Məhkəmə qərarları › İş №e-2(019)-1435/2025

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1435/2025

02.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1435/2025 02.03.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Yevlax-Zaqatala-Gürcüstan yolunun Qullar kənd ərazisindən keçən hissəsində 09 avqust 2025-ci il tarixdə saat 22:10da baş vermiş avtoqəza nəticəsində avtomobilinə dəymiş zərərə görə 1400 (bir min dörd yüz) manat, iddia ərizəsinin verilməsinə görə 34(otuz dörd) manat dövlət rüsumunun cəmi 1434 manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulub ona verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddoia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maddi ziyana görə 1000 (bir min) manat və 30 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə şıxarılmasını xahiş etdi. Məhkəmə baxış iclasında İddiaçı ərizə təqdim edərək, ərizənin baxılmamış saxlanmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında Cavabdeh1 iddiaçının ərizəsinin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə baxış iclasında Cavabdeh2 iddiaçının ərizəsinin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və vəsatəti nəzərdən keçirərək hesab edir ki, hazırki iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanılması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarından göründüyü kimi, iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmiş, cavabdehlər isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdirlər. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyini və cavabdehin işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 33 (otuz üç) manat bu qərardad qanuni qüvvəsini aldıqdan sonra iddiaçıya qaytarılsın. İddiaçıya ümumi əsaslarla məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququna malik olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar