Məhkəmə qərarları › İş №e-2(019)-1505/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1505/2025

16.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Balakən Rayonu İş № e-2(019)-1505/2025 16.03.2026 BALAKƏN RAYON MƏHKƏMƏSI Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramova Nuranə İlqar qızının katibliyi, cavabdeh Cavabdeh Musa qızının nümayəndəsi-vəkili nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh Musa qızına qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh Musa qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 13846 manat 64 qəpik pulun, dövlət rüsumu üçün ödənilmiş 72 manat və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin cavabdeh Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. ##.##.2022-ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və tərəflər arasında “X1” haqqında müqavilə imzalanmışdır. O, ##.##.2023-ci il tarixli ***X saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki,o, İddiaçı MMC-nin OBA 4 MKR 8 mağazasında çalışdığı zaman, ##.##.2023-cü il tarixində aparılmış İnventarizasiya(mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 16233 manat 85 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdehnun hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 13846 manat 64 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçı İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsin baxmayaraq təkrarən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh Cavabdeh nümayəndəsi-vəkili nümayəndə1 oğlu ərizə ilə məhkəməyə müraciət edərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi-vəkili nümayəndə1 oğlu iddianı etiraf etməyərək izahatında göstərdi ki, mülki iş üzrə iddiaçının məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulan iddia müddəti ötürülmüşdür. Belə ki, cavabdeh ##.##.2022-ci ildə Administrator vəzifəsinə keçirilmiş və ##.##.2023-cü il tarixli 127 X saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 b bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması ilə) maddəsinə əsasən işdən azad olmuşdur.İddiaçı isə göstərilən tələblə bağlı 2025-ci ildə məhkəməyə müraciət etmişdir.Bununla da qanunla nəzərdə tutulan müqavilələr üzrə iddia müddətini ötürmüşdür.Odur ki, iddia müddətinin tətbiq etməklə e2(019)-##.##/2025 saylı mülki işi, yəni iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 13 846 manat 64 qəpik pulu və dövlət rüsumu olaraq ödənilmiş 72 manatı və Mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin cavabdeh Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə iş üzrə icraata xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 15 aprel 2024-cü il tarixli İddiaçı MMC-də çalışmış Cavabdeh Musa qızının maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışda göstərilir ki, Cavabdeh Musa qızı ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında ##.##.2023- cü il tarixində 16233.85 (on altı min iki yüz otuz üç manat, 85 qəpik) AZN çatışmazlıq müəyyən edilmişdir.Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 13846.64 (on üç min səkkiz yüz qırx altı manat, 64 qəpik) AZN borcu qalmışdır.Beləliklə Cavabdeh Musa qızının ## ##### 2024-cü il tarixinə İddiaçı MMC-ə olan ümumi 13846.64 (on üç min səkkiz yüz qırx altı manat, 64 qəpik) AZN təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiqi edilmiş ##.##.2023-cü il tarixli “xxxx MMCnin İmtina Aktında göstərilir: “07 İyun 2023 cü il tarixli *** nömrəli əmr ilə təyin olunmuş komissiyanın sədri:Maliyyə Direktoru : X2 ; Komissiyanın sədr müavini: Mühasibatlıq Departament müdiri:Günay Mövsümova İsrafil qızı; Komissiyanın üzvləri: Daxili Nəzarət Departament müdiri: X5 ;Satış Əməliyyatları direktoru: Vüqar İsmayılov İlham oğlu; İnventarizasiya şöbə müdiri - X8 ibarət heyətdə təyin edilmiş komissiyanın iştirakı ilə həmin aktı tərtib edirik ondan ötəri ki, İddiaçı MMC- nin ünvan 1 ünvanında yerləşən OBA- 4 mkr 8 (1071) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh Musa qızının iştirakı ilə ##.##.2023-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh Musa qızı inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (- 16233.85 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ##.##.2023-cü il tarixli “Təbii itki normalarının tətbiqi haqqında” *** nömrəli əmrdə göstərilir: İddiaçı MMC-nin ##.##.2023cü il tarixində keçirilən inventarizasiya yoxlamasının sonunda administrator vəzifəsində çalışmış Cavabdeh Musa qızna aid aşkarlanan yekun nəticələrə "Təbii itki normaları" tətbiq edilməsi məqsədi ilə ƏMR EDİRƏM 1.İddiaçı MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin "Təbii itki normaları" çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator Cavabdeh Musa qızından tələb olunsun.

2. "Təbii itki norması" satış dövriyyəsinin 0.44% faizi müəyyən edilsin.

3. Daxili Nəzarət Departamenti və Ümumi işlər şöbəsi bu əmrdən irəli gələn məsələlərin həll edilməsim təmin etsin.Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.” İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı MMC üzrə ##.##.2021-ci il tarixli *** saylı işə qəbul etmə haqqında əmrdən Çıxarışda göstərilir: “Cavabdeh qızı Cəmiyyətin satış Departamentinin satış şöbəsinə ##.##.2021-ci il tarixdən etibarən Satıcı-Kassir vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 288 manat olmaqla ödənilsin.Əsas:Tərəflkər arasında bağlanmış əmək müqaviləsi.” İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ##.##.2021-ci il tarixli Əmək Müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh qızı arasında əmək müqaviləsi bağlanmış, Cavabdeh qızı satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı MMC üzrə ##.##.2022-ci il tarixli *** saylı əmrdən Çıxarışdan görünür ki, X6 Cəmiyyətin Satış Departamentinə ##.##.2022-ci il tarixdən Administrator vəzifəsinə keçirilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiqi edilmiş ##.##.2022-ci il tarixli X1 haqqında müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında X1 haqqında müqavilə bağlanmışdır. İşdə olan və məhkəmə içlasında tədqiq edilmiş ##.##.2023-cü il tarxli ***X saylı işdən azad haqqında Çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin Administratorunun əmək müqaviləsinə ##.##.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 "b" (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X9 * saylı Mediasiya Təşkilatı tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş MŞ/BMT***/****-***** nömrəli ilkin Mediasiya Sesiyyasında iştirak edilməməsi barədə arayıçdan görünür ki, İddiaçı MMC ilkin medaisiya sessiyasında iştirak etmiş və 60 manat mediasiya xərcini təktərəfli qaydada ödəmişdir. Məhkəmə, cavabdeh Burtiyeva Məryəm Musa qızının nümayəndəsi-vəkili nümayəndə1 izahatını , işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı “xxxx ” MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh Cəmiyyətdə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş,##.##.2022-ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və tərəflər arasında “X1” haqqında müqavilə bağlanmışdır. Cavabdeh ##.##.2023-ci il tarixli ***X saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2ci maddənin “b” (əmək müqaviləsinin müddətinin qurtarması ilə) bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı MMC cavabdeh Cavabdeh Cəmiyyətin – OBA 4 MKR 8 mağazasında çalışdığı zaman, ##.##.2023-cü il tarixində aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində Cəmiyyətə müvafiq olaraq 16233 manat 85 qəpik zərər vurması müəyyən edilməsini, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsinin şirkət tərəfindən güzəşt edilməsini, Cavabdeh halhazırda İddiaçı MMC-nə ümumilikdə 13846 manat 64 qəpik borcunun qalmasını, borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməməsini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. . 200-cü maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X1 daşıması barədə yazılı müqavilə bağlaya bilər.

2. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla X1 barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər.

3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən X1 barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir.

4. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır.

5. X1 barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. 296-cı maddənin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinin tələbinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinin tələbinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hazırkı işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı “xxxx ” MMC ##.##.2023-cü ildə cavabdeh Cavabdeh cəmiyyətə ziyan vurduğunu aşkar etmiş, lakin ## ###### 2025-ci il tarixdə , yəni 2 il 4 aydan sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddənin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Bu tələb birbaşa qanunda göstərildiyindən kəsici müddətdir. Kəsici müddət isə elə bir müddətdir ki, hər hansı hüquq, o cümlədən tələb etmə hüququ yalnız həmin müddətlər daxilində mövcud olur. Həmin müddət bitdikdən sonra hüququn özü də aradan qalxır, yəni artıq belə bir hüquq mövcud olmur, maraqlı şəxs bu hüququnu itirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu B.Mürsəlovun şikayəti üzrə 2020-ci il ## #### tarixli Qərarında göstərmişdir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: -iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Məhkəmə işin qeyd edilən hallarını, iddiaçı “xxxx ” MMC-nin cavabdeh Cavabdeh cəmiyyətə ziyan vurduğunu aşkar etdiyi vaxtdan 2 ildən artıq müddət heçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı “xxxx ” MMC Cavabdeh qarşı eyni tələblə ##.##.2024-cü ildə də məhkəməyə müraciət etmiş, məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. Həmin vaxt da iddiaçı “xxxx ” MMC maddi ziyanın vurulmasınnın aşkar olunmasından 1 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə işin qeyd edilən hallarına əsasən hesab edir ki, cavabdeh Cavabdeh Musa qızının nümayəndəsi-vəkili nümayəndə1 iddia müddətinin tətbiq olunması barədə ərizəsi də əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək iş üzrə yekun olaraq bu nəticəyə gəlir ki, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh Musa qızına qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Ödənmiş 72 manat dövlət rüsumu xərci iddiaçı İddiaçı MMC-nin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi: İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh Musa qızına qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənmiş 72 manat dövlət rüsumu xərci iddiaçı İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən H.Q. Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar