Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-156/2025 17.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, cavabdeh X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X4,Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, X1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 7653.17 manat məbləğində kredit borcu, 1722.10 manat məbləğində faiz borcu və 722.61 manat məbləğində cərimə olmaqla, cəmi 10097 (on min doxsan yeddi) manat 88 (səksən səkkiz) qəpik məbləğində borcun və tərəflərindən ödənilmiş 120.29 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasının xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, X7 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 019A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, X9 aylıq faiz dərəcəsi 1.625% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9000 (doqquz min) manat məbləğində kredit götürmüşdür. O,xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1346.83 manat ödəniş etmiş və onun iddiaçıya 7653.17 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6- cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 542 gün üçün hesablanmış faiz borcu 1722.10 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 542 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 722.61 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı, müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. İş materiallarına əlavə edilmiş AR DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilən arayışdan cavabdeh X5 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Bununla bağlı, Balakən Rayon İcra Hakimiyyəti Başçısının Hənifə bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 220 saylı arayışa əsasən məlum olmuşdur ki, mərhum X5 adına qeydiyyatda olan 0.46 ha və 0.07 ha torpaq sahəsindən hal-hazırda mərhumun övladları X6, Cavabdeh2 və Cavabdeh3 istifadə edirlər. Belə ki, faktiki vərəsələr- X6, Cavabdeh2 və Cavabdeh3 qeyd olunan torpaq sahəsindən istifadə etdiyindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən o tərəfindən qəbul edilmiş hesab edildiyindən X6, Cavabdeh2 və Cavabdeh3 mərhum X5 faktiki vərəsəsi hesab edilirlər. Həmçinin AR DİN BDYPİ-dən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-16/2- 12283/2024 saylı cavab məktubu ilə cavabdehin adına 08BD909 qeydiyyat nişanlı AVİA A 31 1/44 YÜK markalı nəqliyyat vasitəsinin olduğu məlum olmuşdur. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.İddiaçı QSC məhkəməyə ərizə göndərərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixə saat 14:30-a təyin edilmiş məhkəmə baxışı iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklər. Məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirlməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh X6 iddianı qismən etiraf edərək izahatında göstərdi ki, mərhum atası X9 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 019A********** saylı kredit müqaviləsinə əsasən 36 ay müddətə illik 1.625% dərəcəsi ilə 9000 (doqquz min) manat məbləğində kredit almışdır. Atası bir müddət krediti ödəmiş,05 yanvar 2023-cü ildə ölmüşdür. Buna görə də kredit ödənilməmiş qalmışdır. Atasından miras olaraq ev və torpaq sahələri qalmışdır. Atasına məxsus evdə o yaşayır, torpaq sahələrindən də o, istifadə edir. Digər Cavabdeh2 ailə qurub ata evindən köçmüşdür və Balakən şəhərində yaşayır.Cavabdeh3 isə Rusiya Federasiyasının vətəndaşıdır, orada yaşayır. Onlar mirasdan pay almamışlar və istəmirlər. Onların bu işə aidiyyətləri yoxdur.Kreditin əsas hissəsini hissə-hissə ödəyəcəkdir. Faiz və cərimənin isə silinməsini istəyir.Qeyd etdikləri nəzərə alınmaqla iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 31 may 2022-ci il tarixli 019A********** saylı kredit xətti müqaviləsindən görünür ki, X7 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 019A********** saylı kredit xətti müqaviləsinə əsasən 36 ay müddətə illik 1.625% dərəcəsi ilə 9000 (doqquz min) manat kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli OUT- 2024/07/29-2 №li arayışda göstərilmişdir ki, X5 xx.xx.2022-ci il tarixli 019A********** nömrəli kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə borcu-7653.17 manat əsas,1722.10 manat faiz borcu,722.61 manat cərimə borcu olmaqla cəmi-10097.88 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı QSC-ti tərəfindən 120.29 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Hənifə bələdiyyəsi tərəfindən Balakən rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 220 nömrəli arayışda göstərilmişdir ki, Sizin şifahi sorğunuza əsasən bildiririk ki,Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə mərhum X5 ailə üzvləri beş nəfər olmaqla: 1.X9 2.X12 3.Cavabdeh3, 4.Cavabdeh2. 5.X3 JN-1015 saylı Dövlət aktına əsasən 1.77 ha pay torpaq sahəsi,JN-306A saylı şəhadətnaməyə əsasən 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Verilmiş həmin 1.77 ha torpaq sahəsindən 0.9079 ha və 0.4154 ha torpaq sahələrini notarial qaydada alqısatqı yolu ilə özgəninkiləşdirilmişdir.Hal-hazırda onun ailəsinin mülkiyyətində 0.46 ha pay torpaq sahəsi və 0.07 ha həyətyanı torpaq sahəsi vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-643/2024 nömrəli məktubda göstərilmişdir ki; “Sizin Azərbaycan Respublikası ərazisində mərhum X5 adına olan və özgəninkiləşdirilmiş daşınmaz əmlaklar barədə məlumat verilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, X5 adına Balakən rayonu Hənifə kəndlində 0,9079 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (ümumibirgə pay);Balakən rayonu Hənifə kəndində 0.4154 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (ümumibirgə pay) qeydiyyatdan keçimişdir və hazırda adındadır. X15 və Xəritəçəkmə Komitəsi tərəfindən X5 adına (ümumibirgə pay) Balakən rayonu, Hənifə kəndində 0.7 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair JN-306A nömrəli torpağın mülkiyyətə verilməsinə əsasən şəhadətnamə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional Asan Xidmət Mərkəzində Notariat ofisi tərəfindən ünvan 3 ünvanlanmış xx.xx.2024-cü il tarixli 168 nömrəli məktubda göstərilmişdir ki “Sizin xx.xx.2023-cü il tarixli 31VB-389/01 saylı sorğunuza cavab olaraq bildiririk ki,X5 mirasına vərəsəlik işinin açılıb-açılmaması ilə əlaqədar elektron notariat informasiya sistemində axtarış zamanı açılmış vərəsəlik işinə dair heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə, məhkəmə iclasına gəlmiş cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edilmişdir ki, cavabdehlərin mərhum atası X9 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 019A********** nömrəli müqaviləyə əsasən aylıq faiz dərəcəsi 1.625% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9000 (doqquz min) manat məbləğində kredit götürmüşdür. O,xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1346.83 manat ödəniş etmiş və onun iddiaçıya 7653.17 manat məbləğində kredit borcu qalmışdır.O,kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 1722.10 manat faiz borcu yaranmışdır. Ona 722.61 manat cərimə hesablanmışdır. X9 05 yanvar 2023-cü ildə öldüyündən İddiaçı QSC həmin borcu X5 uşaqları X6, Cavabdeh2 və Cavabdeh3 tələb edir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, mərhum X5 mirasına vərəsəlik işi açılmamışdır. Onun uşaqlarından yalnız X6 mirası faktiki qəbul etmişdir.Cavabdeh2 Balakən şəhərində,Cavabdeh3 isə Rusiya Federasiyasında yaşamaqla mirası qəbul etməmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi,o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi 7653.17 manat əsas və 1722.10 manat faiz borcuna aid hissədə əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia ərizəsində penya borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, kredit razılaşmaları üzrə penyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 51 manat həcmində müəyyən edilməlidir. Həmçinin iş materiallarından göründüyü kimi iddiaçı AccessBank” QSC kredit borcunu mərhum X5 övladları- X6, Cavabdeh2 və Cavabdeh3 tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-1306-cı maddələrinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələri keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair “xx.xx.2023-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə,göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Sözügedən qərarda Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktlarının məzmunundan göründüyü kimi yalnız mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyırlar . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında müəyyən edildi ki, mərhum X5 vərəsələrindən yalnız X6 mirası faktiki qəbul etmişdir. Digər vərəsələr Cavabdeh2 və Cavabdeh3 notariat kontoruna mirası qəbul etmələri barədə ərizə verməmişlər,həmçinin mirası faktiki qəbul etməmişlər. İşin qeyd edilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh X1 borcun tutulmasına aid hissədə təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənmiş dövlət rüsumunun 111.87 manatı alınıb İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 (mirasdan aldığı pay həcmində) 7653,17 manat əsas, 1722.10 manat faiz borcu,51 manat cərimə borcu olmaqla,cəmi 9426.27 manat borc və 111.87 manat dövlət rüsumu xərci alınıb İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 (mirasdan aldığı pay həcmində) 7653,17 manat əsas, 1722.10 manat faiz borcu,51 manat cərimə olmaqla, cəmi 9426.27 manat borc və 111.87 manat dövlət rüsumu xərci alınıb İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-156/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-156/2025
17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver