Məhkəmə qərarları › İş №e-2(019)-132/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-132/2023

13.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-132/2023 13.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Repsublikası Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(019)-523/2021 iş nömrəli qətnaməsi ilə, 27 dekabr 2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutularaq ona verilməsi nəzərdə tutulmuş hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq - 27 dekabr 2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, nikahını 15 sentyabr 2005-ci ildə Balakən Rayon İcra Hakimiyyəti Talalar Kənd İnzibati Ərazi Dairəsində 12 nömrə ilə rəsmiləşdirməklə Cavabdeh ilə evlənmişdir. Birgə nikahlarından xx.xx.2006-cı ildə X6 və 27 dekabr 2010-cu ildə X7 adında iki uşaqları olmuşdur. Evləndikdən sonra cavabdehlə bir müddət mehriban yaşamış, sonra isə aralarında ailə münasibətləri zəminində narazılıqlar baş vermiş, bir sözlə cavabdehlə xasiyyətləri uyğun gəlməmişdir.2020-ci ilin avqust ayının 5-i Cavabdeh ayrılaraq ata evinə qayıtmışdır. 2020-ci ilin sentyabr ayının 4-ü cavabdehin israrından sonra yenə evə qayıtmış, lakin növbəti dəfə vəziyyət dözülməz hala çatdığı üçün 2021-ci ilin mart ayında oğlu Amirlə birlikdə cavabdehdən ayrılaraq, valideynlərinin yanına qayıtmışdır.Onun cavabdehlə ayrılmağının səbəbi qaynanası və qaynatası olmuşdur. Belə ki, onlar onu əri ilə yola getməyə qoymamışdırlar. O, onların bu haqsızlıqlarına dözə bilməyərək, evdən çıxıb valideynlərinin yanına qayıtmışdır. Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(019)-523/2021 iş nömrəli qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, 27 dekabr 2010-cu il tarixdə doğulmuş X4 onun yanında qalması və sonuncunun saxlanılması üçün cavabdehdən 110 manat aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin dövrdə Amirin saxlanılması üçün nəzərdə tutulmuş xərclər bir o qədər çox deyildi. Lakin, bu gün Aminin saxlanılması, yəni, təhsili, geyimi, qidalanması, istirahəti və s. üçün nəzərdə tutulmuş xərclərin miqdarı olduqca artmışdır. Nəzərə alınmalıdır ki, o, bir ana kimi övladının ən yüksək səviyyədə təhsil alması və digər tələbləri ilə bağlı xərclərin ödənilməsi üçün əlindən gələni edir. Ancaq nə ödənilən alimentin miqdarı, nə də onun səyi yenə də, oğlu Amirin saxlanılması üçün zəruri olan xərclərin ödənilməsinə kifayət etmir. Bu isə onu olduqca çox məyus edir. Fikirləşir ki, cavabdeh də bir valideyin kimi öz övladının qayğısına qalmağa, ona baxmağa, onun təhsilinə və digər ehtiyaclarına maddi cəhətdən köməklik göstərməyə borcludur. O, mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl Mediasiya Şurasına müraciət etmişdir. X5 xx.xx.2022-ci il tarixində saat 12:00-13:00-da təyin etdiyi ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etmədiyi üçün birgə nikahlarından anadan olmuş uşağa görə təyin edilmiş alimentin artırılması və qalıq alimentin ödənilməsi tələbinə dair sessiya baş tutmamışdır. Bu səbəbdən X2 sonra prosesin davam etdirilməsi mümkün olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh 2005-ci ildə rəsmi nikahla İddiaçı ilə evlənmiş, birgə nikahlarından 2006-cı ildə Elnur, 2010-cu ildə isə Amir adında iki uşaqları olmuşdur.Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulmuş və iddiaçının himayəsində olan oğlu 27 dekabr 2010-cu ildə anadan olmuş Amirin yetkinlik yaşına çatana kimi saxlanması üçün 110 manat məbləğində alimentin ödənilməsi qət edilmişdir. Cavabdeh oğlu Amirin saxlanması üçün hər ay 110 manat məbləğində aliment ödəyir. Cavabdeh iddiaçının tələb etdiyi məbləğində aliment ödəmək iqtidarında deyildir. Belə ki, tərəflərin digər övladı-xx.xx.2006-cı il təvəllüdlü oğlu Elnur onun himayəsindədir. O,İİİ qrup əlildir,heç yerdə işləmir. Ona görə də iddia tələbi əsassızdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan X2 sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞŞ/Ş1/00619 nömrəli arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini İddiaçı ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2019-cu il tarixdə verilmiş 145154 nömrəli vəsiqədən görünür ki, X7 anadangəlmə əlildir. İşdə olan Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(019)- 523/2021 nömrəli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 sentyabr 2005-ci il tarixdə Balakən rayon İcra Hakimiyyəti Talalar kənd icra nümayəndəliyində 12 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından olan, 31 may 2006-cı il tarixdə anadan olmuş X3 atası Cavabdeh yanında,27 dekabr 2010-cu il tarixdə anadan olmuş X4 isə anası İddiaçı yanında saxlanması, 09 aprel 2021-ci il tarixdən başlayaraq 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki,aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı 15 sentyabr 2005-ci ildə nikahlarını Balakən rayon Talalar kənd icra nümayəndəliyində 12 nömrə ilə rəsmiləşdirməklə Cavabdeh ilə evlənmişdir. Birgə nikahlarından xx.xx.2006-cı il tarixdə X6 və 27 dekabr 2010-cu ildə X7 adında iki uşaqları olmuşdur.Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(019)- 523/2021 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 sentyabr 2005-ci il tarixdə Balakən rayon İcra Hakimiyyəti Talalar kənd icra nümayəndəliyində 12 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından olan, 31 may 2006-cı il tarixdə anadan olmuş X3 atası Cavabdeh yanında, 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X4 isə anası İddiaçı yanında saxlanması, 09 aprel 2021-ci il tarixdən başlayaraq 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin məzmunundan göründüyü kimi qanunvericilik tərəfindən aydın surətdə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə işin hallarını,məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik olmamasını,İddiaçı Cavabdeh maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir sübut təqdim etməməsini, eyni zamanda aliment təyin edildikdən sonra keçən 2 il ərzində 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X4 böyüməsini, onun maddi tələbatının artmasını, 2021-cu ildə yaşayış minimumu uşaqlar üçün 175 manat olduğu halda, bu məbləğin hazırda 220 manat olmasını, nəticədə İddiaçı maddi vəziyyətinin ağırlaşmasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 27 dekabr 2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 35,60 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(019)-523/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 27 dekabr 2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, 35,60 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(019)-523/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın). Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 27 dekabr 2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 35,60 manat dövlət rüsumu xərci alınıb dövlət büdcəsinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar