Məhkəmə qərarları › İş №e-2(019)-125/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-125/2023

04.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-125/2023 04.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona vurulmuş ziyan olan 897 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Qullar kəndində ailəsilə birlikdə yaşayır. Oğlu X2 Vətən Müharibəsi veteranıdır. JN-1437 nömrəli Dövlət Aktına əsasən Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarı ilə ona və arvadına 0,30 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsində əkinçiliklə məşğul olmaqla ailəni dolandırır. Həmin pay torpaq sahəsinin Balakən rayon Qullar kəndinin Acılıqbinə adlı ərazisindəki 0.23 ha hissəsində qarğıdalı bitkisi əkmişdir. xx.xx.2022-ci il tarixdə məhsulun biçimi ilə əlaqədar əraziyə baş çəkməyə gedərkən 0.23 ha qarğıdalı əkin sahəsinin tamamilə biçildiyini görmüş, sahənin fotoşəkillərini çəkmişdir. Bundan sonra məhsulun bacısı-Cavabdeh tərəfindən yığılıb aparıldığını öyrənmişdir. Eyni zamanda Cavabdeh torpaq sahəsinə bitişik qonşu qarğıdalı sahəsini də özbaşına biçib aparmışdır. Hər ikisi Balakən RPŞ-nə şikayət etmişlər. Balakən rayon PŞ-dən ona qeyd olunan xüsasatlarla bağlı məhkəməyə müraciət etməsi barədə məktub ünvanlanmışdır. Bu barədə Qullar kənd İƏD-nə müraciət etmiş, lakin heç bir nəticə əldə edə bilməmişdir. Ümidi Məhkəmədir, ona görə də ona dəymiş zərərin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu məsələ ilə bağlı dəymiş zərərin müəyyən edilməsi üçün Balakən rayon DAİM-nə müraciət etmiş, oradan ona verilmiş rəydə də ona mülkiyyətində olan 0.23 ha torpaq sahəsində qarğıdalı bitkisinin əkilməsi, kombaynla biçilməsi, sahəyə aqrotexniki qaydada düzgün qulluq edilməsi, hətta yerə tökülmüş qarğıdalı qıçlarının olması və ölçüsü müəyyən edilmiş, bununla da 60 sentner məhsul götürülməsi müəyyən edilmişdir. Bu da 1.38 ton qarğıdalı məhdulu deməkdir. Qarğıdalı məhsuunun hazırki bazar satış qiyməti ən azı 65 qəpikdir (0.23ha x 6ton=l .38 x 65 qəpik= 897 manat). Beləliklə Cavabdeh ona 897 manat ziyan vurmuşdur. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərimşdir ki, həqiqətən də İddiaçı dediyi ərazidə, o cümlədən Aynur Qurbanovaya məxsusluğu iddia olunan ərazidə əkilmiş qarğıdalı məhsulunu xx.xx.2022-ci il tarixdə biçib aparmışdır. Özü həmin ərazidə qarğıdalı əkməmişdir. Hesab edir ki, həmin ərazi onun ərazisidir və bu səbəbdən orada əkilmiş qarğıdalını biçib apara bilər. Balakən Rayon Polis Şöbəsində də bu məzmunda izahat vermişdir. Həmin qarğıdalı məhsulu onda deyildir. O, iddiaçıya heç bir ziyan vurmamışdır. Ona ziyan kəsilsə də, bu məbləği ödəyə bilməyəcəkdir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə, iş materiallarını bilavasitə araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən JN-1437 KOD-40107018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə İddiaçı və X1 ümumi birgə mülkiyyətinə Balakən rayonu Qullar kəndi ərazisindən 0.30 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasinin Kənd Təsərrüfati Nazirliyi Balakən X13 Mərkəzinin 16 sentyabr 2022-ci il tarixli Qullar kənd sakini İddiaçı mülkiyyətində olan 0,23 ha torpaq sahəsi ilə bağlı rəyində göstərilir ki, Balakən rayon Qullar kənd sakini İddiaçı JN- 1437 nömrəli Dövlət aktına əsasən mülkiyyətində olan Qullar kəndinin Acılıqbinə adlı ərazisində yerləşən 0,23 ha torpaq sahəsinə xx.xx.2022-ci il tarixində baxış keçirilmişdir. Baxış keçirən zaman həmin sahədə qarğıdalı əkildiyini və kombaynla biçildiyini müşahidə etmişlər. Biçilmiş sahədə olan qarğıdalı bitkisinin qalıqlarına baxdıqda sahəyə düzgün aqrotexniki qaydada qulluq edildiyini və biçin zamanı yerə tökülmüş qarğıdalı qıçalarının böyüklüyünü nəzərə alaraq həmin sahədən 60 sentner məhsul götürülə biləcəyini müəyyən etmək olar. Beləliklə 0,23 ha torpaq sahəsindən (0,23 ha x 6 ton = 1,38) 1,38 ton həcmində məhsul götürmək mümkün olduğunu göstərmək olar. K. Həsənova məsələ ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə olundu. İşdə olan Balakən Rayon Polis Şöbəsi tərəfindən Balakən rayonu Qullar kənd sakini İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 109-21696H-3222 nömrəli məktubda göstərilir ki, xx.xx.2022-ci il tarixdə Balakən RPŞ-yə ünvanladığı ərizə tərəflərindən araşdırılmışdır. Müraciətdə göstərdiyi xüsusatlar məhkəmə səlahiyyətlərinə aid olduğu üçün məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunur. Məhkəmənin sorğusu əsasında Balakən Rayon Poliş Şöbəsindən alınmış materialda olan və iş materiallarına əlavə olunan Cavabdeh izahatından görünür ki, onun Balakən rayonu Qullar kəndi ərazisində 0.66 ha pay torpaq sahəsi vardır. Həmin torpağı özü istifadə etməsə də, bir neçə illər idi ki, Abukar adlı şəxsə ildə 300 manata icarəyə vermişdi. Bu ilin aprel ayında o, Abukara zəng vuraraq, bu əkin ilində torpağı özünün istifadə etmək istədyini bildirmişdir, o da cavabında ona bildirdi ki, payız şumu etdirmiş və bu işə 50 manat xərc çəkmişdir, onu da ona bağışlayır. Həmin vaxtdan sonra Abukar zənglərinə cavab verməmişdir. Bununla bağlı Balakən rayon İcra Hakimiyyətinə müraciət etmişdir, orada ona tövsiyyə etdilər ki, həmin yerin ona aid olmasını bir daha dəqiqləşdirsin və Dövlət Reyestr Xidmətinə müraciət etsin. O, müraciət etdikdən sonra onlar sərhədlərini dəqiqləşdirdilər və məlum oldu ki, qarğıdalı çəkilmiş torpaq sahəsi ona məxsusdur. Ancaq həmin torpaq sahəsinə kimin qarğıdalı əkməsini bilmir. xx.xx.2022-ci il tarixdə o, sahəyə getmiş, orada əkilmiş qarğıdalını biçərək evinə aparmaq istədikdə, Aynurə Saramanova, onun qardaşları və bacısı, eyni zamanda Abukar maşının qarşısını kəsərək qarğıdalının onlara məxsus olduğunu bildirdilər. Həmin materialda olan İddiaçı izahatında Səməd adlı şəxsin ona 0,23 ha torpaq sahəsində əkdliyi qarğıdalını xx.xx.2022-ci il tartixdə Cavabdeh biçib apardığını söylədiy göstərilmişdir. İşdə olan Balakən rayon İcra Hakimiyyəti Başçısının Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 732 nömrəli arayışında göstərilir ki, İddiaçı Qullar kəndinin Acılıqbinə adlı ərazisində 0.23 ha pay torpaq sahəsi vardır və həmin pay torpaq sahəsində qarğıdalı məhsulu əkmiş və becərmişdir. Lakin məhsulu yığmağa getdiyi zaman oranın biçildiyini görmüşdür. İddiaçı deməsinə görə həmin sahənin məhsulunu bacısı Cavabdeh biçərək götürmüşdür İş materiallarına əlavə edilmiş məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 mart 2023-cü il tarixli 7/176-9/825 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Balakən Rayon Məhkəməsinin e-2(019)-125/2023 saylı mülki iş materialında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Balakən rayon X13 Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə (səhifə 08-09) əsasən - İddiaçı mülkiyyətində olan Balakən rayonu Qullar kəndində Acılıqbinə adlı ərazisində yerləşən 0,23 ha torpaq sahəsinə xx.xx.2022-ci il tarixində baxış keçirilmişdir. Baxış zamanı sahədə olan qarğıdalı bitkisinin qalıqlarına baxdıqda sahəyə düzgün aqrotexniki qaydada qulluq edildiyini və biçin zamanı yerə tökülmüş qarğıdalı qıçalarının böyüklüyünü nəzərə alaraq 0,23 ha torpaq sahəsindən (0,23 ha x 6 ton = 1,38) 1,38 ton həcmində məhsul götürmək mümkün olduğunu göstərmək olar. 38 ton qarğıdalı məhsulunun 2022-ci il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 690.00 (1.38 ton x 500 man) manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 02 mart 2023-cü il tarixli 7/176-9/825 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-bioloji və məhkəməəmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100,0 manat təşkil edir. İş materiallarından həmçinin görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə İddiaçı və X1 ümumi birgə mülkiyyətinə Balakən rayonu Qullar kəndi ərazisindən 0.30 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmiş və onların adına JN-1437 KOD- 40107018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. İddiaçı mülkiyyətində olan 0.30 ha torpaq sahəsinin Balakən rayonu Qullar kəndində Acılıqbinə adlı ərazisində yerləşən 0.23 ha torpaq sahəsi hissəsində qarğıdalı məhsulu əkmiş, sahəyə düzgün aqrotexniki qaydada qulluq göstərmişdir. Lakin Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus 0.23 ha hektar sahədə əkilmiş qarğıdalı məhsulunu biçib aparmışdır. Cavabdeh məhkəmədə verdiyi izahatında həmin ərazidə qarğıdalı məhsulu əkmədiyini, lakin xx.xx.2022-ci il tarixdə biçib apardığını etiraf etmiş, bunu həmin ərazinin ona məxsus olması ilə əsaslandırmışdır. Həmin ərazidə əkmədiyi qarğıdalı məhsulunu xx.xx.2022-ci il tarixdə biçib aparmasını Cavabdeh Polis Şöbəsində verdiyi izahatında da etiraf etmişdir. Azərbaycan Respublikasinin Kənd Təsərrüfati Nazirliyi Balakən X13 Mərkəzinin 16 sentyabr 2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Balakən rayon Qullar kənd sakini İddiaçı JN-1437 nömrəli Dövlət aktına əsasən mülkiyyətində olan Qullar kəndinin Acılıqbinə adlı ərazisində yerləşən 0,23 ha torpaq sahəsinə xx.xx.2022-ci il tarixində baxış keçirilmişdir, baxış keçirən zaman həmin sahədə qarğıdalı əkildiyi və kombaynla biçildiyi müşahidə edilmişdir, biçilmiş sahədə olan qarğıdalı bitkisinin qalıqlarına baxdıqda sahəyə düzgün aqrotexniki qaydada qulluq edildiyi və biçin zamanı yerə tökülmüş qarğıdalı qıçalarının böyüklüyü nəzərə alınaraq həmin sahədən 60 sentner məhsul götürülə biləcəyini müəyyən etmək olar, beləliklə 0,23 ha torpaq sahəsindən (0,23 ha x 6 ton = 1,38) 1,38 ton həcmində məhsul götürmək mümkün olduğunu göstərmək olar. İş üzrə təyin edilmiş məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 mart 2023-cü il tarixli 7/176-9/825 nömrəli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş Balakən Rayon Məhkəməsinin e-2(019)-125/2023 saylı mülki iş materialında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Balakən rayon X13 Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə (səhifə 08-09) əsasən - İddiaçı mülkiyyətində olan Balakən rayonu Qullar kəndində Acılıqbinə adlı ərazisində yerləşən 0,23 ha torpaq sahəsinə xx.xx.2022-ci il tarixində baxış keçirilmişdir. Baxış zamanı sahədə olan qarğıdalı bitkisinin qalıqlarına baxdıqda sahəyə düzgün aqrotexniki qaydada qulluq edildiyini və biçin zamanı yerə tökülmüş qarğıdalı qıçalarının böyüklüyünü nəzərə alaraq 0,23 ha torpaq sahəsindən (0,23 ha x 6 ton = 1,38) 1,38 ton həcmində məhsul götürmək mümkün olduğunu göstərmək olar. 38 ton qarğıdalı məhsulunun 2022-ci il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 690.00 (1.38 ton x 500 man) manat müəyyən edilir. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə ekspertiza xərci 100 manat təşkil edir. İş üzrə cavbadeh Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsusluğu göstərilən ərazidə qarğıdalı məhsulu biçdiyini etiraf edərək, bunu həmin torpaq sahəsinin ona məxsus olması ilə əsaslandırmışdır. Lakin Cavabdeh İddiaçı qarğıdalı məhsulu əkdiyi 0.23 ha torpaq sahəsinin onun mülkiyyətində olmasını və həmin ərazidə əkilmiş qarğıdalı məhsulunun ona məxsus olmasını, iddiaçının həmin 0.23 ha torpaq sahəsinin və orada əkilmiş qarğıdalı məhsulunun vicdanlı sahibi olmamasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə işdəki sübutlardan, həmçinin cavabdehin məhkəmədə və polis şöbəsində verdiyi izahatdan da görüınür kti, sözügedən 0.23 ha torpaq sahəsində Cavabdeh qarğıdalı məhsulu əkməmişdir. Onun xx.xx.2022-ci il tarixdə biçib apardığı qarğıdalı məhsulu o cümlədən İddiaçı 0.23 ha torpaq sahəsində əkdiyi və qulluq göstərdiyi qarğıdalı məhsulu olmuşdur. Bununla da cavabdeh iddiaçıya 690 manat məbləğində maddi ziyan vurmuşdur. İş üzrə Cavabdeh bunun əksini, yəni İddiaçı məxsus qarğıdalını biçməməsi və ona 690 manat maddi ziyan vurmamasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarındlan ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X4 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi” nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21.1 və 21.2-cimaddələrinəəsasənhüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər; zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borcu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. İşdəki sübutlarla birmənalı müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətində olan və Balakən rayonu Qullar kəndi ərazisində yerləşən 0.23 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsində iddiaçı tərəfindən 2022-ci ildə əkilmiş qarğıdalı məhsulu cavabdeh X5 tərəfindən biçilmiş və aparılmışdır. İş üzrə təyin edilmiş məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 mart 2023-cü il tarixli 7/176-9/825 nömrəli rəyinə əsasən 0,23 ha torpaq sahəsindən (0,23 ha x 6 ton = 1,38) 1,38 ton həcmində məhsul götürmək mümkün olması və 38 ton qarğıdalı məhsulunun 2022-ci il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 690.00 (1.38 ton x 500 man) manat olması müəyyən edilmişdir. Bununla da işdəki sübutlarla müəyyən olunur ki, cavabdeh X5 iddiaçıya 690 manat maddi ziyan vurmuşdur. Ona görə də iddia qismən təmin edilməklə, iddiçıya məxsus sözügedən 0.23 ha torpaq sahəsindən cavabdehin vurduğu maddi ziyanın əvəzi olaraq Cavabdeh 690 manat alınaraq, İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 690 (altı yüz doxsan) manat pul alınıb İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyi üçün iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh 23,08 manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilməli, iş üzrə 100,0 manat ekspertiza xərcinin 76,92 manatı Cavabdeh və 23,08 manatı İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X10 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin; Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 690 (altı yüz doxsan) manat pul alınıb İddiaçı verilsin; iddia qalan hissədə təmin edilməsin; Cavabdeh 23,08 manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilsin; iş üzrə 100,0 manat ekspertiza xərcinin 76,92 manatı Cavabdeh və 23,08 manatı İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X10 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar