Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1342/2025 15.12.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcu” tələbi barədə kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********25 saylı kredit müqaviləsinə əsasən 716.01 manat əsas borc və 0.02 manat faiz borcu olmaqla, cəmi 716.03 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Balakən filialı ilə Hekalova Səkinət Zeynal qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********25 saylı kredit müqaviləsinə əsasən Hekalova Səkinət Zeynal qızına 31 ay müddətinə illik 22 faiz olmaqla 2500 manat məbləğində nağd kredit verilmişdir. X1 Zeynal qızı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X2 Xidməti Mərkəzində Notariat Ofisinin məktubu ilə müəyyən edilmişdir ki, mərhum Hekalova Səkinət Zeynal qızının adına vərəsəlik işi qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizələri əsasında açılmışdır. Bankın Balakən filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, Hekalova Səkinət Zeynal qızının xx.xx.2021-ci il tarixli, BPM**********25 saylı kredit müqaviləsinə əsasən 716.01 manat əsas borc və 0.02 manat faiz olmaqla, cəmi 716.03 manat məbləğində borcu qalmışdır. Cavabdehlər, mərhum Hekalova Səkinət Zeynal qızından qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin XXİİİ-İ-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizənin sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 17 noyabr 2025-ci il tarixində məhkəmə bildirişini qəbul etmişlər, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli, BPM**********25 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Hekalova Səkinət Zeynal qızına 31 ay müddətinə illik 22 faiz olmaqla 2500 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.1-ci bəndindən görünür ki, borc alan Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən Kreditin verilməsinə/rəsmiləşdirilməsinə görə Borc alan Borc verənə kreditin məbləğinin 1% faizi (minimal 20 AZN) həcmində komissiya ödəyir. Müvafiq komissiya Borc alanın Borc verəndəki bank hesablarınından Borc verən tərəfindən akseptsiz qaydada tutulur. Maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Hekalova Səkinət Zeynal qızının xx.xx.2025-ci il tarixədək 716.01 manat məbləğində əsas borcu və 0.02 manat faiz borcu var. AZ-İİ 348338 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hekalova Səkinət Zeynal qızı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X2 xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 1687 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Hekalova Səkinət Zeynal qızından miras qalmış Balakən rayonu,Tülü kəndində yerləşən torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə Balakən rayonu,Tülü kəndində qeydiyyatda olan Cavabdeh1 (0*******, FİN:xxxxxxx) Cavabdeh3 (AZE********, FİN xxxxxxx), Cavabdeh2 (AA*******, FİN:xxxxxxx) vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli BPM**********25 saylı kredit müqaviləsinə əsasən Hekalova Səkinət Zeynal qızına 31 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 2500 AZN məbləğində nağd kredit verilmişdir. Borc alan Hekalova Səkinət Zeynal qızı xx.xx.2023-cü il tarixdə ölmüşdür. Onun vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 olması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi müəyyən edilmişdir. Lakin onlar mərhum Hekalova Səkinət Zeynal qızının kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlər miras qoyanın borclarının mirasdan çox olmasına dair sübut təqdim etməmişdir. Bununla da iddiaçı kredit müqaviləsi üzrə əsas və faiz borcunu vərəsə olan cavabdehlərdən tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq iddiaçının təqdim etdiyi mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli BPM**********25 nömrəli kredit müqaviləsinə əsasən 716.01 AZN əsas borc, 0.02 AZN faiz borcu olmaqla cəmi 716.03 AZN pul vəsaiti və 30 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli BPM**********25 nömrəli kredit müqaviləsinə əsasən 716.01 AZN əsas borc, 0.02 AZN faiz borcu olmaqla cəmi 716.03 AZN pul vəsaiti və 30 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-1342/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1342/2025
15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver