Məhkəmə qərarları › İş №e-2(019)-1467/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1467/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1467/2025 27.01.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcu” tələbi barədə kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********92 nömrəli, xx.xx.2021-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən kart limiti üzrə 298.04 manat borcu, BPM**********92 nömrəli, xx.xx.2021-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən nağd krediti üzrə 1813.89 manat əsas və 0.01 manat faiz borcu olmaqla cəmi 1813.90 manat məbləğində kredit borcu olmaqla ümumilikdə 2111.94 manat və ödənilmiş 41.12 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Balakən filialı ilə Yusibova Ayşət Camaldin qızı arasında bağlanmış BPM**********92 nömrəli, xx.xx.2021-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən Yusibova Ayşət Camaldın qızına 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kredit limiti və həmin müqaviləyə əsasən 48 ay müddətinə illik 19 faiz olmaqla 3500 manat məbləğində Nağd kredit verilmişdir. X1 Camaldın qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X2 Xidmət Mərkəzində notariat ofisinin məktubu ilə müəyyən edilmişdir ki, mərhum Yusibova Ayşət Camaldın qızının adına vərəsəlik işi qanun üzrə vərəsəsi olan Cavabdeh tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmışdır. Bankın Zaqatala filialı tərəfindən təqdim edilmiş maliyyə arayışlara əsasən, Yusibova Ayşət Camaldın qızının BPM**********92 nömrəli, xx.xx.2021-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 298.04 manat və həmin müqaviləyə əsasən nağd kredit üzrə 1813.89 manat məbləğində əsas və 0.01 manat faiz borcu olmaqla cəmi 1813.90 manat qalmışdır. Cavabdeh, mərhum Yusibova Ayşət Camaldın qızından qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin XXİİİ-İ-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizənin sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh 22 dekabr 2025-ci il tarixində məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli, BPM**********92 saylı Tam kart çərçivə müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Yusibova Ayşət Camaldin qızına 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kredit limiti və həmin müqaviləyə əsasən 48 ay müddətinə illik 19 faiz olmaqla 3500 manat məbləğində Nağd kredit verilmişdir. Həmin müqavilənin 2.1-ci bəndindən görünür ki, Bank Müştərinin adına ikitərəfli ödəniş kartını açmağı, Müştəriyə Tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15000 manat məbləğinədək kreditdən istifadəyə görə illik 24% -dək ödəmək şərtilə kredit limitini ayırmağı, Müştəri isə Tam kart, eləcə də Hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, Bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür. Maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən nağd krediti üzrə Yusibova Ayşət Camaldin qızının xx.xx.2025-ci il tarixədək 298.04 manat məbləğində əsas borcu və 0.00 manat faiz borcu var. Maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən nağd krediti üzrə Yusibova Ayşət Camaldin qızının xx.xx.2025-ci il tarixədək 1813.89 manat məbləğində əsas borcu və 0.01 manat faiz borcu var. AZ-İİ 200679 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Yusibova Ayşət Camaldin qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X2 xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 80 nömrəli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Yusibova Ayşət Camaldin qızının vərəsələri Balakən rayonu, Hənifə kəndi sakini Cavabdeh (AZE********, FİNxxxxxxx). Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə Yusibova Ayşət Camaldin qızı arasında bağlanmış BPM**********92 nömrəli, xx.xx.2021-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən Bank tərəfindən ona 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kredit limiti və həmin müqaviləyə əsasən 48 ay müddətinə illik 19 faiz olmaqla 3500 manat məbləğində Nağd kredit verilmişdir. Borc alan Yusibova Ayşət Camaldin qızı xx.xx.2021-ci il tarixdə ölmüşdür. Onun vərəsəsinin Cavabdeh olması müəyyən edilmişdir. Lakin o, miras qoyan Yusibova Ayşət Camaldin qızının kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh miras qoyanın borclarının mirasdan çox olmasına dair sübut təqdim etməmişdir. Bununla da iddiaçı kredit müqaviləsi üzrə əsas və faiz borcunu vərəsə olan cavabdehdən tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq iddiaçının təqdim etdiyi mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən kart limiti üzrə 298.04 manat borcu, xx.xx.2021-ci il tarixli BPM**********92 nömrəli kredit müqaviləsinə əsasən 1813.89 AZN əsas borc, 0.01 AZN faiz borcu olmaqla ümumilikdə 2111.94 AZN pul vəsaiti və 41.12 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən kart limiti üzrə 298.04 manat borcu, xx.xx.2021-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən nağd krediti üzrə 1813.89 AZN əsas borc, 0.01 AZN faiz borcu olmaqla ümumilikdə 2111.94 AZN pul vəsaiti və 41.12 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar