Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1181/2024 23.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızı İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə BPM**********21 nömrəli, xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən nağd krediti üzrə 2179.75 manat borc, BPM**********59 nömrəli, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən kart krediti üzrə 386.57 əsas və 9.67 manat faiz borcu olmaqla, cəmi 396.24 manat məbləğində kredit borcu olmaqla, ümumilikdə cəmi 2575.99 manat və ödənilmiş 45.76 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Balakən filialı ilə Mahmudova Fəridə Mehralı qızı arasında bağlanmış BPM**********21 nömrəli, xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən Mahmudova Fəridə Mehralı qızına 48 ay müddətinə illik 24 faiz olmaqla 3000 manat məbləğində nağd kredit və BPM**********59 nömrəli, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində bərpa olunan kredit xətt limiti verilmişdir. X1 Mehralı qızı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Balakən regional Asan Xidmət Mərkəzində Notariat ofisinin məktubundan görünür ki, mərhum Mahmudova Fəridə Mehralı qızının adına vərəsəlik işi qanun üzrə vərəsəsi olan Cavabdeh Rafik qızı tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmışdır. Bankın “Zaqatala” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışlara əsasən, Mahmudova Fəridə Mehralı qızının vəfat etdiyi tarixə BPM**********21 nömrəli, xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən kredit nağd krediti üzrə 2179.75 manat və BPM**********59 nömrəli, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən kart limiti üzrə 386.57 manat əsas və 9.67 manat faiz borcu olmaqla, cəmi 2026.93 manat məbləğində borcu qalmışdır. Cavabdeh Rafik qızı, mərhum Mahmudova Fəridə Mehralı qızından qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin XXİİİ-İ-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizənin sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh 29 noyabr 2024-cü il tarixində məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, BPM**********21 nömrəli Kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Mahmudova Fəridə Mehralı qızına 48 ay müddətinə illik 24 faiz olmaqla 3000 manat məbləğində nağd kredit və BPM**********59 nömrəli, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində bərpa olunan kredit xətt limiti verilmişdir. Maliyyə arayışından görünür ki, Mahmudova Fəridə Mehralı qızının xx.xx.2024-cü il tarixə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə 2179.75 manat və xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən kart limiti üzrə 386.57 manat əsas və 9.67 manat faiz borcu olmaqla, cəmi 396.24 manat məbləğində borcu yaranmışdır. AZ-İİ seriyalı 162806 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mahmudova Fəridə Mehralı qızı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional X2 Notariat Ofisi tərəfindən Azərbaycan Beynəlxalq Bank ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli 2491 nömrəli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Mahmudova Fəridə Mehralı qızının mirasına xx.xx.2023-cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras predmeti olaraq mənzil göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə Mahmudova Fəridə Mehralı qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********21 nömrəli Kredit müqaviləsinə əsasən bank tərəfindən ona 48 ay müddətinə illik 24 faiz olmaqla 3000 manat məbləğində nağd kredit və BPM**********59 nömrəli, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində bərpa olunan kredit xətt limiti verilmişdir. Borc alan Mahmudova Fəridə Mehralı qızı xx.xx.2020-ci il tarixdə ölmüşdür. Cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, lakin o, mərhum Mahmudova Fəridə Mehralı qızının kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bununla da iddiaçı kredit müqaviləsi üzrə borcu vərəsə olan cavabdehdən tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq iddiaçının təqdim etdiyi mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh BPM**********21 nömrəli, xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən 2179.75 manat, BPM**********59 nömrəli, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 386.57 əsas və 9.67 manat faiz borcu olmaqla, cəmi 396.24 manat məbləğində kredit borcu olmaqla, ümumilikdə 2575.99 manat və 45.76 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-1181/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1181/2024
23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver