Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-135/2023 02.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan “VAZ-21144” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş 4086 (dörd min səksən altı) manat məbləğində maddi ziyanın və iddianın qaldırılması üçün ödənilmiş 62 (altmış iki) manat dövlət rüsumunun iş üzrə Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, mülkiyyətində olan “VAZ-21144” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş 3786 (üç min yeddi yüz səksən altı) manat məbləğində maddi ziyanın və 57.86 manat dövlət rüsumunun iş üzrə Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxşı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh 19 aprel 2021-ci il tarixdə saat 22 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-21053” markalı, “**-FF-***” dövlət nömrə nişanlı avtomobillə Balakən şəhərindən rayonun Qabaqçöl qəsəbə istiqamətində hərəkətdə olarkən rayonun Talalar kəndi ərazisində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1- ci hissəsinin tələblərini pozaraq, yəni hərəkətin digər iştirakçıları üçün maneə yaratmayaraq, hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli olduğu halda, bunları etməyərək yolun soluna doğru manevr etmiş, bu vaxt onunla eyni istiqamətdə hərəkətdə olan o, idarə etdiyi “VAZ- 21144” markalı, **-BK-*** qeydiyyat nişanlı avtomaşınla sol tərəfdən ötüb keçmək istədiyi zaman onun idarə etdiyi avtomaşının arxa sol qapısı ilə toqquşaraq aşmış, bununla da ehtiyatsızlıqdan “VAZ21144” markalı, **-BK-*** qeydiyyat nişanlı avtomobildə olan sərnişin X1 körpücük sümüyünün qapalı yerdəyişən sınığı ilə nəticələnən dərəcəsinə görə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti, “VAZ-21144” markalı, **-BK-*** qeydiyyat nişanlı avtomaşının sürücüsü olan onun döş qəfəsində öndə sağ 7-8-ci qabırğalar səviyyəsində qançırla nəticələnən sağlamlığa zərər vurmayan xəsarət və ona məxsus “VAZ-21144” markalı, **- BK-*** qeydiyyat nişanlı avtomaşına ümumilikdə 4086 (dörd min səksən altı) manat məbləğində maddi ziyan vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bu səbəbdən iş üzrə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham elan edilmiş və sonuncu Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 1(019)-88/2021 iş nömrəli hökmü ilə təqsirli bilinərək 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında mülkiyyətində olan “VAZ-21144” markalı, **-BK-*** qeydiyyat nişanlı avtomobilə dəymiş 3786 manat məbləğində maddi ziyanla bağlı sənədlər mövcuddur və cavabdeh bu məbləği heç vaxt mübahisələndirməmişdir. İş üzrə Cavabdeh mülkiyyətində olan “VAZ-21144” markalı, **-BK-*** qeydiyyat nişanlı avtomobilə dəymiş 3786 manat məbləğində maddi ziyanı tələb etsə də, sonuncu bundan qərəzli olaraq imtina etmişdir. Nəticədə iş üzrə Cavabdehna qarşı mülkiyyətində olan “VAZ-21144” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş 3786 manat məbləğində maddi ziyanın tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(019)- 88/2021 nömrəli hökmündən görünür ki, Cavabdeh 19 aprel 2021-ci il tarixdə saat 22 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-21053” markalı, “**-FF-***” dövlət nömrə nişanlı avtomobillə Balakən şəhərindən rayonun Qabaqçöl qəsəbə istiqamətində hərəkətdə olarkən rayonun Talalar kəndi ərazisində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1- ci hissəsinin tələblərini pozaraq, yəni hərəkətin digər iştirakçıları üçün maneə yaratmayaraq, hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli olduğu halda, bunları etməyərək yolun soluna doğru manevr etmiş, bu vaxt onunla eyni istiqamətdə hərəkətdə olan İddiaçı idarə etdiyi “VAZ-21144” markalı, **-BK-*** qeydiyyat nişanlı avtomaşınla sol tərəfdən ötüb keçmək istədiyi zaman onun idarə etdiyi avtomaşının arxa sol qapısı ilə toqquşaraq aşması, bununla da ehtiyatsızlıqdan “VAZ21144” markalı, **-BK- *** qeydiyyat nişanlı avtomobildə olan sərnişin X1 körpücük sümüyünün qapalı yerdəyişən sınığı ilə nəticələnən dərəcəsinə görə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti, “VAZ-21144” markalı, **- BK-*** qeydiyyat nişanlı avtomaşının sürücüsü olan İddiaçı döş qəfəsində öndə sağ 7-8-ci qabırğalar səviyyəsində qançırla nəticələnən sağlamlığa zərər vurmayan xəsarət və ona məxsus “VAZ-21144” markalı, **-BK-*** qeydiyyat nişanlı avtomaşına ümumilikdə 4086 (dörd min səksən altı) manat məbləğində maddi ziyan vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməsi müəyyən edilməklə, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ21144 minik markalı 08BK064 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutların kifayət etmiş hesab olunması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilməsi və barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq ona hüquq və vəzifələri izah edilməklə zərərçəkmiş şəxs qismində dindirilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədilə qərarın surətinin RPŞ-nin DYPB-nə göndərilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 185-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, istintaq zamanı yolnəqliyyat hadisəsinin iştirakçısı “VAZ-21144” markalı, **-BK-***. qeydiyyat nişanlı avtomobil və “VAZ-21053” markalı, **-FF-*** qeydiyyat nişanlı avtomobilin maddi sübut hesab edilərək, təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə, həmçinin zərərçəkmiş şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra avtomaşının Balakən RPŞ-nin nəqliyyat vasitələrinin duracağında saxlanılması, iş üzrə məhkəmə tibbi ekspertizasının rəyləri, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/1116 nömrəli rəyi, şahid, zərərçəkmiş və təqsirləndirilən şəxsin ifadələri, baxış protokolu və istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun olduğu və istintaq materialları ilə tamamlandığı üçün iş üzrə sübut növü kimi qəbul edilməsi və cinayət işinə əlavə edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən istintaq sənədlərində zərəçəkmiş şəxs X2 atasının adı “Şahid” kimi oxunması, qərarın surətinin nəzarət üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli aktda göstərilir ki, “VAZ-21144” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomaşına 4086 manat məbləğində ziyan dəydiyi aşkar olundu. İşdə olan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X8 xx.xx.2021-ci il tarixli 112 nömrəli ekspert rəyində göstərilir ki, X3 müəyyən edilmiş xəsarət--sol körpücük sümüyünün qapalı yerdəyişən sınığı- bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14 iyun 2021-ci il tarixli, 8/1116 saylı rəyindən görünür ki, İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən; 1.2. VAZ-21053 markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Cavabdeh avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 3.4. VAZ-21144 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hərəkətlərində tədqiq olunan şəraitdə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1 -ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 14 iyun 2021-ci il tarixli, 8/1116 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 26 yanvar 2023-cü il tarixli 8/33 saylı rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan suallar üzrə yol- nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 26 yanvar 2023-cü il tarixli 8/33 saylı bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 50,0 manat təşkil edir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 mart 2023cü il tarixli 9/61 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan Avtoservis «777» tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “VAZ 21144” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3786,0 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 03 mart 2023-cü il tarixli 9/61 saylı bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 50,0 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alırki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunan qanun normalarına əsasən məhkəmə işin faktoloji halları və hüquqi əsasları nöqteyi-nəzərindən xx.xx.2020-ci il tarixli AD 802907 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(019)- 88/2021 nömrəli hökmünü, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 mart 2023-cü il tarixli 9/31 saylı rəyini, iddiaçının izahatını mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə iclasında işdə olan mötəbər sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Cavabdeh 19 aprel 2021-ci il tarixdə saat 22 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-21053” markalı, “**-FF- ***” dövlət nömrə nişanlı avtomobillə Balakən şəhərindən rayonun Qabaqçöl qəsəbə istiqamətində hərəkətdə olarkən rayonun Talalar kəndi ərazisində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1- ci hissəsinin tələblərini pozaraq, yəni hərəkətin digər iştirakçıları üçün maneə yaratmayaraq, hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli olduğu halda, bunları etməyərək yolun soluna doğru manevr etmiş, bu vaxt onunla eyni istiqamətdə hərəkətdə olan İddiaçı idarə etdiyi “VAZ-21144” markalı, **-BK-*** qeydiyyat nişanlı avtomaşınla sol tərəfdən ötüb keçmək istədiyi zaman onun idarə etdiyi avtomaşının arxa sol qapısı ilə toqquşaraq aşmış, bununla da ehtiyatsızlıqdan “VAZ21144” markalı, **-BK-*** qeydiyyat nişanlı avtomobildə olan sərnişin X1 körpücük sümüyünün qapalı yerdəyişən sınığı ilə nəticələnən dərəcəsinə görə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti, “VAZ-21144” markalı, **-BK-*** qeydiyyat nişanlı avtomaşının sürücüsü olan İddiaçı döş qəfəsində öndə sağ 7-8-ci qabırğalar səviyyəsində qançırla nəticələnən sağlamlığa zərər vurmayan xəsarət və ona məxsus “VAZ-21144” markalı, **- BK-*** qeydiyyat nişanlı avtomaşına ümumilikdə 4086 (dörd min səksən altı) manat məbləğində maddi ziyan vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bu səbəbdən iş üzrə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham elan edilmiş və Cavabdeh Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 1(019)-88/2021 iş nömrəli hökm ilə təqsirli bilinərək 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Balakən Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 1(019)-88/2021 iş nömrəli hökmündə cavabdeh tərəfindən iddiaçıya 4086 manat maddi ziyan vurulması göstərilsə də, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 mart 2023-cü il tarixli 9/31 saylı rəyi ilə İddiaçı məxsus “VAZ-21144” markalı, **-BK-*** Ford Fusion minik markalı ** TB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3786 manat olmaqla həmin avtomobilə 3786 manat məbləğində maddi zərər dəyməsi müəyyən edilmişdir. İddiaçı da cavabdehdən məhz 3786 manat maddi ziyan tələb edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan Hüquqları Bəyannaməsi» nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etiməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən və i.a. istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsiri olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hazırki işin faktoloji hallarına hüquqi qiymət verən məhkəmə ilk əvvəl nəzərə çatdırır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPMnin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Yuxarıda istinad olunan qanun normalarından müəyyən olunur ki, (Mülki Məcəllənin 1096.1, 1096.1, 1097.1 və sair) mülki-hüquq pozuntuları nəticəsində vurulmuş zərərin tələb edilməsi üçün bu zərərin vurulmasında fiziki və ya hüquqi şəxsin təqsiri müəyyən olunmalıdır. Şəxsə tələb edilən məbləğdə zərərin vurulması, bu zərərin şəxsin qanunazidd əməli (hərəkət və ya hərəkətsizliyi) nəticəsində vurulması, şəxsin qanunazidd əməli ilə bu zərərin vurulmasında səbəbli əlaqənin olması və zərəri vurmuş subyektin mövcudluğu ilə yanaşı, delikt məsuliyyətinin yaranması üçün şəxsin həmin zərərin vurulmasında təqsirli olması və bu təqsirin qanuni qüvvəyə minmiş məhkəmə hökmü və ya ya məhkəmənin və ya səlahiyyətli orqanın qanuni qüvvəyə minmiş inzibati xəta haqqında iş üzrə qərarı ilə müəyyən olunması da vacibdir. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla işdəki sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsiri müəyyən olunmuş Cavabdeh tələb olunan 3786 manat məbləğində zərərin əvəzinin ödənilməsi ilə əlaqədar mülki hüquqi məsuliyyət daşıyır. Belə ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi nəticəsində İddiaçı məxsus “VAZ-21144” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşına 3786 manat məbləğində zərər vurulmuş, həmin zərər Cavabdeh qanunazidd hərəkətləri nəticəsində vurulmuş, bu zərərlə Cavabdeh qanunazidd hərəkətləri arasında səbəbli əlaqə mövcud olmuş və Cavabdeh Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(019)-88/2021 nömrəli hökmü ilə həmin 3786 manat zərərin vurulmasında təqsirli olması müəyyən edilmişdir. Yəni Cavabdeh əməlində delikt tərkibinin bütün cəhətləri mövcuddur. İş üzrə Cavabdeh həmin zərərin onun təqsiri olmadan, qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş və bu halların mövcdulğunu və beləliklə də ona qarşı iddianın heç bir faktoloji hallara və hüquqi əsaslara malik olmamaqla əsassız olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan “VAZ-21144” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş 3786 (üç min yeddi yüz səksən altı) manat məbləğində maddi ziyan və hazırki iddianın qaldırılması üçün 57.86 manat dövlət rüsumu iş üzrə Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyi üçün iş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT CREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 17.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin; İddiaçı mülkiyyətində olan “VAZ-21144” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş 3786 (üç min yeddi yüz səksən altı) manat məbləğində maddi ziyan və 57.86 manat dövlət rüsumu iş üzrə Cavabdeh tutularaq İddiaçı ödənilsin; iş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT CREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-135/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-135/2023
02.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver