Məhkəmə qərarları › İş №e-2(019)-156/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-156/2024

18.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-156/2024 18.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçın nümayəndəsi X1 iştirakı ilə İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2838,09 (iki min səkkiz yüz otuz səkkiz manat 09 qəpik) manat məbləğində əsas borcun, mediasiya üçün ödənilmiş 60 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixli X5 əsasən administrator vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “X10 haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2022-ci il tarixli 662 saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu “Oba – Balakən 8” mağazasında xx.xx.2022-ci il - xx.xx.2022-ci il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli “İnventarizasiya nəticələrinə dair Akta” əsasən cavabdehin Cəmiyyətə cəmi 3687,38 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Təqdim edilmiş Maliyyə Arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 2838,09 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edilir ki, iddia təmin edilərək Cavabdeh iddiaçı Cəmiyyətin xeyrinə vurulmuş maddi zərərə görə 2838,09 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş, gəlməməsinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2020-ci il tarixli Əmək Müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmaqla, xx.xx.2020-ci il tarixinədək 1 ay müddətinə əmək müqaviləsi ilə satıcı- kassir vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Cəmiyyət üzrə xx.xx.2020-ci il tarixli 523 nömrəli əmrdən Çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2020-ci il tarixindən etibarən Satıcı-kassair vəzifəsinə işə qəbul edilmiş, Əmək haqqı ştat cədvəlinə əsasən 260 manat olmaqla ödənilməsi əmr edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən sistemə daxil edilmə tarixi xx.xx.2020-ci il göstərilən əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki. həmin müqavilə hüququqi şəxs olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli Əmək Müqaviləsinə əlavədən görunur ki, həmin müqavilə ilə İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə aşağıdakı dəyişikliklər və əlavələr edilmişdir. xx.xx.2021-ci il tarixindən Cəmiyyətin administrator vəzifəsinə keçirilir.Əmək haqqı ştat cədvəlinə uyğun olaraq 345 AZN təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən sistemə daxil edilmə tarixi xx.xx.2021-ci il göstərilən əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı MMC üzrə xx.xx.2022-ci il tarixli, 662 saylı əmrdən Çıxarışdan görünür ki,Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin administratorunun əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikamsı Əmək Məcəlləsinin 68.2 “b” (Əmək müqaviləsnin müddətinin qurtarması) saddəsinə əsasən xitam verilmiş, Çon haqq-hesab istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli X10 haqqında müqavilədən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən Cəmiyyətin Satış Departamentinə Administrator vəzifəsinə keçirilmiş və onunla X10 haqqında müqavilə bağlanmış və o, həmin müqavilə ilə tanış edilmişdlir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli 41 saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin satış Departamentinin Satış şöbəsində xx.xx.2021-ci il tarixindən administrator vəzifəstinə keçirilsin.Əmək haqqı ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilsin. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmiş Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2019-cu il tarixli X10 Haqqında Müqavilədən və vəzifə təlimatından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında X10 haqqında müqavilə bağlanmış və o, vəzifə təlimatı ilə tanış edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 03 noyabr 2022 və 01 noyabr 2022-ci il tarixli təhvil-təslimin nəticələrinə dair yekun Aktından, 09 dekabr 2022-ci il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Aktından, 30 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2022-ci il tarixində 3687.38 (üç min altı yüz səksən yeddi manat 38 qəpik) manat çatışmazlıq müəyyən edilmişdir. Yekun olaraq Cavabdeh iddiaçıya 2838.09 (iki min səkkiz yüz otuz səkkiz manat 09 qəpik) manat borcu yaranmışdır. Həmin sənədlərlə Cavabdeh tanış edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 30 avqust 2023-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh Elşən oğlu ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında,xx.xx.2022-ci il tarixində 3687,38 (üç min altı yüz səksən yeddi manat 38 qəpik) AZN çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 2838.09 (iki min səkkiz yüz otuz səkkiz manat,09 qəpik) AZN borc qalmışdır. Belələiklə, Cavabdeh Elşən oğlunun 30 avqust 2023-cü il tarixinə İddiaçı MMC-ə olan ümumi 2838.09 (iki min səkkiz yüz otuz səkkiz manat 09 qərpik) AZN təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı tərəfindən Cavabdeh edilmiş xx.xx.2023-cü il tarixli, DN-370 №-li xəbərdarlıqdan görünür ki, İddiaçı in işlədiyi dövrdə əskikgəlmə aşkar edilməklə cəmiyyətə maddi ziyan vurmasının müəyyən edilməsi, faktiki qalıq borcunun 2838,09 AZN təşkil etməsi göstərilməklə, ondan cəmiyyətə vurduğu maddi ziyanın ödənilməsi xahiş olunmuş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlərin həyata keçiriləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Bakı 4 saylı Medasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş MŞB/4-2023-00215 nömrəli ilkin mediasiya sessiyasında iştirakı edilməməsi barədə arayışdan görünür ki, 02 oktyabr 2023-cü il tarixdə keçirilən mediasiya sessiyasında İddiaçı MMC-nin X2 qarşı iş vaxtı ərzində, iş yerində intizam xətasının nəticəsi olaraq müəssisəyə vurulmuş maddi zərərlə bağlı 2838 AZN 09 qəpik borc tələbinə baxılmış, mübahisə üzrə digər tərəf kimi üçüncü şəxs qismində “Satış Departamenti”nin satış üzrə direktoru X4 müraciət edən tərəfindən cəlb edilib,Cavabdeh iştirak etməmişdir. İddiaçı MMC-tərəfindən 50 AZN mediasiya xərci,10 AZN poçt göndərişi xərci-cəmi 60 manat ödənilmişdir. Məhkəmə işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixli X5 əsasən administrator vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “X10 haqqında” Müqavilə bağlanmışdır. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 662 saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu “Oba – Balakən 8” mağazasında xx.xx.2022-ci il - xx.xx.2022-ci il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli “İnventarizasiya nəticələrinə dair Akta” əsasən cavabdehin Cəmiyyətə cəmi 3687,38 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir.Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 2838,09 manat təşkil etmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh məhkəmədən kənar qaydada ona olan 2838,09 manat maddi ziyanın ödənilməsi təklif olunmuş, lakin cavabdeh tərəfindən həmin maddi ziyan məbləği iddiaçıya ödənilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 92-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır; tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 193-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda X10 daşıyır; mülkiyyətçi əmri (sərəncamı, qərarı) ilə işəgötürən tərəfindən ona vurulan ziyanın ödənilməsini təmin edə bilər və ya vurulmuş ziyanın məhkəmə qaydasında ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur; ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X10 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin 2-ci bəndinə əsasən ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada X10 daşıyırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200-cü maddəsinin 1, 2, 3, 4 və 5-ci bəndlərinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X10 daşıması barədə yazılı müqavilə bağlaya bilər; işlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla X10 barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər; bu maddənin birinci və ikinci hissələrində göstərilən X10 barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir; işçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır; X10 barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 202-ci maddəsinin 1, 2 və 3-cü bəndlərinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir; işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır; işəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 203-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır; araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 204-cü maddəsinin 1, 2, 3 və 4-cü bəndlərinə əsasən işəgötürənə ziyan vurmaqda təqsirkar olan işçi həmin ziyanı könüllü surətdə tam və ya qismən ödəyə bilər; vurulan ziyanın könüllü surətdə ödənilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş həddə həyata keçirilir; işəgötürən işçinin razılığı ilə vurulan ziyanı ödəmək üçün möhlət verə bilər; ziyanın məbləği əvəzinə işçi işəgötürəninin razılığı ilə korlanmış, itirilmiş əmlakın əvəzinə eynilə başqasını verə bilər, habelə şəxsən özü yaxud öz vəsaiti ilə onu təmir edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 205-ci maddəsinin 1, 2 və 3-cü bəndlərinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir; əgər ziyan işçi tərəfindən X10 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər; işçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşdəki sübutlardan görünür ki, Cavabdeh İddiaçı MMC ilə əmək münasibətlərində olduğu vaxt onunla bağlanmış əmək müqaviləsinin və X10 haqqında müqavilənin tələblərini pozaraq, ona etibar edilmiş malları və ya onların dəyərini qaytarmayaraq, İddiaçı MMC-yə 3687.38 manat məbləğində zərər vurmuş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edilməklə Cavabdeh yekun olaraq qalıq borcu 2838,09 manat müəyyənləşdirilmişdir ki, iddiaçı da cavabdehdən həmin 2838,09 manat məbləği tələb edir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, həmin tələb edilən 2838,09 manat məbləğ Cavabdeh tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 2838,09 (iki min səkkiz yüz otuz səkkiz manat 09 qəpik) manat məbləğində əsas borc və mediasiya üçün ödənilmiş 60 (altmış) manat pul tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh 2838,09 (iki min səkkiz yüz otuz səkkiz manat 09 qəpik) manat məbləğində əsas borc və mediasiya üçün ödənilmiş 60 (altmış) manat pul tutularaq, İddiaçı MMC-yə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar