Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-131/2025 17.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ölçü və müayinə işlərinin aparılmasına cavabdeh tərəfindən törədilən maneənin qarşısının alınması, ölçü və müayinə aparılmasına şəraitin yaradılması tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Aqrar İslahat Komissiyasının 17 iyul 2001-ci il tarixli 07 saylı qərarına əsasən mülkiyyətinə verilmiş, JN 797 Kod 40102018 olan Torpağa Mülkiyyət Hüququna dair kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzrə hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinin ölçü və müayinə işlərinin aparılmasına cavabdeh tərəfindən mane olmasının qarşısının alınması və mütəxəsislərin həmin sahədə ölçü və müayinə aparılmasına şəraitin yaradılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ona Balakən Rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixində 07 saylı qərarı əsasında JN-0797 Kod 40102018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə ona 0,31 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi doğulduğu ata evinin həyatyanı torpaq sahəsi ilə sərhəddə yerləşir.Öz evində yaşayarkən öz mülkiyyətində olan həmin torpaq sahəsindən istifadə etməklə yanaşı torpaq sahəsinə aqrotexniki qaydada qulluq da etmişdir. O, 2001-ci ildə Azərbaycan Respublikasının CMnin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş və 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Həbsdən çıxdıqdan sonra özünə münasib iş tapa bilmədiyindən qazanc üçün Rusiyaya getməli olmuş və orada işləyə-işləyə ailə həyatı qurmuşdur, mülkiyyətində olan torpaq sahəsini də kənddə yaşayan ailə üzvlərinə tapşırmışdır.Bu yaxınlarda işi ilə bağlı rayona qayıdanda yaşadığı və qeydiyyatda olduğu ata evinə getmiş, həyətə girəndə həyətdə başqa şəxsləri görmüş,onlar da onu görüb kim lazım olduğunu soruşmuşlar. O,da onların kim olduğunu bilməmiş, elə bilmişdir ki, bunlar evində kirayədə qalanlardır. Demişdir ki, “bu mənim evimdi, bəs siz kimsiniz? Onlar da oranı aldıqlarını bildirmişlər. O,həmin şəxslərə heç nə demədən həyətdən çıxmışdır. Məlum olmuşdur ki,qohumları onun razılığı olmadan ona məxsus evi və torpaq sahəsini onlara satmışdır. Yaşadığı ata evi və altındakı torpaq sahəsi hazırki məhkəmə predmeti olmadığından həmin məsələnin gələcəkdə həll edilməsi üçün ayrıca məhkəmədə iddia qaldıracaqdır. Lakin hazırki iddiası ondan ibarətdir ki, pula ehtiyacı olduğundan mülkiyyətində olan kənd təsərrüfatlı torpaq sahəsini satmalıdır. Ondan ötrü isə mülkiyyətində olan torpaq sahəsi dövlət qeydiyyatına alınmalıdır, ona çıxarış verilməlidir. Bunun üçün DƏDK və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin mütəxəssisləri dəfələrlə mülkiyyətində olan torpaq sahəsində müayinə aparmaq üçün kəndə gəlsələr də cavabdeh həmin şəxslərə ölçü işlərini aparmağa əngəllər törətmiş, nə onu, nə də ki, torpaq sahəsində ölçü və müayinə işlərini aparmaq üçün rəsmi müraciəti əsasında gələn mütəxəsisləri həmin torpaq sahəsinə buraxmamışlar. Bununla bağlı hətta cavabdehə pretenziya ilə müraciətinə məhəl qoymayaraq mülkiyyətində olan torpaq sahəsinə heç kəsi buraxmayacağını bildirmişdir. Bununla bağlı hətta polis şöbəsinə də şikayət etməli olmuş və oradan da ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə iddianı etiraf etməyərək izahatında göstərdi ki, Cavabdeh İddiaçı məxsus hər hansı torpaq sahəsini zəbt etməmişdir. Cavabdeh iddiaçıya məxsus hər hansı kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etmir, həmin torpaq sahəsinin harada yerləşməsi barədə məlumatı yoxdur.İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş JN 0797 KOD40102018 saylı Torpağa mülkiyyət hüququna X9 surətindən görünür ki, İddiaçı 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi iki konturda verilmiş, 797 planşet nömrəsində verilmiş torpaq sahəsi 328.51 kv/m-dən ibarətdir, 797 R planşet nömrəsində göstərilən torpaq sahəsi isə 2790.02 kvm-dən ibarətdir. İddiaçının isə hansı torpaq sahəsini mübahisələndirməsi bəlli deyildir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyada göstərilmişdir ki,”Torpağa mülkiyyət hüququna dairJN-0797, KOD40102018 nömrəli Dövlət Aktı sənədinə əsasən mülkiyyətimdə olan 0,31 ha torpaq sahəsi sizin qeyri-qanuni zəbtinizdədir. Həmin torpaq sahəsi üzərində DƏD Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən hüquqlarım qeydə alınmalıdır. Odur ki, həmin torpaq sahəsində müayinə işləri aparılmalıdır. Sizə dəfələrlə olunan müraciətimizə baxmayaraq ölçü işlərini aparmaq üçün mənə aid olan torpaq sahəsinə mütəxəssisləri buraxmamısınız. Odur ki, mülkiyyətimdə olan həmin torpaq sahəsinə mütəxəssislərin ölçü işlərini aparmaq üçün buraxılmasını təmin etmədiyiniz təqdirdə Məhkəməyə müraciət olunacaqdır”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 24 sentyabr 2024-cü il tarixli 3-21-3-47/2-3798/2024 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 2i ünvanında yerləşən 0,0328 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması barədə ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Ərizənin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları qeyd olunan torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq torpaq sahəsi üzərində mübahisə olduğundan inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Belə ki, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması və nəticə etibarı ilə həmin əmlaka dair texniki sənədin tərtib olunması mümkün olmadığından qeyd olunan əmlaklar üzərində hüquqlarınızın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyrimümkündür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizələrin icrasından imtina olunur.Odur ki, qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradıldıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması məsələləsinə qanunamüvafiq qaydada yenidən baxılacaqdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 28 avqust 2024-cü il tarixli 3-21-3-47/2-3411/2024 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərilmişdir ki, ünvan 2i ünvanında yerləşən 0,0328 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması barədə ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. (**********).Ərizənin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları qeyd olunan torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq torpaq sahəsi üzərində mübahisə olduğundan inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 7ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Belə ki, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması və nəticə etibarı ilə həmin əmlaka dair texniki sənədin tərtib olunması mümkün olmadığından qeyd olunan əmlaklar üzərində hüquqlarınızın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkündür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizələrin icrasından imtina olunur. Odur ki, qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradıldıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması məsələləsinə qanunamüvafiq qaydada yenidən baxılacaqdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 10 iyun 2024-cü il tarixli 3-21-3-47/2-2426/2024 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərilmişdir ki, ünvan 2i ünvanında yerləşən 0,0328 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması barədə ərizənizə “Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. (**********). Ərizənin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları qeyd olunan torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq torpaq sahəsi üzərində mübahisə olduğundan inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Belə ki, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması və nəticə etibarı ilə həmin əmlaka dair texniki sənədin tərtib olunması mümkün olmadığından qeyd olunan əmlaklar üzərində hüquqlarınızın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkündür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizələrin icrasından imtina olunur. Odur ki, qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradıldıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması məsələləsinə qanunamüvafiq qaydada yenidən baxılacaqdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 03 sentyabr 2024-cü il tarixli 3-21-3-47/2-K-03xx-xx/2024 nömrəli məktubda göstərilmişdir ki,”Balakən rayonununda yerləşən mülkiyyətinizdə olan torpaq sahəsinin kordinatlarının tanıdılmasına köməklik göstərilməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığınız elektron müraciətinizə aidiyyəti üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi idarəsində baxılmışdır.Ərizənin araşdırılması ilə bağlı bildiririk ki, ünvan 2i ünvanında yerləşən 0,0328 ha torpaq sahəsinə “ Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Balakən Regional “ASAN xidmət” mərkəzinə etdiyiniz müraciətlərin (xx.xx.2024-cü il tarixli **********, xx.xx.2024-cü il tarixli, **********, xx.xx.2024-cü il tarixli, ********** və xx.xx.2024-cü il tarixli, ********** nömrəli ərizələrin) icrası ilə bağlı qeyd olunan torpaq sahəsininin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq torpaq sahəsi üzərində mübahisə olduğundan inventarlaşdırılma işlərinin aparılması mümkün olmamışdır. ünvan 2i ünvanında yerləşən 0,0328 ha torpaq sahəsi üzərində mübahisə olduğundan inventarlaşdırılma işlərinin aparılması mümkün olmadığından qeyd olunan ərazilərin (xx.xx.2024-cü il tarixli, **********, xx.xx.2024-cü il tarixli, **********, xx.xx.2024-cü il tarixli, ********** və xx.xx.2024-cü il tarixli,********** nömrəli ərizələrin) icrasından imtina olunmuş və Sizə xx.xx.2024-cü il tarixli,3-21-3-47/2-2426/2024, xx.xx.2024-cü il tarixli, 3-21-3-47/2-2760/2024, xx.xx.2024cü il tarixli, 3-21-3-47/2-3133/2024 və xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-3411/2024 nömrəli bildirişlərlə məlumat verilmişdir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.Azərbaycan Respublikası Mülki Porosessual Məcəlləsinin 4.1-ci maddəsinə uyğun olaraq bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmimş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Odur ki, qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırılma işlərinin aparılmasına şərait yaradıldıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması məsələləsinə qanunamüvafiq qaydada yenidən baxılacaqdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 08 iyul 2024-cü il tarixli 3-21-3-47/2-2760/2024 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərilmişdir ki, ünvan 2i ünvanında yerləşən 0,0328 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması barədə ərizənizə «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. (**********). Ərizənin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları qeyd olunan torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq torpaq sahəsi üzərində mübahisə olduğundan inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. «Daşınmaz Əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Belə ki, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması və nəticə etibarı ilə həmin əmlaka dair texniki sənədin tərtib olunması mümkün olmadığından qeyd olunan əmlaklar üzərində hüquqlarınızın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkündür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizələrin icrasından imtina olunur. Odur ki, qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradıldıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması məsələsinə qanunamüvafiq qaydada yenidən baxılacaqdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 01 avqust 2024-cü il tarixli 3-21-3-47/2-3133/2024 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərilmişdir ki, ünvan 2i ünvanında yerləşən 0,0328 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması barədə ərizənizə «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. (**********).Ərizənin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları qeyd olunan torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq torpaq sahəsi üzərində mübahisə olduundan inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. «Daşınmaz Əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Belə ki, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması və nəticə etibarı ilə həmin əmlaka dair texniki sənədin tərtib olunması mümkün olmadığından qeyd olunan əmlaklar üzərində hüquqlarınızın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkündür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizələrin icrasından imtina olunur. Odur k,. qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradıldıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması məsələsinə qanunamüvafiq qaydada yenidən baxılacaqdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-0797,KOD-40102018 nömrəli Torpağa Mülkiyyət Hüququna X9 surətindən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2021-ci il tarixli 07 saylı qərarı ilə X5 ünvan 2i ərazisindən 0.31 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 25 mart 2006-cı il tarixli 255407 nömrəli müqavilənin surətindən görünür ki, X1 rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001 il tarixli 07 saylı qərarına və Balakən TİB-nın xx.xx.2006 il tarixli 146 saylı arayışına sasən ona məxsus olan Balakən rayonunun Hənifə kəndində 1500 kvadrat metr torpaq sahəsində yerləşən 1958-ci ildə tikilən, divarı, çaydaşı, üstu keramit,yaşayış sahəsi-48,0 kv.m ,ümumi sahəsi 62,5 kv.m-dən ibarət yaşayış evini Cavabdeh 6500 ABŞ dollarına satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Textiki Pasportu Cavabdeh adınadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 8963 nömrəli qəbzdən görünür ki,İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2021-ci il tarixli 07 nömrəli qərarı ilə iddiaçı X2 təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə JN 0797 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. İddiaçı Anar Kərimov Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2021-ci il tarixli 07 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə müraciət etmiş, ölçmə işlərininin aparılmasına Cavabdeh tərəfindən maneələr olduğu üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən bildiriş məktubu ilə bundan imtina olunmuşdur. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Məhkəmə işin hallarını, iddiaçının mülkiyyətində 0,31 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olmasını, həmin torpaq sahəsinin cavabdehə satılmış 1500 kv/m həyətyanı torpaq sahəsi ilə sərhəddə yerləşməsini, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinə həmin torpaq sahəsi ilə bağlı ölçmə və inventarlaşma işləri aparmalarına maneçilik törətməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, JN 797 KOD 40102018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə iddiaçı X4 mülkiyyətinə verilmiş, ünvan 2ində yerləşən 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçmə və inventarizasiya işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmaqla lazımi şərait yaradılmalıdır. Cavabdeh İddiaçı məxsus hər hansı torpaq sahəsini zəbt etməməsi, İddiaçı məxsus 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iki konturda yerləşməsi, 797 planşet nömrəsində verilmiş torpaq sahəsinin 328.51 kv/m, 797 R planşet nömrəsində göstərilən torpaq sahəsinin isə 2790.02 kvm olmaları, iddiaçının isə hansı torpaq sahəsini mübahisələndirməsinin bəlli olmaması barədə Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə etirazı ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi, torpaq sahəsinin iki konturda yerləşməsi, 797 planşet nömrəsində göstərilən torpaq sahəsinin 328.51 kv/m, 797 R planşet nömrəsində göstərilən torpaq sahəsinin isə 2790.02 kvm olmaları işin mübahisəsiz hallarıdır.İddiaçı bu torpaq sahələrinin hər ikisinin naturada yerlərini bilmir.Odur ki,o,torpaq sahələrinin koordinatlarının müəyyən edilməsi üçün ölçü işlərinin aparılmasından ötrü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə dəfələrlə müraciət etmişdir.Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin mütəxəssislərinin ölçü, inventarlaşdırma işlərinin aparılmasına maneçilik törətdiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi-vəkilinin etirazı əsasız olduğundan məhkəmə tərəfindən qəbul edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən 100 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki,iddia təmin edilməli, JN 797 KOD 40102018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə iddiaçı X4 mülkiyyətinə verilmiş, ünvan 2ində yerləşən 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçmə və inventarizasiya işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmaqla lazımi şərait yaradılmalı; ödənilmiş 100 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. JN 797 KOD 40102018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə iddiaçı X4 mülkiyyətinə verilmiş,ünvan 2ində yerləşən 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçmə və inventarizasiya işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmaqla lazımi şərait yaradılsın; ödənilmiş 100 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-131/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-131/2025
17.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver