Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-13/2025 07.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-618/2019 saylı qətnaməsi ilə Cavabdeh1 müştərək qaydada 19R000003094 saylı kredit razılaşması üzrə 20169.93 ABŞ Dolları məbləğində əsas borc, 9129.4 ABŞ Dolları məbləğində faiz borcu və 20 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 29319.33 ABŞ Dolları, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 21.05 manat məbləğində dövlət rüsumunun, hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ünvan 1inə xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ünvan 1inə xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin açıq hərracdan satılması, 29319.33 ABŞ Dolları məbləğində borcun, ödənilmiş 21.05 manat dövlət rüsumunun, hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, ünvan 1inə xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 1inə xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-618/2019 saylı qətnaməsi ilə İddiaçı QSC-nin iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 müştərək qaydada 19R000003094 saylı kredit razılaşması üzrə 20169.93 ABŞ Dolları məbləğində əsas borc, 9129.4 ABŞ Dolları məbləğində faiz borcu və 20 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 29319.33 ABŞ Dolları məbləğində qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq pul alınıb və 21.05 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-618/2019 saylı qətnaməsindən apelyasiya şikayəti verilmiş, lakin Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)- 855/2020 saylı qətnaməsi ilə İddiaçı QSC tərəfindən verilmiş apellyasiya təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-618/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-855/2020 saylı qətnaməsindən kassasiya şikayəti vermiş, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-1818/2021 saylı qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməmişdir. xx.xx.2013-cü il tarixli 19L000000362 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh – ipoteka verən Cavabdeh1 ilə Bank arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 19M000000154 saylı ipoteka müqaviləsi əsasında ünvan 1inə xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 13 №-li reyestr kitabının 4 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla ünvan 1ində xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC cavabdeh- ipoteka verən Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 sayıl Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-13/2025 07 iyul 2025-ci il tarixli qərardadı ilə iddia tələbinin icraatına “ünvan 1inə xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 1inə xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi”nə aid hissədə xitam verilmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək hazırki mülki iş üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini göstərərək məhkəmə baxış iclasını iştirakları olmadan keçirib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1 və 185.4-cü maddələrinə əsasən hazırki məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh1, onun nümayəndəsi- vəkili Nümayəndə2 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-185.6-ci maddələrinə əsasən hazırki məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-618/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 19R000003094 saylı kredit razılaşması üzrə 20169,93 ABŞ dolları əsas kredit borcu, 9129,4 ABŞ dolları faiz borcu və 20 ABŞ dolları cərimə borcu, ümumilikdə cəmi 29319,33 ABŞ dolları borcun ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən olunmuş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və hazırki iddianın qaldırılması üçün ödənilmiş 21,05 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə və X2 münasibətdə təmin edilməməsi, iş üzrə 251 manat ekspertiza xərcinin İddiaçı QSC-dən alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu:142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı, adı X1, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************. SFİFT BİK CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1818/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Şəki Apelyasiya Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(107)-855/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti icraata qəbul edilməmiş, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə qaytarılmışdır. İş materiallarında olan 30 aprel 2014-cü il tarixli 19M00000154 saylı ipoteka müqaviləsindən görünür ki, tərəflərin razılığı ilə Cavabdeh1 mülkiyyətində olan, ünvan 1ində xüsusi mülkiyyətdəki 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi ipoteka qoyulmuş, ipoteka predmetinin dəyəri 18823 manat 20 qəpik müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********68-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evi və 0.2232 ha torpaq sahəsi 13 №li reyestr kitabının 4 №li vərəqində xx.xx.2014-cü il tarixdə Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********68-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi 13 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan Balakən rayon VVAQ şöbəsi tərəfindən 31 iyul 1998-ci il tarixdə verilmiş Vİ-JQ seriyalı 428099 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X3 arasında nikah Balakən rayon VVAQ Şöbəsində 31 iyul 1998-ci il tarixdə 48 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlanandan sonra arvada Baradova soyadı verilmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş qeydiyyata alınması üçün daşınmaz əmlakın dövlət reyestri orqanına göndərilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 17 yanvar 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ipoteka predmetini təşkil edən Balakən rayonu Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 43000 manat, Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0,2232 ha torpaq sahəsinin ilkin satış qiyməti 25000 manat müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-ninin 18 avqust 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ipoteka predmetini təşkil edən Balakən rayonu Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evinin bazar dəyərinin 42000 manat, Likvid dəyərinin 36000 manat, Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0,2232 ha torpaq sahəsininin bazar dəyərinin 11000 manat, likvid dəyərinin 9500 manat olması müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-tərəfindən 30 may 2025ci il tarixdə verilmiş KC/M-01-001/2025 nömrəli Daşınmaz Əmlakın Qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən 30 may 2025-ci il tarixinə ünvan 1i ünvanında olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 312.30 kv.m ümumi sahəsi olan 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ;bazar dəyəri 97 900,0 ( doxsan yeddi min doqquz yüz) manat, likvid dəyəri:78 000,0 (yetmiş səkkiz min) manat təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutları əlaqəli şəkildə tədqiq edərək aşağıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(019)-618/2019 saylı qətnaməsi ilə Cavabdeh1 19R000003094 saylı kredit razılaşması üzrə 20169.93 ABŞ Dolları məbləğində əsas borc, 9129.4 ABŞ Dolları məbləğində faiz borcu və 20 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 29319.33 ABŞ Dolları məbləğində qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq pul alınıb və 21.05 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi 13 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-618/2019 saylı qətnaməsindən apelyasiya şikayəti verilmiş, lakin Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-855/2020 saylı qətnaməsi ilə İddiaçı QSC tərəfindən verilmiş apellyasiya təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)- 618/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-855/2020 saylı qətnaməsindən kassasiya şikayəti vermiş, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-1818/2021 saylı qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 13 №-li reyestr kitabının 4 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla ünvan 1inə xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Kredit borcu ödənmədiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur; Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir; Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, işin hallarını, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-618/2019 saylı qətnaməsinə əsasən Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 19R000003094 saylı kredit razılaşması üzrə 20169,93 ABŞ dolları əsas kredit borcu, 9129,4 ABŞ dolları faiz borcu və 20 ABŞ dolları cərimə borcu, ümumilikdə cəmi 29319,33 ABŞ dolları borcun ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən olunmuş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və hazırki iddianın qaldırılması üçün ödənilmiş 21,05 manat dövlət rüsumunun tutulmasının qət edilməsini, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 19M000000154 saylı ipoteka müqaviləsi əsasında sonuncunun mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa olunmuş 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 13 №-li reyestr kitabının 4 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla ünvan 1inə xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinin qeydiyyata alınmasını, Cavabdeh1 kredit borcunu ödəməməsini, iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini, ipoteka predmetlərinin hazırkı likvid dəyərinin 78000 manat qiymətləndirilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 19R000003094 saylı kredit razılaşması üzrə 20169.93 ABŞ Dolları məbləğində əsas borc, 9129.4 ABŞ Dolları məbləğində faiz borcu və 20 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 29319.33 ABŞ Dollarının, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 21.05 manat məbləğində dövlət rüsumunun, hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması ünvan 1ində xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməli, ünvan 1ində xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi 78000 (yetmiş səkkiz min ) manat ilkin satış qiyməti ilə açıq hərracdan satılmalı, 29319.33 ABŞ Dolları məbləğində borc (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə), ödənilmiş 21.05 manat dövlət rüsumu , ödənilmiş 100 manat dövlət rüsumu , ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 ümumi qaydada tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 19R000003094 saylı kredit razılaşması üzrə 20169.93 ABŞ Dolları məbləğində əsas borc, 9129.4 ABŞ Dolları məbləğində faiz borcu və 20 ABŞ Dolları məbləğində cərimə borcu , cəmi 29319.33 ABŞ Dollarının qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə), məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 21.05 manat məbləğində dövlət rüsumunun, hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması ünvan 1ində xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa olunmuş 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilsin; ünvan 1i ünvanında, xüsusi mülkiyyətdə olan 0.2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi 78000(yetmiş səkkiz min) manat ilkin satış qiyməti ilə açıq hərracdan satılsın; 29319.33 ABŞ Dolları məbləğində borc (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə), ödənilmiş 21.05 manat dövlət rüsumu , ödənilmiş 100 manat dövlət rüsumu , ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilsin; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 ümumi qaydada tutulsun; iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-13/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-13/2025
07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver