Məhkəmə qərarları › İş №e-2(019)-123/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-123/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-123/2023 26.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh notariat qaydasında təsdiqlənmiş 06 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə 9700 manat məbləğində pulun və 117 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı idda ərizəsini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə normal münasibəti yaranmış, o, Cavabdeh 9700 manat məbləğində borc pul vermişdir. Bu barədə həmin tarixdə aralarında kredit müqaviləsi bağlanılmış və həmin müqavilə Gəncə şəhər 3 saylı Notariat kontorunda təsdiq edilmişdir.Bu müqaviləyə əsasən Cavabdeh ondan aldığı pulu xx.xx.2015-ci il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür.Kredit müqaviləsinin ödəniş müddətinin bitmə tarixindən keçməsinə baxmayaraq cavabdeh könüllü şəkildə pulu ödəməmişdir. Hələ də o, cavabdehə verdiyi pulları ala bilmir və məcbur qalıb hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı etiraf edərək göstərdi ki, İddiaçı tanıyır, mehriban münasibətləri olmuşdur. Onun İddiaçı 9700 manat borcu vardır. Bununla bağlı onlar arasında 06 iyun 2015-ci il tarixdə Gəncə şəhər 3 saylı Notariat kontorunda kredit müqaviləsi bağlanmışdır.O,aldığı pulu xx.xx.2015-ci il tarixdə qaytarmağı öhdəsinə götürsə də maddi vəziyyəti ağır olduğundan borcunu qaytara bilməmişdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etirazı yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, Gəncə şəhər 3 nömrəli notariat ofisində təsdiq edilmiş 06 iyun 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən “borc verən” İddiaçı “borc alan” Cavabdeh 9700 manat (doqquz min yeddi yüz) manat məbləğində pulu borc vermiş, “borc alan” krediti xx.xx.2015-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh 06 iyun 2015-ci il tarixdə İddiaçı 9700 (doqquz min yeddi yüz) manat borc pul almış, bu barədə 06 iyun 2015-ci-cü il tarixdə Gəncə şəhər 3 nömrəli notariat ofisində tərəflər arasında kredit müqaviləsi bağlanmış və reyestrdə qeydə alınmışdır.Kredit müqaviləsinə əsasən Cavabdeh borc aldığı 9700 manat pulu xx.xx.2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və iddiaçıya ödəməli olduğu 9700 manatı hazıra kimi ödəməmişdir. Buna görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Cavabdeh 9700 (doqquz min yeddi yüz) manat borc pul alınıb İddiaçı xeyrinə ödənməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənmiş 117 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı xeyrinə ödənməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 9700 (doqquz min yeddi yüz) manat borc pul və 117 manat ödənilmiş dövlət rüsumu xərci alınıb İddiaçı xeyrinə ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 9700 (doqquz min yeddi yüz) manat borc pul və 117 manat ödənilmiş dövlət rüsumu xərci alınıb İddiaçı xeyrinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar