Məhkəmə qərarları › İş №e-2(019)-158/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-158/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-158/2025 19.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mürşuüd qızına qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cəmi 972,84 (doqquz yüz yetmiş iki manat səksən dörd qəpik) manat borc olmaqla – bundan 968,51 (doqquz yüz altmış səkkiz manat əlli bir qəpik) manat əsas və 4,33 (dörd manat otuz üç qəpik) manat faiz borcu, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti ilə borcalan X3 arasında bağlanmış 05 avqust 2019-cu il tarixli CAZag138948/19 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 60 (altmış) ay müddətinə illik 01 (bir) faiz dərəcəsi ilə 3.447,39 manat (üç min dörd yüz qırx yeddi manat otuz doqquz qəpik) məbləğində kredit verilmişdir. Borcalan X3na kredit verilərkən Şabanova (Mirəliyeva) Zübeydə Üzeyir qızı ilə təşkilat arasında 05 avqust 2019cu il tarixdə 3 tərəfli zaminlik müqaviləsi bağlanılmışdır. AZ-İİ № 162864 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X3 05 aprel 2021-ci ildə vəfat etmişdir. Balakən RİHBnın Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 210 nömrəli arayışına əsasən mərhum X3nın ölümündən sonra vərəsələri xx.xx.1990-cü il təvəllüdlü Hüseynova (Ramazanova) Qönçə Mürşüd qızı və xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh3dır. Borcun ödənilməsi barədə cavabdehlərə G1022/24 saylı 01 noyabr 2024cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. 09 sentyabr 2024-cü il tarixə X3nın kredit üzrə cəmi borcu 972,84 (doqquz yüz yetmiş iki manat səksən dörd qəpik) AZN təşkil edir. Bundan 968,51 (doqquz yüz altmış səkkiz manat əlli bir qəpik) AZN əsas və 4,33 (dörd manat otuz üç qəpik) AZN faiz borcu təşkil edir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə nümayəndələrinin iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1 və 185.4-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq,heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 05 avqust 2019-cu il tarixli CAZag138948/19 saylı kredit müqaviləsindən görünür ki, X3 05 avqust 2019-cu il tarixli CAZag138948/19 saylı Kredit müqaviləsinə əsasən, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətindən illik faiz dərəcəsi 01 faiz olmaqla 60 ay müddətinə 3447.39 manat məbləğində kredit götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 05 avqust 2019-cu il tarixli CAZag138948/19 Zaminlik müqaviləsindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Şabanova (Mirəliyeva) Zübeydə Üzeyir qızı arasında Zaminlik müqaviləsi bağlanmış, Zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən “ASAN Xidmət” mərkəzi Qeydiyat Şöbəsi tərəfindən 05 aprel 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 162864 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 09 sentyabr 2024-cü il tarixli 00567/24 nömrəli arayışda göstərilmişdir ki, X3nın xx.xx.2019-cu il tarixli 138948/19 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə təşkilata 968.51 manat ana paradan qalıq, 4.33 manat faiz borcu olmaqla cəmi 972.84 manat borcu qalmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış xx.xx.2024-cü il tarixli ,1022/24 nömrəli məktubdan görünür ki, İddiaçı BOKT MMC Balakən Rayon İcra Hakimiyyəti Qazma kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli 210 nömrəli arayışına əsasən mərhum Məmmədova Solmaz qızının ölümündən sonra vərəsələrinin xx.xx.1990-cı il təvəllüdlü X2 və xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh3 olmalarına əsaslanaraq 968.51 manat əsas borc,4.33 manat faiz borcu olmaqla, cəmi 972.84 manat borcun ödənməsini onlardan tələb etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin araşdırılan faktiki hallarından müəyyən edilmişdir ki, İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh X3 arasında bağlanmış 05 avqust 2019- cu il tarixli CAZag138948/19 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 60 (altmış) ay müddətinə illik 01 (bir) faiz dərəcəsi ilə 3.447,39 (üç min dörd yüz qırx yeddi manat otuz doqquz qəpik) AZN məbləğində kredit verilmişdir. Cavabdeh X3na kredit verilərkən Şabanova (Mirəliyeva) Zübeydə Üzeyir qızı ilə iddiaçı arasında 05 avqust 2019-cu il tarixdə 3 tərəfli zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh X3 05 aprel 2021-ci ildə vəfat etmişdir. Balakən RİHB-nın Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 210 nömrəli arayışına əsasən mərhum X3nın ölümündən sonra vərəsələri xx.xx.1990-cü il təvəllüdlü Hüseynova (Ramazanova) Qönçə Mürşüd qızı və xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh3dır. Borcun ödənilməsi barədə cavabdehlərə G№ 1022/24 saylı 01 noyabr 2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. 09 sentyabr 2024-cü il tarixə X3nın kredit üzrə 968.51 manat əsas borc, 4.33 manat faiz borcu olmaqla, cəmi 972.84 manat borcu vardır. Cavabdehlər borcu ödəmədiklərindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia tələbi irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 968.51 manat əsas borc və 4.33 manat faiz borcuna görə olmaqla, cəmi 972.84 manat borc, həmçinin iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu xərci tutulub iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 968.51 manat əsas borc, 4.33 manat faiz borcu olmaqla, cəmi- 972.84 manat borc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu xərci tutulub iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar