3 qalmış mirası vərəsələr Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və X8 qəbul etmişlər. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X5 vərəsələri Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və X12 xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişlər. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 18 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və 21 noyabr 2024-cü il tarixdə isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iddia ərizəsi, prosessual hüquq və vəzifələrinin izahı barədə bildiriş rəsmi qaydada göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 28 noyabr 2024-cü il tarixində məhkəmə bildirişini qəbul etmişlər, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. İş materiallarında olan məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, e-2(019)-1170/2024-004, nömrəli xx.xx.2024-cü il tarixli bildiriş elektron imza ilə təsdiq edilməklə e-2(019)-11709/2024 nömrəli iş üzrə Cavabdeh4 məxsus şəxsi elektron kabinetində xx.xx.2024-cü il tarixdə saat 11:25-də yerləşdirilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazlarının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid tələb olduğunu, qarşılıqlı iddia verilməməsini, üçüncü şəxsin işə daxil olması barədə vəsatəti olmamasını, tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etməsini, iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti olmamasını nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməsinə zərurət yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli BPM**********73 saylı Tam kart çərçivə müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X7 48 ay müddətinə illik 22 faiz ödəmək şərtilə 5000 manat məbləğində nağd kredit, həmin kredit müqaviləsinə əsasən 24 faizlə, 36 ay müddətinə 300 AZN məbləğində kart kredit limiti verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə cavabdeh X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********73 saylı Tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 4390.28 manat əsas, 0.02 manat faiz borcu olmaqla cəmi 4390.30 manat borc, həmin müqaviləsinə əsasən kart kredit limiti üzrə 283.62 manat əsas borc, 17.59 manat faiz borcu olmaqla cəmi 301.21 manat kart kredit borcu olmaqla ümumilikdə cəmi 4691.51 manat borcu yaranmışdır. İş matieriallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional X11 Notariat Ofisi tərəfindən Azərbaycan Beynəlxalq Bankın Zaqatala filialına ünvanlanmış xx.xx.2024-cü il tarixli 180 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsələri –Cavabdeh3 (ŞV:AZE********; xx.xx.2015, Balakən; FİN:xxxxxxx: d/t:xx.xx.1965) Balakən Tülü kəndi;Cavabdeh4(ŞV:AZE********; xx.xx.2015, Balakən; FİN:xxxxxxx: d/t:xx.xx.1990) Balakən H.Əliyev PR, ev 23;Cavabdeh2- (ŞV:AZE********; xx.xx.2014, Balakən; FİN:xxxxxxx: d/t: xx.xx.1988) Balakən Tülü kəndi; Cavabdeh1 (ŞV:********; xx.xx.2017, SəyyarAsan10; FİN:xxxxxxx: d/t:xx.xx.1992) Balakən Tülü kəndi. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı "xxxx" ASC-nin “Balakən” filialı ilə X9 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********73 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 5000 manat məbləğində nağd kredit verilmişdir və həmin kredit müqaviləsinə əsasən 24 faizlə, 36 ay müddətinə 300 AZN məbləğində kart kredit limiti verilmişdir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 04 fevral 2024-ci il tarixli, 180 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, mərhum X6 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mərhumdan qalan miras əmlakı qəbul etmişdirlər. Cavabdehlər,mərhum X4 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Buna görə də iddiaçı "xxxx" ASC hazırkı iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və X2 "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********73 saylı Tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 4390.28 manat əsas, 0.02 manat faiz borcu olmaqla cəmi 4390.30 manat borc, xx.xx.2021-ci il tarixli BPM**********73 saylı Tam kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 283.62 manat əsas borc, 17.59 manat faiz borcu olmaqla cəmi 301.21 manat kart kredit borcu olmaqla ümumilikdə cəmi 4691.51 (dörd min altı yüz doxsan bir manat əlli bir qəpik) manat borc alınıb iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 66.92 və 0.4 manat xidmət haqqı manat cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və X2 tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq iddiaçının təqdim etdiyi mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və X2 xx.xx.2021-ci il tarixli BPM**********73 saylı Tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 4390.28 manat əsas, 0.02 manat faiz borcu olmaqla cəmi 4390.30 manat borc, xx.xx.2021-ci il tarixli BPM**********73 saylı Tam kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 283.62 manat əsas borc, 17.59 manat faiz borcu olmaqla cəmi 301.21 manat kart kredit borcu olmaqla ümumilikdə cəmi 4691.51 (dörd min altı yüz doxsan bir manat əlli bir qəpik) manat və ödənilmiş 66.92 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının alınıb iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və X2 xx.xx.2021-ci il tarixli BPM**********73 saylı Tam kart çərçivə müqaviləsi üzrə 4390.28 manat əsas, 0.02 manat faiz borcu olmaqla cəmi 4390.30 manat borc, xx.xx.2021-ci il tarixli BPM**********73 saylı Tam kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 283.62 manat əsas borc, 17.59 manat faiz borcu olmaqla cəmi 301.21 manat kart kredit borcu olmaqla ümumilikdə cəmi 4691.51 (dörd min altı yüz doxsan bir manat əlli bir qəpik) manat və ödənilmiş 66.92 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqı alınıb iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1170/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1170/2024
16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver