Məhkəmə qərarları › İş №e-2(019)-1183/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1183/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1183/2024 24.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızı İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1456.37 manat əsas və 0.01 manat faiz borcu olmaqla, cəmi 1456.38 manat məbləğində kredit borcu və 34.57 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Balakən” filialı ilə Sadıqov Minazim İmran oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********80 saylı Tam kart çərçivə müqaviləsinə əsasən Bank tərəfindən ona 24 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə hesablanmaqla 2030 manat məbləğində kredit verilmişdir. Tam kart çərçivə müqaviləsinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Lakin xx.xx.2021-ci il tarixdə borclu Sadıqov Minazim İmran oğlu vəfat etmiş və bundan sonra ödənişlər aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC-nin “Balakən” filialı ilə Sadıqov Minazim İmran oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********80 saylı Tam kart çərçivə müqaviləsi üzrə cəmi 1456.38 manat əsas borc yaranmışdır. Balakən rayon qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnaməsindən görünür ki, Sadıqov Minazim İmran oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Balakən rayon “ASAN XİDMƏTİ” mərkəzində notariat ofisinin məktubundan görünür ki, Sadıqov Minazim İmran oğlundan qalmış mirasa Cavabdeh ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu Sadıqov Minazim İmran oğlunun vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin XXİİİ-İ-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizənin sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh 28 noyabr 2024-cü il tarixində məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, BPM**********80 saylı Tam kart müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Sadıqov Minazim İmran oğluna 24 ay müddətinə illik 19 faiz ödəmək şərtilə 2030 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Sadıqov Minazim İmran oğlunun xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli, BPM**********80 nömrəli kredit müqaviləsi üzrə 1456.37 manat əsas, 0.01 manat faiz borcu olmaqla cəmi 1456.38 manat borcu yaranmışdır. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 135673 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Sadıqov Minazim İmran oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X1 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən Azərbaycan Beynəlxalq Bankın Zaqatala filialına ünvanlanmış xx.xx.2024-cü il tarixli 180 nömrəli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Sadıqov Minazim İmran oğlunun vərəsəsi Balakən rayonu Qazma kəndində yaşayan Cavabdeh müəyyən edilmişdir. X1 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən Azərbaycan Beynəlxalq Bank ASC-ə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Sadıqov Minazim İmran oğlunun mirasına xx.xx.2022-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras predmeti olaraq nəqliyyat vasitəsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə Sadıqov Minazim İmran oğlu arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən ona 24 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə hesablanmaqla 2030 manat məbləğində kredit verilmişdir. Borc alan Sadıqov Minazim İmran oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, lakin o, mərhum Sadıqov Minazim İmran oğlunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bununla da iddiaçı kredit müqaviləsi üzrə borcu Sadıqov Minazim İmran oğlunun vərəsəsi olan cavabdehdən tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq iddiaçının təqdim etdiyi mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1456.37 manat əsas və 0.01 manat faiz borcu olmaqla, cəmi 1456.38 manat məbləğində kredit borcu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 34.57 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********80 saylı kredit müqavisinə əsasən 1456.37 manat əsas və 0.01 manat faiz borcu olmaqla, cəmi 1456.38 (min dörd yüz əlli altı manat otuz səkkiz qəpik) manat məbləğində kredit borcu və 34.57 (otuz dörd manat əlli yeddi qəpik) manat dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar